Icma.az
close
up
RU
Umudov: “Qadın güləşini təbliğ etmək lazımdır”

Umudov: “Qadın güləşini təbliğ etmək lazımdır”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Güləş üzrə U-20 və U-17 yaş qrupunda ilin əsas yarışlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, qızlardan ibarət komandamız cari ildə bu yaş qrupları üzrə keçirilən Avropa və dünya çempionatlarında 9 medal qazanıb.

Yeniyetmə və gənc qızlarımız bu mühüm yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 7 bürünc medal əldə etdi. Müqayisə üçün qeyd edək ki, ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal qazanılmışdı.

Böyük məşqçi Rövşən Umudov komandanın 2024-cü ildə çıxışını belə şərh edib:

“Bilirsiniz ki, Azərbaycanda qadın güləşində məhdud sayda idmançı var. Ona görə də Avropa və dünya çempionatlarında tam heyətlə təmsil olunmuruq. Maksimum 5-6 güləşçi ilə bu yarışlarda iştirak etdiyimizi nəzərə alsaq, çıxışımızı uğurlu saymaq olar. Fikrimcə, tam heyətlə iştirak etsəydik, komanda hesabında da nailiyyət qazana bilərdik.

Təcrübəli mütəxəssis güləşin bu növündə kütləviliyin yaradılması üçün təkliflərini də bildirib:

“Azərbaycanda qadın güləşinə axın olmadığını hamımız yaxşı bilirik. Bildiyiniz kimi, yığma komanda kimi, həm yeniyetmə, həm gənclər, həm də böyüklər daxil olmaqla maksimum 20-25 idmançı ilə məşq edirik.

Qadın güləşinin inkişafı üçün hər həftə idman verilişlərində videoçarxlar göstərilməli, dünya və Avropa çempionatlarında medallar almış idmançıların çıxışlarından istifadə edib, qadın güləşini təbliğ etmək lazımdır”.

Bu il Ruzanna Məmmədova U-20 Avropa çempionu oldu. Fatimə Bayramova yeniyetmələr (U-17) arasında qitə birinciliyində gümüş medal qazandı. Nəzrin Əhmədli, Günay Qurbanova və Zəhra Kərimzadə U-17 yaş qrupunda həm Avropa, həm də dünya çempionatında bürünc medal əldə etdi. Nərgiz Səmədova isə gənclər arasında dünya üçüncüsü oldu.

R.Umudov bu güləşçilərin gələcək perspektivindən də danışıb:

“Ruzanna Məmmədovanın 18 yaşı yenicə tamam olub. Bir idmançı bütün yarışları eyni qaydada keçirə bilmir. Bir şeyi də qeyd edim ki, Avropa və dünya çempionatı arasında çox böyük fərq var. Dünya çempionu olmaq və ya bu yarışda medal qazanmaq çox çətindir. Amma bu güləşçinin böyük potensialı var və onun gələcəkdə böyük uğurlar qazanacağına inanırıq. O ki qaldı yeniyetmələrimizə, təbii ki, onlardan da çox böyük uğurlar gözləyirik. Əlbəttə, bunun üçün çox işləmək və çox ciddi hazırlaşmaq lazımdır. Düzgün, lazım olan qaydada məşqlərimizi davam etdirsək, bu gün adlarını qeyd etdiyimiz idmançılarımız gələcəyin olimpiyaçıları ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 May 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri