Icma.az
close
up
RU
UNEC tərəfindən tərcümə olunan “Bazar hüdudları” adlı kitab ictimaiyyətə təqdim olunub

UNEC tərəfindən tərcümə olunan “Bazar hüdudları” adlı kitab ictimaiyyətə təqdim olunub

Icma.az, Sia Az saytına istinadən bildirir.

Elm festivalı çərçivəsində UNEC tərəfindən azərbaycan dilinə tərcümə olunmuş London İqtisadiyyat Məktəbinin professoru Paul De Grauvenin “Bazar hüdudları: Dövlət və bazar arasındakı iqtisadi rəqqas” adlı kitabının təqdimatı keçirilib.

BP-nin maliyyə dəstəyi ilə nəşr olunmuş kitabın təqdimat mərasimində çıxış edən tərcümə qrupunun rəhbəri, UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, bazarın və dövlətin qarşılıqlı əlaqələrinin təhlil olunduğu kitabda dövlət siyasəti və iqtisadi böhranların qarşısının alınması məsələlərinə dair dərin analitik baxış ortaya qoyulub. O, kitabın azərbaycan dilinə tərcümə olunmasının tədqiqatçılar, tələbələr və bu sahə üzrə ixtisaslaşan mütəxəssislər üçün bazar və dövlətin qarşılıqlı əlaqələrini dərindən öyrənməyə geniş imkan yaradacağını deyib.

BP-nin Xəzər bölgəsi üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp kitabın tərcümə olunmasına dəstək göstərməklə, Azərbaycanda müvafiq sahə üzrə araşdırma aparan tədqiqatçılara və mütəxəssislərə bu önəmli mövzunu daha dərindən anlamağa və bu sahədə ölkədə tədqiqatlara əsaslanan innovativ iqtisadi strategiyaların işlənməsinə töhfə vermək məqsədi daşıyır. O, təqdimatın UNEC-in “Elm festivalı”nın bir hissəsi kimi keçirilməsinin bp-nin Azərbaycanda təhsil resurslarının genişlənməsinə və elmin inkişafına verdiyi əhəmiyyəti bir daha təsdiqlədiyini bildirib. B.Aslanbəyli xarici beynəlxalq nərşlərin azərbaycan dilinə tərcümə olunmasının Azərbaycanın terminoloji bazasını da zənginləşdirdiyini diqqətə çatdırıb.

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev UNEC-in beynəlxalq əhəmiyyətli kitabların çap edilməsində hər zaman öndə olduğunu bildirərək, tərcümə olunmuş yeni kitabın magistr, doktorant və iqdisadiyyat elmi ilə maraqlananlar üçün faydalı vəsait olacağını qeyd edib.

Kitabın elmi redaktoru, UNEC rektoru professor Ədalət Muradov "Bazar Hüdudları: Dövlət və bazar arasındakı iqtisadi rəqqas" kitabının iqtisadiyyatın əsas prinsiplərinə dair önəmli məqamları özündə ehtiva etdiyini və əhəmiyyətini nəzərə alaraq, azərbaycan dilinə tərcümə olunduğunu bildirib. Rektor kitabın tərcümə və çap olmasında əməyi olan hər kəsə təşəkkürünü bildirərək, bu təşəbbüslərin davam etdiriləcəyini deyib. O, bp tərəfindən UNEC kitabxanasına hədiyyə edilən kıtabların tələbə və müəllimlər üçün əlçatan olduğunu bildirib.

Qeyd edək ki, layihəni Rəqəmsal Transformasiya Fondu həyata keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri