Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır?
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Tələbələrin iş tapmaqda çətinlik çəkməsi son illərdə aktual mövzulardandır. Əmək bazarında artan iş rəqabəti onları universitet boyu əlavə fəaliyyətlərə məşğul olmağa sövq edir.
HR mütəxəssisi Sevda Quliyeva məsələnin həlli yollarını Yeniavaz.com-la bölüşüb.
Mütəxəssisin sözlərinə görə, gənclər ilk növbədə təcrübə toplamağa çalışmalıdırlar. Hətta qısa müddətli və ya ödənişsiz təcrübə proqramları belə tələbələr üçün faydalı ola bilər:
“İşəgötürən üçün “nə oxumusan?” qədər “nə etmisən?” də önəmlidir”.
O qeyd edib ki, ixtisas üzrə əlavə sertifikatlar almaq, xarici dil və rəqəmsal bacarıqları inkişaf etdirmək də gənclərin işə qəbul şanslarını artırır. Xüsusilə ingilis dili artıq bir çox sahədə üstünlük deyil, tələbə çevrilib.
Bununla yanaşı, mütəxəssis süni intellekt alətləri, data analitikası və ixtisasa uyğun digər müasir proqramların öyrənilməsinin də vacib olduğunu vurğulayıb.
S.Quliyeva gənclərə “Linkedin” profilini düzgün hazırlamağı və peşəkar əlaqələr qurmağı da tövsiyə edir:
“Linkedin” yalnız iş elanlarına müraciət etmək üçün deyil, peşəkar əlaqələr qurmaq üçün də istifadə olunmalıdır”.

Sevda Quliyeva
Onun fikrincə, könüllülük, sosial layihələr və müxtəlif peşəkar proqramlarda iştirak tələbələrə həm təcrübə, həm də yeni əlaqələr qazandırır:
“Mən gənclərə məzun olmağı gözləməməyi tövsiyə edərdim. CV universitetin son kursunda artıq müəyyən təcrübə, layihə və nailiyyətlərlə dolu olmalıdır”.
Mütəxəssis həmçinin, müsahibəyə hazırlığın işə qəbul prosesində mühüm rol oynadığını deyib:
“Bir çox gəncin problemi bilik çatışmazlığı yox, özünü düzgün təqdim edə bilməməsidir”.
Son olaraq, S.Quliyeva gənclərə ilk iş seçimində yalnız əməkhaqqına deyil, qazandıracağı təcrübə və inkişaf imkanlarına da diqqət yetirməyi tövsiyə edib.
“İlk iş mütləq yüksək maaşlı olmaya bilər. Əsas məqsəd ilk mərhələdə təcrübə, bacarıq, nəticə və peşəkar reputasiya toplamaqdır”, – deyə mütəxəssis bildirib.
Zöhrə İsazadə
Bu mövzuda digər xəbərlər:İşdən çıxarıldığı üçün damarlarını kəsdi Universitetdən AÇIQLAMA YENİLƏNİB
11 Aprel 2025 12:10
İnnovativ universitetdən “süni intellekt universiteti”nə
01 İyul 2026 15:43
“Kabinet üçün yox, torpaq üçün kadr hazırlanmalıdır” Yeni yaradılan universitetdən GÖZLƏNTİLƏR
26 May 2026 20:03
Erməni yepiskop universitetdən qovuldu
10 İyul 2025 20:45
Regional Universitetdən Milli Brendə
01 İyun 2026 18:05
Baxış sayı:156
Bu xəbər 02 Sentyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















