Icma.az
close
up
RU
Universitet sənaye əməkdaşlığı: MDU tələbələrinin dərsləri “Azərbaycan İES” MMC də keçirilir

Universitet sənaye əməkdaşlığı: MDU tələbələrinin dərsləri “Azərbaycan İES” MMC də keçirilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) energetika mühəndisliyi ixtisasında təhsil alan EnM24 qrupunun tələbələri növbəti dərslərini “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində keçiriblər.

MDU-dan AZƏRTAC-a bildirilib ki, dərs Energetika kafedrasının müəllimi və “Azərbaycan İES” MMC-nin əməkdaşı olan Qədir Məmmədli tərəfindən “Elektrik maşınları” fənnindən “Transformator və rejimləri” mövzusunda aparılıb. Tələbələrə transformatorların quruluşu, iş prinsipləri və müxtəlif rejimlərdə tətbiqi ilə bağlı nəzəri biliklər təqdim olunub, həmçinin istehsalat şəraitində onların praktiki tətbiqi izah edilib.

Bu dərs MDU ilə “Azərbaycan İES” MMC arasında qurulan universitet-sənaye əməkdaşlığının real nəticələrindən biri kimi diqqət çəkir. Qeyd edək ki, tərəflər arasında 2025-ci ilin iyul ayında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum sənaye yönümlü ixtisaslar – xüsusilə energetika mühəndisliyi və elektrik və elektronika mühəndisliyi – üzrə peşəkar kadrların hazırlanmasını, təhsilin istehsalatla inteqrasiyasını, elmi-tədqiqat fəaliyyətlərinin təşviqini hədəfləyir.

Əməkdaşlıq çərçivəsində tələbələrin stansiyada istehsalat təcrübəsi keçməsi, dərslərin praktiki hissəsinin Tədris Mərkəzində təşkili, müəssisə mütəxəssislərinin tədris prosesinə cəlb olunması və universitet müəllimlərinin istehsalat prosesinə inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, birgə elmi-tədqiqat layihələrinin icrası, magistrlik dissertasiyalarının stansiyanın ehtiyaclarına uyğun müəyyənləşdirilməsi və innovativ həllərin hazırlanması planlaşdırılır.

Qeyd edək ki, MDU tələbələrinin “Azərbaycan İES” MMC-də keçdikləri bu dərs universitet-sənaye əməkdaşlığının praktiki müstəviyə keçdiyinin, eyni zamanda energetika sahəsində peşəkar kadrların hazırlanmasına verilən xüsusi önəmin göstəricisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri