Icma.az
close
up
RU
Universiteti bitirmək son deyil, başlanğıcdır

Universiteti bitirmək son deyil, başlanğıcdır

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Cəmiyyətdə təhsil almadan da uğurlu karyera qurmağın və yüksək gəlir əldə etməyin mümkünlüyü ilə bağlı fikirlər səslənir. Bəzi insanlar diplomdan daha çox praktiki bacarıqların, şəxsi təşəbbüsün və iş təcrübəsinin önəmli olduğunu düşünür. Hətta təhsil almayan bəzi gənclərin universitet məzunlarından daha tez iş həyatında irəlilədiyi və daha çox qazandığı iddia olunur.
Təhsil almamış gənclərin təhsil alanlarla müqayisədə daha çox qazanması və karyerada daha sürətli irəliləməsi nə dərəcədə realdır? Bu, cəmiyyətdə ali təhsilə münasibətin dəyişdiyini göstərirmi?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, müasir şəraitdə diplomun lazımlı və ya lazımsız olmasını müəyyən edən əsas amillərdən biri əmək bazarının tələbləridir: 
“Əgər hər hansı bir peşəyə tələbat varsa, təbii ki, həmin sahədə kadr hazırlığına da xüsusi diqqət yetirilir. Peşələr tədricən sıradan çıxdıqca, onlara tələbat azaldıqca həmin ixtisasa qəbul, peşənin seçilməsi və fəaliyyət istiqamətinin inkişafı da yavaşlayır və müəyyən hallarda aradan qalxır. Bununla yanaşı, ali təhsil istənilən halda çox önəmli və vacibdir. Burada diplomun özündən daha çox onun təsdiqlədiyi təhsilin keyfiyyəti önəmlidir. Bu isə diplomun vacibliyi faktorunu aradan qaldırmır. Çox vaxt real keyfiyyətlə müqayisədə formal diplom bəzi insanlara müəyyən qapılar açır, yaşıl işıq yandırır. Amma bununla yanaşı, real biliklə tamamlanan keyfiyyətli diplom daha çox fayda verir və daha yaxşı nəticə göstərir. Yəni bilik və diplom göstəricisi bir-birinə nə qədər uyğundursa, gəlir və karyera imkanları da bir o qədər genişlənir. Təbii ki, burada müəyyən istisnalar da var. Maliyyə resursları, müxtəlif imkanlar və ya qeyri-sağlam rəqabət bəzən bu prosesi subyektiv olaraq məhdudlaşdıra bilər. Amma ümumilikdə obyektiv qiymətləndirmə aparılarsa, bilik və bacarıqlar müəyyən rəsmi sənədləşmə, yəni diplomla tamamlanır. Bacarıq, sahibkarlıq qabiliyyəti, texnoloji kompetensiyalar və şəxsi təşəbbüs diplomu tamamlayan əsas keyfiyyət göstəriciləridir. İnsanın nəyi bacarıb-bacarmaması yalnız diplomla məhdudlaşmır”.
Naib Niftəliyev diplomun sadəcə bir vasitə olduğunu qeyd edib: 
“Əgər bu diplomu tamamlayan real bilik və bacarıqlar varsa, müsbət irəliləyiş və yüksək nəticə əldə etmək mümkündür. Əks halda isə ali təhsilli işsizlər ordusunun yaranması kimi problem ortaya çıxa bilər. Sosial-siyasi və sosioloji baxımdan yanaşdıqda burada iki əsas istiqamət özünü göstərir. Birincisi, təhsil uğurun birbaşa göstəricilərindən biridir. İnsanların təhsili onların uğurunun ən azı mühüm hissəsini təşkil edir. Digər tərəfdən isə sahibkarlıq, satış, rəqəmsal marketinq, proqramlaşdırma, dizayn, tikinti, xidmət sektoru, media və digər sahələrdə gəliri müəyyən edən əsas amillər konkret bacarıq, istedad, əmək bazarını düzgün başa düşmək, risk etmək və təşəbbüskarlıqla bağlı ola bilər. Bunu universitet diplomu olmayan şəxslər də edə bilərlər. Amma universitet diplomu olduqda və insan öz istiqamətini düzgün müəyyənləşdirdikdə, elmi əsasları bildikdə qazanc və uğur şansı əhəmiyyətli dərəcədə artır. Digər tərəfdən, cəmiyyətdə ən uğurlu diplomsuz insanların daha çox görünməsi ilə bağlı bir statistik illüziya da var. Halbuki reallıq belə olsaydı, insanlar ali təhsilə bu qədər meyl göstərməzdilər. Bu il 58 mindən artıq şəxsin ali təhsil aldığı, orta ixtisas təhsili alanların sayı da nəzərə alındıqda bu göstəricinin təxminən 65-67 minə çatdığı qeyd olunur. Boş qalan yerlər və digər resurslar nəzərə alındıqda da on minlərlə insanın ali təhsil almağa çalışdığı görünür. Bu da göstərir ki, diplom əvvəlki kimi öz önəmini və əhəmiyyətini qoruyub saxlayır. Müəyyən beynəlxalq hesabatlarda da ali təhsilin gəlirlərə təsiri vurğulanır. Məsələn, “Education at a Glance” təşkilatının 2025-ci il hesabatına görə, inkişaf etməkdə olan ölkələrdə ali təhsilli tam iş günü çalışanların qazancı orta təhsillə kifayətlənənlərlə müqayisədə daha yüksəkdir və bu fərq 54 faizə qədər çatır. Bu da ali təhsilə olan marağın göstəricilərindən biridir. Dünya Bankının araşdırmalarında da təhsilin gəlirə təsiri önə çəkilir. Orta təhsildə əlavə hər bir təhsil ili insanın gəlir qazanmaq imkanını təxminən 9-10 faiz artıra bilər. Ali təhsil üzrə isə gəlirlilik göstəricisinin daha yüksək olduğu qeyd olunur. Bu baxımdan diplom və təhsil göstəricisi praktiki vərdişlərin özü qədər əhəmiyyətli ola bilər”.
Sosioloqun fikrincə, digər tərəfdən gəlirlilik, yəni gəlir qazanmaq, mütləq şəkildə diplomla eyniləşdirilə bilməz: 
“Diplom və təhsil anlayışları da müəyyən qədər fərqləndirilməlidir. Elə insanlar var ki, müəyyən təhsil alır, müstəqil şəkildə öyrənməyə davam edir, peşəkar kurslar keçir, sertifikatlar əldə edir və öz üzərində çalışaraq yüksək səviyyəli mütəxəssisə çevrilirlər. Bu baxımdan əmək bazarının mühüm paradoksu ortaya çıxır. Diplom giriş biletidir, amma karyeranı təkbaşına diplom həll etmir. Bəzi peşələr üçün hüquqi və peşəkar tələblər, həmçinin işəgötürənin ilkin seçimi diplomla ölçülür. Bundan sonrakı mərhələdə isə insanın bacarıqları, təcrübəsi və özünü inkişaf etdirməsi ön plana çıxır. Sırf sosioloji baxımdan yanaşdıqda, ali təhsilə münasibətdə müəyyən dinamik dəyişiklik həqiqətən müşahidə olunur. Əvvəllər diplom daha çox prestij, sosial status, savadlılıq və uğurun simvolu kimi qəbul edilirdisə, indi gənclər peşəkarlığı, əmək vərdişlərini və diplomun əks etdirdiyi keyfiyyət göstəricilərini daha çox önə çəkirlər. Bu da əmək bazarının yaratdığı yeni reallıqdır. Artıq universiteti bitirmək son deyil, başlanğıcdır. Əsas sual budur: “Bu təhsil mənə hansı bilikləri, hansı bacarıqları, hansı peşə keyfiyyətlərini verir və əmək bazarında mənə hansı üstünlüyü qazandıracaq?” Bu baxımdan diplom qarşısında qoyulan tələblər əvvəlkindən daha çoxdur. Müasir şəraitdə diplomlu olmaq həm də yüksək keyfiyyətlərlə fərqlənmək deməkdir. Azərbaycan cəmiyyəti və Azərbaycan təhsil sistemi üçün də bu kifayət qədər aktual məsələdir. Əsas problem ali təhsilin əmək bazarının tələbləri ilə nə dərəcədə uzlaşmasıdır. Vacib olan tələbəyə yalnız diplom deyil, həm də ona uyğun praktiki vərdişlər, xarici dil bilikləri, rəqəmsal kompetensiyalar, analitik düşüncə və real əmək bazarına çıxış imkanlarının formalaşdırılması, müvafiq biliklərin aşılanmasıdır”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see377

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see377

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see314

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see269

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see253

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see222

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see217

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see216

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see204

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see204

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see199

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see193

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see191

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see183

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see182

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see181

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see176

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see176

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see163

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri