Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Ümumtəhsil sahəsində tətbiq ediləcək yeni model klassik dərs modelinə alternativ yox, hibrid və çevik təhsil modelidir”

Ümumtəhsil sahəsində tətbiq ediləcək yeni model klassik dərs modelinə alternativ yox, hibrid və çevik təhsil modelidir”

Icma.az, Bizimyol saytına istinadən bildirir.

2026-2027-ci tədris ilindən Azərbaycanda ümumtəhsil sahəsində yeni model tətbiq ediləcək. Müəllim çatışmazlığı olan fənlər distant formada tədris olunacaq. Bunun üçün bəzi məktəblərə “mərkəz məktəb” statusu veriləcək, müasir texniki infrastruktur qurulacaq. Şagirdlər öz məktəblərindən ayrılmadan, bu mərkəzlərə onlayn qoşularaq dərslərdə iştirak edəcəklər.

Modelin məqsədi regionlarda müəllim çatışmazlığını aradan qaldırmaq və təhsildə keyfiyyət bərabərliyini təmin etməkdir. Eyni zamanda şagird sayı az olan və səmərəli fəaliyyəti mümkün olmayan məktəblər mərhələli şəkildə bağlanacaq, şagirdlər distant təhsilə yönləndiriləcək. Bu kateqoriyaya daxil olan məktəblərin sayının 100-dən çox olduğu bildirilir.

Sizcə, bu yanaşma ucqar ərazilərdə təhsilin keyfiyyətini artıracaq, yoxsa şagird-müəllim ünsiyyətinin zəifləməsi kimi əlavə problemlər yaradacaq?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına təhsil eksperti, Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxov bildirib ki, ucqar və azşagirdli məktəblərdə əsas problem illərdir müəllim çatışmazlığı və tədris keyfiyyətində qeyri-bərabərlikdir: “Təhsil eksperti kimi bu yanaşmanı strateji baxımdan düzgün və zəruri addım hesab edirəm. Əvvəla, etiraf etməliyik ki, ucqar və azşagirdli məktəblərdə əsas problem illərdir müəllim çatışmazlığı və tədris keyfiyyətində qeyri-bərabərlikdir. Bir məktəbdə riyaziyyat, fizika və ya xarici dil müəllimi olmadığı halda, məktəb binasının açıq qalması formal təhsil görüntüsü yaradır, amma real nəticə vermir. Yeni model isə məhz bu boşluğu doldurmağı hədəfləyir.

“Mərkəz məktəb” yanaşması təhsildə resursların daha ağıllı idarə olunmasına zəmin yaradacaq. Güclü müəllimlərin bilik və təcrübəsinin texnologiya vasitəsilə bir neçə məktəbə eyni vaxtda ötürülməsi bir sıra müsbət nəticələrə səbəb olacaqdır. Bu addım regionlar arasında təhsil keyfiyyətini balanslaşdıracaq, şagirdlərin fənlər üzrə geri qalmasının qarşısını alacaq və müəllim peşəkarlığını daha geniş auditoriyaya çatdıracaqdır. Burada vacib məqam odur ki, şagird öz məktəb mühitində qalır. Yəni məktəb bağlanmır, sosiallaşma, sinif mühiti, yerli müəllimlə ünsiyyət davam edir. Distant dərs isə canlı müəllimi əvəz etmir, onu tamamlayır. Bu, klassik dərs modelinə alternativ yox, hibrid və çevik təhsil modelidir.

Şagird-müəllim ünsiyyətinin zəifləməsi ilə bağlı narahatlıqlar başadüşüləndir. Lakin doğru addımlar atılarsa bu risk də aradan qalxmış olacaq. Bu addımlar arasında ilkin olaraq keyfiyyətli texniki infrastruktur qurulmalı, distant tədris üçün xüsusi müəllimlər hazırlanmalıdır. Bu model düzgün qurulduğu halda şagirdlərin daha motivasiyalı müəllimlərlə dərs keçməsinə, müasir tədris metodları ilə tanış olmasına, texnoloji bacarıqlarının erkən yaşdan formalaşmasına imkan yaradacaqdır.

Şagird sayı çox az olan və artıq effektiv fəaliyyət göstərə bilməyən məktəblərin mərhələli bağlanması isə emosional yox, təhsil keyfiyyəti prizmasından qiymətləndirilməlidir. Əsas məqsəd mövcud xərcləri optimallaşdıraraq şagirdlərə daha keyfiyyətli bilik verməkdir.

Nəticə etibarilə, bu yanaşma düzgün icra olunduğu halda ucqar ərazilərdə təhsilin keyfiyyətini yüksəldəcək, müəllim çatışmazlığı problemini sistemli şəkildə azaldacaq, daha ədalətli və bərabər təhsil mühiti yaradacaq. Bu, sadəcə texnoloji yenilik deyil, təhsildə düşüncə dəyişikliyidir və mən bu təhsil siyasətini gələcəyə yönəlik, cəsarətli və dəstəklənməli addım kimi qiymətləndirirəm.

Dünya təcrübəsi göstərir ki, distant və hibrid tədris modelləri düzgün planlaşdırıldıqda regionlarda təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Azərbaycan üçün seçilən yanaşma da əslində sınaqdan çıxmış beynəlxalq modellərə söykənir”.

Tofiq Sadıxov qeyd edib ki, Azərbaycanda tətbiq ediləcək model dünya təcrübəsinə uyğun, gecikmiş, lakin vaxtında atılan addımdır: “Finlandiya nümunəsində ucqar kənd məktəblərində bəzi fənlər – xüsusən riyaziyyat, təbiət elmləri və xarici dillər – regional mərkəz məktəblərdən onlayn şəkildə tədris olunur. Şagirdlər yerli məktəbdə qalır, sinif mühiti saxlanılır, distant dərslər isə keyfiyyətli müəllimə çıxışı təmin edir. Nəticədə kənd və şəhər məktəbləri arasında nəticə fərqi minimuma endirilib.

Kanadada, xüsusilə Ontario “virtual school hub” modeli tətbiq olunur. Müəllim tapmaqda çətinlik çəkilən regionlarda şagirdlər öz məktəblərində dərsə qatılır, əsas fənləri isə mərkəzi platformadan canlı şəkildə keçirlər. Bu model illərdir tətbiq olunur və region gənclərinin ali məktəblərə qəbul göstəricilərində artım müşahidə edilir.

Estoniya isə texnologiya əsaslı təhsil sahəsində dünya liderlərindən biridir. Burada azşagirdli məktəblər üçün hibrid model dövlət siyasəti səviyyəsində dəstəklənir. “Mərkəz məktəb” anlayışı rəqəmsal platformalarla birləşdirilərək müəllim resurslarının səmərəli istifadəsinə imkan yaradır. Estoniyada distant dərs “məcburiyyət” deyil, keyfiyyəti təmin edən alət kimi qəbul olunur.

Avstraliyada isə ucqar və səhralıq ərazilərdə yaşayan şagirdlər üçün “School of the Air” modeli onilliklərdir fəaliyyət göstərir. Bu sistem vasitəsilə min kilometrlərlə uzaqda olan şagirdlər canlı dərslərdə iştirak edir və bu gün həmin model müasir onlayn platformalarla daha da təkmilləşdirilib.

Bu nümunələr onu göstərir ki, problem distant tədrisin özündə deyil, onun necə qurulmasındadır. Düzgün müəllim seçimi, texniki təminat, yerli məktəbdə dəstəkləyici mexanizmlər və davamlı monitorinq olduqda distant elementlər müəllim çatışmazlığını kompensasiya edəcək, region şagirdlərinə bərabər imkan yaradacaq, təhsildə sosial ədaləti gücləndirəcəkdir.

Bu baxımdan Azərbaycanda tətbiq ediləcək model dünya təcrübəsinə uyğun, gecikmiş, lakin vaxtında atılan addımdır. Əsas məsələ onu formal yox, məzmunlu və şagird mərkəzli şəkildə həyata keçirməkdir.

Bu model Azərbaycan təhsil sistemi üçün potensialı yüksək olan, lakin diqqətli idarə tələb edən bir islahatdır. Müsbət tərəflər risklərdən qat-qat çoxdur və düzgün icra olunduğu halda bu proses təhsildə keyfiyyət, ədalət və müasirlik baxımından ciddi irəliləyiş yaradacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see235

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see153

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see153

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri