Icma.az
close
up
RU
UNEC rektoru: “Qarabağ Zəfərinin 5 illiyində İnkişaf Strategiyamızın son 5 illik mərhələsinə qədəm qoyuruq”

UNEC rektoru: “Qarabağ Zəfərinin 5 illiyində İnkişaf Strategiyamızın son 5 illik mərhələsinə qədəm qoyuruq”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə rəsmi sosial hesabında təbrik paylaşımı edib.

Rektor qeyd edib ki, bu il Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qarabağ Zəfərinin beşinci ildönümünü qeyd edirik. Eyni zamanda, “UNEC-100 İnkişaf Strategiyası”nın növbəti, sonuncu beşillik mərhələsinə qədəm qoyuruq:

“Bu yeni tədris ilində əzmlə çalışmağa, yeniliklərə davam etməyə, daha böyük nailiyyətlər qazanmağa hazırıq. Beş ildən sonra Qarabağ Zəfərinin 10 illiyini UNEC artıq 100 yaşlı, müasir və daha güclü universitet kimi qeyd edəcəyinə əminəm,” - deyə rektor bildirib.

Rektor UNEC-ə qəbul olmuş I kursları da tələbə adını qazanmaları münasibətilə təbrik edib:

“...Bu gün sizin həyatınızda yeni, fərqli və gözəl bir səhifə açılır. Siz yalnız universitetə deyil, böyük gələcək və fürsətlər dünyasına addım atırsınız. UNEC həm də dostluq, liderlik və özünüzü kəşf etmə yoludur.

Bu yolda bəzən yorğunluq, bəzən çətinliklər, bəzən şübhələr qarşınıza çıxacaq. Amma çətinliklər sizi qorxutmasın - hər maneə sizi daha da güclü edəcək. Hər zaman inamla irəliləyin! Biz isə hər zaman yanınızda olacaq, hər birinizin özünüzlə gətirdiyiniz arzuların, ümidlərin həyata keçməsi üçün durmadan çalışacağıq!”

Yeni dərs ilinin başlanması münasibətilə professor Ədalət Muradov müəllimlərə, tələbələrə və həmkarlarına möhkəm cansağlığı, böyük uğurlar və qələbələr arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri