Icma.az
close
up
RU
Universitetlər arasında səviyyə fərqi böyük olduğu üçün bazası zəif müəllimlər yetişir Ekspert

Universitetlər arasında səviyyə fərqi böyük olduğu üçün bazası zəif müəllimlər yetişir Ekspert

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sertifikasiyadan aşağı nəticələri ibtidai sinif müəllimlərinin göstərməsi təsadüf deyil. Bunun bir neçə səbəbi var. Əvvəla, ibtidai sinif müəllimlərinin hazırlıq bazası zəifdir. Onlar çoxşaxəli biliklərə malik olmalıdır, məsələn, Azərbaycan dili, riyaziyyat, metodika və pedagoji biliklər. Sertifikasiyada həm bilik, həm də pedoqoji və psixoloji hazırlıq ölçülür. Bir çox müəllim bütün sahələrdə eyni səviyyədə deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 
O bildirib ki, əvvəllər ibtidai sinif hazırlığı kolleclərdə qısa müddət, adətən iki il tədris olunurdu və keyfiyyət zəif idi:
"Universitetlərdə isə ibtidai sinif hazırlığı nisbətən daha keyfiyyətlidir, amma bu da geniş yayılmayıb. İbtidai təhsil üzrə tələbələr metodik dərslərin praktik təcrübəsini əsasən nəzəri şəkildə keçir. Fənm dərslərinin keyfiyyəti qeyri-bərabərdir və universitetlər arasında səviyyə fərqi böyükdür. Nəticədə bazası zəif müəllimlər yetişir. Uzun illər təcrübəsi olan müəllimlər kurs keçmədən dərs deyib, amma sertifikasiyada aktual biliklər tələb olunur. Kurikulumun yeni tələbləri, formativ və summativ qiymətləndirmə, interaktiv metodlar və diferensial tədris bu yeniliklərlə ayaqlaşmayan müəllimlər imtihanda zəif nəticə göstərir. Statistikaya görə, zəif nəticə göstərən müəllimlərin çoxu 40 yaş və üzərindədir".
Ekspert deyib ki, ibtidai sinif müəllimləri bir neçə fənni tədris edir və bütün sənədləşmə işləri onların üzərindədir:
"Şagirdlərlə fərdi iş də çox tələb olunur. Sertifikasiyaya hazırlaşmaq üçün vaxt və resurs çatışmazlığı da nəticələrə təsir edir. Oxu, yazı, riyaziyyat, məntiq, nitq və sosial bacarıqlar ibtidai sinifin təməlidir. Bu təməl sağlam qoyulmadıqda şagirdlər də çətinlik çəkir və müəllimin zəif tərəfləri daha tez ortaya çıxır. Bir çox ölkələrdə ibtidai müəllimlik ən yüksək bal tələb edən ixtisaslardan biridir. Azərbaycanda isə uzun illər bu sahəyə yüksək tələblər qoyulmayıb və keçid balları aşağı olub. Bu da ümumi keyfiyyətə təsir edib. Nəticədə, ibtidai müəllimlərin sertifikasiyada zəif nəticə göstərməsi sistemli bir problemdir. Uzun illər kolleclər müəllim hazırlayıb, məktəb hazırlığı yüksək olmayıb, davamlı təlim çatışmazlığı olub. Fənnçinin yeni tələblərə uyğunlaşma problemi və fənnlər arası geniş bilik tələbi də rol oynayır. Məktəbdə tədrisin keyfiyyətini yüksəltmək üçün təşkilati iş və təlim vacibdir. İbtidai siniflər əslində ən çətin və məsuliyyətli sahələrdən biridir".
Qeyd edək ki, Nazir çıxışında bildirib ki, sertifikasiyada ən aşağı nəticə göstərənlər ibtidai sinif müəllimləridir və bu yaş aralığında şagirdlərin böyük əksəriyyəti materialı mənimsəmirlər.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri