Icma.az
close
up
RU
ADNSU nun əlaçı tələbələri Balaxanıda “ADNSU 100” lövhəsinin açılışını ediblər FOTO

ADNSU nun əlaçı tələbələri Balaxanıda “ADNSU 100” lövhəsinin açılışını ediblər FOTO

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fərqlənmə ilə oxuyan bir qrup tələbəsi strateji məsələlər üzrə prorektor Vazeh Əskərovla birgə “Balakhani Operating Company LTD”nin ərazisində 102 yaşlı neft quyusunun qarşısında qurulan “ADNSU-100” lövhəsinin açılışını ediblər.

Açılış mərasimindən sonra keçirilən hasilat şirkətinin rəhbərliyi ilə görüş zamanı ADNSU tələbələri təhsilləri və karyera arzuları barədə səmimi söhbətdə iştirak ediblər. Bildiriblər ki, sinif otağı ilə sənaye arasında sıx bağların yaradılmasına imkan verən bu kimi əməkdaşlıqlar onlara seçdikləri peşədə daha uğurlu olmağa kömək edəcək. ADNSU prorektoru Vazeh Əskərov ölkəmizin tarixən ikinci universitetinin müasir tələblərə uyğun multi-disiplinar tədris proqramı barədə geniş məlumat verib və tarixən Nobellərin çalışdığı binada bu gün də hasilatla, elm və innovasiyaların bağlantısının qorunub saxlanıldığından məmnunluğunu bildirib. “Hər bir Universitet uğurlu məzunları ilə tanınır. Bu mənada neft tarixində öz sözünü demiş Balaxanıda tələbələrimizlə bərabər belə bir tarixi gündə iştirak etmək və ADNSU məzunlarının əhatəsində olmaq çox qürurvericidir”, deyən prorektor Əskərov universitet-sənaye arasında münasibətlərin gələcəkdə də davam edəcəyinə ümidini bildirib.

“Balakhani Operating Company LTD”nin müşaviri, prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Orucov tələbələrlə söhbətində ADNSU-da tədris illəri barədə xatirələrini bölüşüb. “Mən, çox xoşbəxtəm ki, mənim elə müəllimlərim olub. Onlar bizə tək dərs otağında deyil, ondan kənar da dəstək olurdular, təcrübələrini bölüşürdülər. Ümid edirəm, mənim məzun olduğum geologiya ixtisası günü-gündən daha da təkmil tədris edilərək Azərbaycanın gələcək hasilat uğurları üçün məzunlar yetişdirəcək.”

Tədbirin sonunda daha bir ADNSU məzunu, “Balakhani Operating Company LTD”-nin hasilat üzrə vitse-prezidenti Əhməd Kələşova "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təqdim edilib. Preizdent İlham Əliyevin qərarı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranması tarixinin Balaxanı hasilat ərazisində əbədiləşdirməsi qərarı bu ilin fevral ayında ADNSU və “Balakhani Operating Company LTD” arasında Anlaşma Memorandumunun imzalanması zamanı qəbul edilmişdir- “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev ADNSU ilə həmyaşıd və bu günə qədər işlək quyunun “ADNSU-100” adlandırılması barədə sertifikatı rektor Rüfət Əzizova təqdim etmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri