Icma.az
close
up
RU
“Ümid işığı” Gəncliyin, sevgilərin və cəmiyyətin güzgüsündə Xanım Aydın yazır

“Ümid işığı” Gəncliyin, sevgilərin və cəmiyyətin güzgüsündə Xanım Aydın yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xanım AYDIN

Yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin ilk səhnə əsəri olan “Ümid işığı” Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olunaraq həm teatrsevərlərin, həm də ictimaiyyətin diqqətini cəlb edib. Bir hissəli lirik-psixoloji dram janrında qələmə alınmış əsər və səhnəyə qoyulmuş bu tamaşa, yalnız bir ailə hekayəsini deyil, həm də müasir cəmiyyətin bəzən sarsıdıcı reallıqlarını sənət dili ilə təqdim edən poetik və sosial bir manifestdir.

Əsərin mövzusu -  Ailə, sevgi və cəmiyyət arasında

Əsərin süjeti iki gəncin - Yalçın və Nərgizin saf sevgisi üzərində qurulsa da, burada təkcə şəxsi münasibətlərdən söhbət getmir. Tamaşa ailədaxili ziddiyyətlər, cəmiyyətin formalaşdırdığı stereotiplər, iqtisadi təbəqələşmə və valideynlərin övladlarının seçimlərinə müdaxilə etmək arzusu kimi mövzulara toxunur. Ən başlıcası isə, tamaşa müasir gəncliyin cəmiyyətlə və ailə institutları ilə yaşadığı ziddiyyətləri incə psixoloji və estetik təhlil çərçivəsində təqdim edir.

Əsərdə yer alan valideyn obrazları - xüsusilə də Nərgizin atası Muxtar və anası Çöhrə klassik düşüncə ilə müasir azad iradənin toqquşmasını təmsil edərək ailə institutu daxilindəki təzyiqləri qabardır. Onlar sevgi ilə rifah, hisslərlə məcburiyyət arasında qalan gənclərin acizliyinə, cəmiyyətin “doğru” saydığı qəliblərin fərdi həyatlara necə təsir etdiyinə işıq salırlar.

Səhnə və quruluş: Sözlərlə deyil, işıqlarla danışan dram

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azər Məmmədovdur. Səhnə quruluşu “az imkanla çox nəticə” prinsipinə əsaslanaraq, minimalist səhnə həlləri, işıq-kölgə oyunları, simvolik əşyalar (oyuncaq ayı, ay işığı, sükut içində pıçıltılar və s.) və emosional musiqi parçaları ilə tamaşanın təsir gücünü artırır.

Aktyorların performansı obrazların daxili dünyasını və psixoloji gərginliyini tamaşaçılara uğurla çatdırır. Xüsusilə Nərgiz və anası arasındakı dialoqlar, gənclərin sosial baryerlərlə qarşılaşması səhnələri və dramatik monoloqlar tamaşa zalında dərin düşüncələr oyadır.

Bədii və ictimai anlam

“Ümid İşığı” ictimai düşüncəyə, ailə dəyərlərinə, sevgi anlayışına və cəmiyyətin gələcək nəsillərlə münasibətinə ünvanlanmış fəlsəfi və estetik çağırışdır. Əsər, Azərbaycanda ailədaxili problemlərin, boşanmaların, sosial uçurumların və mənəvi dəyərlərin aşınmasının ciddi şəkildə müzakirəyə ehtiyac olduğunu xatırladır. Tamaşa, İlyas Əfəndiyev kimi ustadların psixoloji dram ənənəsinə bağlılıq göstərməklə yanaşı, müasir Azərbaycan gəncliyinin portretini də təqdim edir. Yəni əsərdə müasir problemlər klassik üslubda çatdırılır. Və sanki keçmişlə bu gün bir-birinə hörülüb, bir vəhdət təşkil edir.

Zemfira Məhərrəmlinin sənət baxışı

Zemfira Məhərrəmli bu əsərlə yalnız dramaturgiya sahəsində ilk addımını atmayıb, eyni zamanda, illərlə qəlbində yetişdirdiyi duyğuların və müşahidələrin bədii ifadəsini təqdim edib. Bu əsər bədii bir təcrübədən çox, ictimai və insani bir duyarlığın səsinə çevrilib.

Tamaşanın sonunda bədbinlik deyil, ümid hakimiyyətdədir. Yalnız səhnədə deyil, həyatın içində parlamalı olan işıq - sevginin, anlayışın və vicdanın işığı tamaşaçıya ötürülən əsas mesajdır.

Düşündürən tamaşanın verdiyi ümid

“Ümid işığı” - bu günün Azərbaycan cəmiyyətinə, xüsusən də ailələrə, gənclərə və onların seçimlərinə güzgü tutan, düşündürən və duyğulandıran bir tamaşadır. Tamaşa zalında bitməyən, tamaşaçının içində davam edən bir əsərdir.

Şuşa Dövlət Musiqili Dram Teatrına, bütün yaradıcı heyətə və müəllifə təşəkkür edirik. Qoy, bu “ümid işığı” yalnız səhnədə deyil, gerçək həyatımızda da parlasın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri