Unibank 2025 ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
Icma.az, Banco.az saytına istinadən bildirir.
Unibank 2025-ci il ərzində dayanıqlı maliyyələşmə istiqamətində fəaliyyətini genişləndirərək, ümumilikdə 4 445 000 manat məbləğində 14 kredit təqdim edib. Bu maliyyələşmələr bankın yaşıl iqtisadiyyatın təşviqinə yönələn yanaşmasının tərkib hissəsi olmaqla, ekoloji mənfi təsiri azaldan və resurs səmərəliliyini artıran həllərə dəstəyi gücləndirir.
İl ərzində təqdim olunan kreditlərin əsas hissəsi yaşıl nəqliyyatın maliyyələşdirilməsinə yönəlib. Belə ki, 4 040 000 manat məbləğində 13 kredit məhz yaşıl nəqliyyat üzrə maliyyələşdirməni əhatə edib. Bu kreditlər daha səmərəli və ekoloji baxımdan üstün nəqliyyat həllərinin genişlənməsinə töhfə verərək, karbon emissiyalarının azaldılması istiqamətində müsbət təsir yaradır.
Yaşıl nəqliyyat portfeli daxilində Yango layihəsi xüsusi paya malikdir. Layihə çərçivəsində 3 245 000 manat məbləğində 8 kredit təqdim olunub.
Bununla yanaşı, 405 000 manat məbləğində 1 kredit tibb mərkəzində avadanlıqların yenilənməsinin maliyyələşdirilməsi məqsədilə verilib. Yenilənən avadanlıqlar elektrik enerjisinə əhəmiyyətli qənaət edilməsinə töhfə verərək, enerji səmərəliliyinin artırılmasını dəstəkləyir.
“Unibank”ın 2025-ci ildə təqdim etdiyi yaşıl kreditlər bankın Dayanıqlılıq Strategiyası və ona əsaslanan Dayanıqlılıq Siyasəti ilə birbaşa uzlaşır. Bank dayanıqlı maliyyə həllərini genişləndirməklə, ölkənin yaşıl iqtisadiyyat gündəliyinə, iqlim öhdəliklərinə və enerji səmərəliliyi istiqamətində hədəflərinə töhfə verməyə davam edir.
Unibank- Sənin Bankın!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 11 Fevral 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















