Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

UNICEF in Ukrayna üzrə rəhbəri: Ukrayna müharibəsində üç mindən çox uşaq ziyan görüb EKSKLÜZİV

UNICEF in Ukrayna üzrə rəhbəri: Ukrayna müharibəsində üç mindən çox uşaq ziyan görüb EKSKLÜZİV

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev, 12 noyabr, AZƏRTAC

Ukraynada davam edən müharibə zamanı ən çətin və riskli işləri görənlər arasında azərbaycanlıların da sayı az deyil. Belə azərbaycanlılardan biri də BMT-nin Uşaq Fondunun (UNICEF) Ukraynadakı nümayəndəliyinin rəhbəri Munir Məmmədzadədir. Artıq bu vəzifədə iki ildir fəaliyyət göstərir. Bu müddət ərzində müharibədən əziyyət çəkən uşaqların müdafiəsi üçün döyüş bölgələrinə dəfələrlə səfərlər edib.

1981-ci ildə Bakıda anadan olan Munir Məmmədzadə bu təyinata qədər üç il UNICEF-in Özbəkistandakı nümayəndəliyinin rəhbəri, Qırğızıstandakı nümayəndəliyinin rəhbərinin müavini olub. Təşkilat daxilində, həmçinin BMT sistemi çərçivəsində əlaqələndirmə proqramlarına başçılıq edib.

O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, iyirmi il insan hüquqları, gənclər siyasəti və inkişaf məsələləri, uşaq hüquqları sahələrində məsul vəzifələrdə çalışıb.

M.Məmmədzadə Azərbaycan və Qırğızıstandan başqa, UNICEF-in Avropa, Mərkəzi Asiya, Moldova və Nepaldakı regional ofislərində işləyib. O, Moskva Dövlət Açıq Universitetini bitirib, İsveçrənin Friburq Universitetində uşaq hüquqları üzrə magistr dərəcəsi alıb. Rus, ingilis və türk dillərində sərbəst danışır.

İşinin çoxluğuna baxmayaraq, Munir Məmmədzadə ilə görüşərək AZƏRTAC-ın suallarına cavab aldıq.

- Siz UNICEF-in Ukrayna üzrə rəhbəri vəzifəsinə gələndə, ölkədə iki ilə yaxındır müharibə davam edirdi. Münaqişə şəraitində fəaliyyətə başlamaq sizin üçün nə dərəcədə çətin oldu?

- İlk növbədə, təşkilatın dünya üzrə ən böyük işçi qüvvəsinə və büdcəyə malik ölkə nümayəndəliyinə, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatlardan birinə rəhbər təyin olunmağımı həm böyük məsuliyyət, həm də şərəfli bir missiya kimi qiymətləndirirəm.

Qeyd etməliyəm ki, həmin dövrdə proqnozlar bu günlə müqayisədə daha nikbin olsa da, mən bu təklifi bütün çətinlikləri nəzərə alaraq, düşünülmüş şəkildə qəbul etdim. Hesab edirəm ki, Ukraynanın, xüsusilə də uşaqların ən ağır sınaqlardan keçdiyi bir zamanda UNICEF-də xidmət göstərmək üçün bu, ən doğru zamandır.

Son iki il ərzində ölkənin 20 vilayətinə, o cümlədən cəbhə bölgələrinə etdiyim çoxsaylı səfərlər, görülən işlər və əldə olunan nəticələr, münaqişə zonasındakı fəaliyyətin bütün çətinliklərinə baxmayaraq, mənə həvalə olunan vəzifəni layiqincə yerinə yetirmək üçün güclü motivasiya mənbəyidir.

- Müharibədə ən çox əziyyət çəkənlər arasında uşaqlar da az deyil. UNISEF uşaqların müdafiəsi üçün hansı layihələri həyata keçirir?

- UNICEF-in humanitar fəaliyyəti ən həssas uşaqların həyatını qorumaq və rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Bu, ilk növbədə, cəbhə xəttinə yaxın yaşayan uşaqlara, evlərindən köçürülənlərə, hücumlardan birbaşa təsirlənən uşaqlara və ən həssas məcburi köçkünlərə yönəlib.

2025-ci ildə UNICEF-in fəaliyyət istiqamətləri əsasən dörd prioritet sahəni əhatə edir. Birincisi, 825 min uşaq və onların qəyyumları üçün icma əsaslı psixososial dəstək və psixi sağlamlıq xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır. İkincisi, 4 milyondan çox insanın içməli və məişət ehtiyaclarını ödəmək üçün kifayət qədər və keyfiyyətli su ilə təmin edilməsidir.

Üçüncüsü, 517 mindən çox uşağın formal və qeyri-formal təhsilə çıxışının, o cümlədən təhlükəsiz siniflərdə və ya onlayn şəkildə məktəbəqədər təhsil və biliklərin bərpasının təmin edilməsidir. Dördüncüsü isə, 565 min uşaq və onların ailələri üçün mobil qruplar və ev ziyarətləri vasitəsilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsidir.

Qeyd olunan humanitar hədəflərlə yanaşı, müharibəyə baxmayaraq, Ukrayna Hökuməti ilə birlikdə bir sıra islahatlar və regionların bərpası istiqamətində də səylərimizi davam etdiririk. Belə ki, UNICEF və Ukrayna Hökumətinin 2025–2029-cu illər üçün birgə planı, humanitar və insan kapitalı böhranının nəticələrini nəzərə alaraq, ən həssas qruplara daxil olan uşaqların ehtiyaclarının təmin edilməsi və ölkənin gələcəyi üçün uşaqların və gənclərin həyatını dəyişmək üzərində üç əsas istiqamətdə çalışırıq: Erkən uşaqlıq dövrünün inkişafına sərmayə yatırmaq, uşaqları və gəncləri Ukraynanın dayanıqlı bərpasına töhfə vermək üçün bilik və bacarıqlarla təmin etmək və ən həssas qruplara daxil olan uşaqların müdafiəsi sahəsində ailələrə dəstək göstərmək.

- Müharibə dövründə nə qədər uşaq həlak olub və ya xəsarət alıb, həmçinin Ukraynadan aparılan uşaqların geri qaytarılması üçün son vəziyyət necədir?

- 2022-ci ilin fevralından bəri 3050-dən çox uşaq birbaşa zərər çəkib. Bunlardan 738-i öldürülüb, 2318-i yaralanıb. Ukraynada heç bir uşaq tam təhlükəsiz deyil. Cəbhə xəttinə yaxın yaşayan uşaqlar intensiv döyüşlərdən, mərkəzi və qərb bölgələrində isə enerji infrastrukturuna edilən hücumlardan təsirlənir.

Uşaqların qaytarılması prosesinə gəldikdə isə, UNICEF Ukrayna Hökuməti və vətəndaş cəmiyyəti tərəfdaşları ilə birlikdə geri qayıdan uşaqlar üçün reinteqrasiya dəstəyi göstərir, ailələrin axtarışı və yenidən qovuşması, eləcə də qayıtdıqdan sonra onların müşahidəsi və müvafiq dəstəyin göstərilməsi üzrə sosial xidmətləri gücləndirir.

Bu proses olduqca mürəkkəb və həssasdır. Bizim bu mövzuya yanaşmamız, ilk növbədə, uşaqların ən üstün mənafeləri və maraqları, onların doğma ailələrindən ayrı qalmaması və vətəndaşlıqlarının dəyişdirilməməsi prinsipləri üzərində qurulur.

- Qarşıdan soyuq qış ayları gəlir, Ukraynada uşaqların normal istilik problemlərini həll etmək istiqamətində hansı işlər görülür?

- Uşaqlar və ailələr Ukraynada dördüncü qışı mütəmadi atəş altında qarşılayır, mülki infrastruktur ciddi zədələnib və mülki əhalinin, o cümlədən sosial infrastrukturun işıq, istilik və su təminatı imkanları olduqca məhdudlaşıb. Vəziyyət son dərəcə narahatedicidir. Enerji infrastrukturuna hücumlar əvvəlki illərlə müqayisədə artıb. Sentyabr ayına olan məlumata əsasən, cari il ərzində 759 hücum qeydə alınıb. Artıq bir çox bölgələrdə elektrik enerjisinin təminatında ciddi fasilələr müşahidə olunur. Məsələn, Sumı vilayətinin Şostka şəhəri demək olar ki, 30 gün ardıcıl olaraq işıqsız qalıb.

UNICEF-in növbəti qış mövsümünə hazırlıq tədbirləri bu ilin yazında başlayıb və əvvəlki illərin təcrübəsinə əsaslanır.

Yerli dövlət orqanları və kommunal xidmət müəssisələri ilə əməkdaşlıq çərçivəsində, UNICEF istilik sistemlərinin təmiri və modernləşdirilməsinə yardım göstərməkdədir. Bu, vacibdir, çünki istilik sistemlərinə təxminən 2,5 milyard ABŞ dolları dəyərində zərər dəyib.

Bundan əlavə, bu günə kimi, cəbhə xəttində yaşayan 45 mindən çox ailənin müvafiq ehtiyaclarının ödənilməsi üçün 21 milyon ABŞ dollarından çox vəsait ayıraraq, birdəfəlik müavinətlər verilib.

- Müharibə başlayandan bəri Azərbaycan Ukraynada humanitar layihələr həyata keçirir, xüsusilə uşaqların Azərbaycanda reabilitasiyası üçün intensiv işlər aparır. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın qlobal miqyasda kiçik dövlət olmasına və hazırda öz ərazilərinin bərpası ilə məşğul olmasına baxmayaraq, Ukraynaya əhəmiyyətli miqdarda humanitar yardım ayırması təqdirəlayiq və nümunəvi addımdır. Ölkədə mülki əhalinin, xüsusilə uşaqların üzləşdiyi çətinlikləri nəzərə alsaq, bu yardımların sosial sahələrə və enerji təhlükəsizliyinin təmininə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.

Hərbi münaqişələrdə ən çox zərər çəkən qrupun uşaqlar olduğunu nəzərə alsaq, onların dörd ilə yaxın müddətdə davamlı psixoloji gərginlik içində yaşaması, əyani təhsilin məhdud olması, saatlarla zirzəmilərdə vaxt keçirməsi və himayəsiz durumda olması ciddi narahatlıq doğurur. Bu baxımdan, onların ölkə xaricində reabilitasiya imkanlarından yararlanması müsbət və vacib addımdır.

Azərbaycan Hökumətinin bu istiqamətdə göstərdiyi səylər və həyata keçirdiyi əməli tədbirlər yüksək qiymətləndirilməlidir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see268

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see222

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see144

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri