Ümid Partiyasından qərargahda əməliyyat xəbərinə reaksiya İQBAL AĞAZADƏ POLİSLƏRƏ UĞURLAR ARZULAYIB
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Sabiq deputat İqbal Ağazadənin lideri olduğu Ümid Partiyası Gununsesi.info-nun “Ümid Partiyasında əməliyyat – HƏBS EDİLƏN VAR” başlıqlı xəbərinə dair açıqlama yayıb.
Qeyd edək ki, həmin xəbərdə hüquq-mühafizə orqanlarının Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirməsindən bəhs olunub.
Məlumata görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.
Azərbaycan Ümid Partiyasının Təbliğat və İnformasiya şöbəsi isə “gununsesi.info” saytında gedən “Ümid Partiyasında əməliyyat” başlıqlı yazıya “təəssüf” etdiyini bəyan edib.
Bildiririk ki, saytın rəhbəri Pərviz Həşimli ilə partiya sədrinin danışması və müfəssəl informasiya verilməsinə baxmayaraq, sensasiya xətrinə belə bir başlıq seçilib.
17.01.2026-ci ildə Ümid Partiyasının 150 m məsafəsində yerləşən “Şəkərbala” uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub.
Ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir.
Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb.
Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb”.
Günay Mahirqızı
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 19 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















