Icma.az
close
up
RU
UNEP: Dünya okeanlarının 10 faizi qorunan ərazilər elan edilib

UNEP: Dünya okeanlarının 10 faizi qorunan ərazilər elan edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 aprel, AZƏRTAC

BMT Ətraf Mühit Proqramının Ümumdünya Qoruma Monitorinq Mərkəzi (UNEP-WCMC) və Beynəlxalq Təbiətin Qorunması Birliyi (IUCN) tərəfindən dərc edilən birgə araşdırmaya görə, dünya okeanlarının 10 faizindən çoxu ilk dəfə rəsmi olaraq qorunan ərazilər elan edilib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, tədqiqatda okeanların qorunması üçün rəsmi əhatə dairəsi 10,01 faiz olaraq müəyyən edilib ki, bu da böyük nailiyyət hesab olunur. Lakin Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi üzrə 2030-cu il üçün müəyyən edilmiş 30 faiz hədəfinə çatmaq üçün təxminən Hind okeanı ölçüsündə əlavə bir ərazinin təyin edilməsi tələb olunacaq. Qlobal okean və sahil əhatə dairəsi 2024-cü ildə 8,6 faiz təşkil edib və son iki ildə qorunan ərazilərə təxminən 5 milyon kvadrat kilometr sahə əlavə olunub.

Hədəfə altı il gec nail olunub

Ölkələr biomüxtəliflik hədəfləri çərçivəsində 2020-ci ilə qədər okeanların 10 faizini qorumaq öhdəliyini götürsələr də, bu mərhələyə yalnız 2026-cı ilin aprelində - cədvəldən altı il geridə nail olunub. Mühafizə olunan ərazilərin təyin edilməsi tempini qiymətləndirən 2024-cü il Qorunan Planet Hesabatında 2020-ci ildən bəri ən güclü irəliləyişin okeanlarda əldə edildiyi, lakin bunun əksəriyyətinin milli sularda baş verdiyi aşkarlanıb.

2030-cu il qoruma öhdəliyi

UNEP-in Monitorinq Mərkəzinin direktoru Nevil Aş jurnalistlərə müsahibəsində Kunming-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsinin (KMGBF) 3-cü hədəfi üçün rəsmi izləmə mexanizmini təmin edildiyini deyib. Bu çərçivədə 2030-cu ilə qədər torpaqların və suların 30 faizinin qorunan ərazilərdə və Digər Effektiv Ərazi Əsaslı Qoruma Tədbirlərində (OECM) olması tələb olunur.

Aş qeyd edib ki, milli suların əhatə dairəsi nisbətən geniş - 23,2 faiz olsa da, milli yurisdiksiyadan kənarda okeanın yalnız 1,7 faizi qorunan ərazilərdə yerləşir. “Qorunan ərazilərin genişləndirilməsi okeana təzyiqi azaldır və biomüxtəlifliyin bərpasına kömək edir”, - deyə o bildirib.

UNEP bildirir ki, 3-cü Hədəf Kunminq-Monreal çərçivəsində 23 hədəfdən biridir və okeanın ümumi sağlamlığının yaxşılaşdırılması üçün yalnız qorunan ərazilərin əhatə dairəsinin genişləndirilməsi deyil, tam çərçivənin tətbiq edilməsi tələb olunur.

Sağlam okean ekosistemləri atmosferdəki karbon qazının səviyyəsini azaldır və iqlim dəyişikliyinin sürətlənməsinin qarşısını almağa kömək edir. Riflər və manqrovlar kimi sağlam sahil ekosistemləri də iqlim dəyişikliyi ilə əlaqəli ekstremal hava hadisələrinin sahil icmalarına təsirinin azaldılmasında mühüm rol oynayır. Hökumətlər öz milli sularında qorunan ərazilərin təyin edilməsinə cavabdehdir. Milli yurisdiksiyadan kənar ərazilərdə ən böyük fürsət beynəlxalq sularda qorunan dəniz ərazilərinin təyin edilməsi mexanizmi yaradan və Milli Yurisdiksiyadan Kənar Biomüxtəliflik (BBNJ) kimi tanınan yeni okean müqaviləsinin həyata keçirilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri