Icma.az
close
up
RU
UNESCAP rəsmisi: Azərbaycanın iqlim siyasəti şəhərlərin dayanıqlığını gücləndirir

UNESCAP rəsmisi: Azərbaycanın iqlim siyasəti şəhərlərin dayanıqlığını gücləndirir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 oktyabr, AZƏRTAC

BMT tədqiqatları göstərir ki, bir çox ölkələrdə iqlim siyasətləri ya zəif, ya da orta səviyyədə şəhər komponentinə malikdir. Lakin Azərbaycan bu baxımdan fərqlənir. Ölkə yerli səviyyədə həlləri milli məqsədlərə daxil etməklə “iqlim çempionu” statusunu qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı Şöbəsinin rəhbəri Kurt Qarriqan “İqlimə davamlı və sağlam şəhərlər” adlı panel sessiyasında çıxışı zamanı deyib.

UNESCAP rəsmisi bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız qlobal siyasət deyil, həm də yerli və urban səviyyədə tədbirlərin həyata keçirilməsini tələb edir.

“İqlim siyasətində uğurun əsas açarlarından biri yerli həllərin və şəhər səviyyəsində tədbirlərin milli iqlim strategiyalarına inteqrasiyasıdır. Azərbaycan qarşısına 2030-cu ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq kimi iddialı hədəf qoyub. Bu hədəfə çatmaq üçün yerli icmaların, şəhər rəhbərliklərinin və regional əməkdaşlığın rolu həlledicidir”, - deyə Kurt Qarriqan qeyd edib.

UNESCAP rəsmisi bildirib ki, təşkilat “Urban Path” adlı layihə çərçivəsində milli və yerli səviyyədə iqlim fəaliyyətinin qiymətləndirilməsi üçün iki alət hazırlayıb: “Məqsəd yalnız siyasətləri müəyyənləşdirmək deyil, həm də onların həyata keçirilməsinə şərait yaradan mühit formalaşdırmaqdır. İqlim dəyişikliyinə qarşı effektiv mübarizə üçün hökumətlər, yerli idarəetmə orqanları, akademik qurumlar, vətəndaş cəmiyyəti və özəl sektor birgə işləməlidir. Sektorlararası əməkdaşlıq və birgə həllərin hazırlanması gələcəyin dayanıqlı şəhərlərinin əsasını təşkil edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see360

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see342

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see277

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see184

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see141

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see138

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see137

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see136

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see133

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see133

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see133

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see127

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see126

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see123

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri