Icma.az
close
up
RU
Universitetdə biabırçılıq: tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub

Universitetdə biabırçılıq: tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"Naxçıvan Dövlət Universitetinin bəzi fakültə dekanları bir qrup qız tələbəyə qiymət qarşılığında cinsi əlaqədə olmaq təklifi ediblər. Həmin tələbələr də baş verənlərin videogörüntüsünü gizli çəkib, universitetin rektoruna təqdim ediblər. Lakin, rəhbərlik bu biabırçılığı araşdırmaq əvəzinə, qısnamaya məruz qalmış tələbələri təhdid edir".
Reyting.az
bildirir ki, bu barədə "Gündəlik Naxçıvan" Media Qrupuna bir qrup zərərçəkmiş tələbə məlumat verib.
Onların sözlərinə görə, bu cür biabırçılıqlar ən çox Fizika-riyaziyyat fakültəsində baş verir.
Fakültənin tələbəsi G.B. da zərərçəkənlərin arasındadır. O, deyib ki, yaxşı hazırlaşsa da, onu imtahandan qəsdən kəsiblər və qiymətini düzəltmək üçün universitetdə yay məktəbinə gəlməyə məcbur olub. Burada isə dekan ona əxlaqsız təklif edib:
"Gözəl, gözəgəlimli qızların çoxunu oxusalar da, qəsdən kəsirlər. Sonra da qiymət yazmaq üçün dekan onlara əxlaqsız təklif edir. Yəqin ki, razılaşanlar da olub. Lakin, mən və bir neçə başqa qız bunu bildiyimiz üçün əvvəlcədən nə edəcəyimizi planlaşdırmışdıq. Dekan Məftun müəllimin bizi qəbul edib, öncə təhdid, sonra isə əxlaqsız təklif etməsini ayrı-ayrılılqda gizli videoya çəkdik. Sonra isə bu faktları dekanın qadın olan müavininə verdik. O da hər şeyi protokollaşdırıb, rəhbərliyə təqdim etdi. İndi dekanı cəzalandırmaq yerinə bizi təhdid edirlər ki, niyə gizli video çəkmisiniz. İnsanların namusu ilə oynayanlara, iş yerini əxlaqsızxanaya çevirənlərə söz deyilmir, biz zərərçəkənləri gözümçıxdıya salırlar".
Adının çəkilməsini istəməyən digər zərərçəkən də təhdid olunduğunu bildirir:
"Biz istəyirdik ki, bu məsələ universitet daxilində həll olunsun, Azərbaycan ictimaiyyəti bu biabırçılıqdan xəbər tutmasın. Lakin, rəhbərlik əxlaqsız dekan və müəllimləri cəzalandırmaq əvəzinə, bizi təhdid etməyə başladı. Biz də məcbur qalıb, bu məsələni ictimailəşdiririk. Təkcə dekan yox, fakültənin başqa bir kişi müəllimi də belə əxlaqsızlıqla məşğuldur. Biz dövlət rəhbərindən tələb edirik ki, əxlaqsız dekan və onun kimi müəllimlər universitetdən qovulub cəzalandırılsınlar".
Zərəçəkənlər bildirirlər ki, bu cür hallar təkcə Fizika-Riyaziyyat fakültəsində baş vermir.
Naxçıvan Dövlət Universitetindən məsələyə münasibət bildirmək istəməyib.(XəzərNews.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 İyul 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri