Icma.az
close
up
RU
Ümumilikdə Qarabağ kimi rəqibə qarşı pis mübarizə aparmadıq Ayxan Abbasov

Ümumilikdə Qarabağ kimi rəqibə qarşı pis mübarizə aparmadıq Ayxan Abbasov

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 19-cu turunda "Qarabağ"a qarşı matçda (1:2) "Şamaxı" pis mübarizə aparmayıb.

Fanat.Az xəbər verir ki, bunu Şamaxı komandasının baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətin üzücü olduğunu qeyd edib:

"Hava şəraitini nəzərə alsaq, bu meydançada xarakter göstərmək lazım idi. İlk hissə oyun baxımından daha çətin keçdi, amma ikinci hissədə hava bir az düzəldi. Ümumilikdə "Qarabağ" kimi rəqibə qarşı pis mübarizə aparmadıq".

O, komandanın son dəqiqələrdə konsentrasiyanı itirdiyini bildirib:

"Təəssüf ki, bu çempionatda ən böyük problemlərimizdən biri oyunun sonlarında qol buraxmağımızdır. Futbolçuları buna görə xəbərdar edirik ki, konsentrasiya sona qədər olmalıdır. Biz futbolçuların inkişafını istəyirik, çünki gələcəkləri üçün bu vacibdir. Son dəqiqədə mütləq qorunmaq lazımdır, orada elə böyük bir epizod da yox idi, amma təəssüf ki, boşluq verdik".

Baş məşqçi "Qarabağ"a qarşı aqressiv oyunun vacibliyini vurğulayıb:

"Qarabağ"a qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür. Təkcə onlara qarşı deyil, bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi oyunlarda bu alınmır. Futbolçuların bəzilərində bu çatışmır. Amma "Şamaxı" ilk turdan xarakter göstərir. Kubokun cavab oyununda bundan da çoxunu etməliyik".

Mütəxəssis son dəqiqələrdəki əvəzləmələrə də aydınlıq gətirib:

"Oruc özü dəyişiklik istədi, Kərim isə yorulmuşdu. Burada səhv futbolçularda deyildi, müdafiə xəttində konsentrasiyamız çatmadı. Həmin vaxt müdafiə xəttinə əl dəymədik, hətta Abdulla yorulsa da, onu çıxarmadım ki, belə oyunda müdafiədə dəyişiklik çətin olur. Bu tək fərdi futbolçulara deyil, komanda olaraq hamıya aiddir".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Fevral 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri