UNESCO rəsmisi: Süni intellektdə məsuliyyət bölüşdürülməlidir
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Süni intellekt sistemlərinin etik istifadəsinə görə məsuliyyət bu texnologiyanı hazırlayan və tətbiq edən bütün tərəflərin üzərinə düşür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu UNESCO-nun Sosial Transformasiyalar üzrə İdarəetmə Proqramının (MOST) rəhbəri İrakli Khodeli VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, süni intellektin cəmiyyətə müsbət töhfə verməsi üçün aydın prinsiplər və həmin prinsiplərin həyata keçirilməsinə yönələn siyasət tədbirləri müəyyənləşdirilməlidir. Bu prosesdə tədqiqatçılar, mühəndislər, dövlət qurumları və universitetlər də daxil olmaqla, texnologiyanın hazırlanmasında və tətbiqində iştirak edən bütün tərəflər məsuliyyət daşıyırlar.
İ. Khodelinin sözlərinə görə, etik məsuliyyət hər bir iştirakçının texnologiyanın inkişafına və istifadəsinə verdiyi töhfəyə uyğun müəyyən edilməlidir. Bu baxımdan, süni intellektdən istifadə edən şəxsi yeganə məsul tərəf hesab etmək düzgün yanaşma deyil.
UNESCO rəsmisi vurğulayıb ki, süni intellektlə bağlı beynəlxalq çərçivələr sülhsevər, ədalətli və qarşılıqlı əlaqələrin güclü olduğu cəmiyyətlərin qurulmasını əsas dəyərlərdən biri kimi müəyyənləşdirir. Bu yanaşmaya görə, cəmiyyətin ümumi rifahı hər bir fərdin hüquqlarının və imkanlarının qorunması ilə sıx bağlıdır.
O, həmçinin müxtəlifliyin və inklüzivliyin qorunmasının, ədalətlilik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin əhəmiyyətini qeyd edib. Bu prinsiplər dil qruplarının, mədəni sistemlərin və azlıqların qorunmasını da əhatə edir.
İ. Khodeli əlavə edib ki, əsas məsələ yalnız dəyərləri və prinsipləri müəyyənləşdirmək deyil, onları konkret siyasət tədbirlərinə çevirmək və praktikada həyata keçirməkdir.
Zeynəb Rzayeva
Baxış sayı:168
Bu xəbər 27 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















