Icma.az
close
up
RU
Universitetlərdən gəlir əldə edilməsi məqsədilə vəsait tutulursa... AÇIQLAMA

Universitetlərdən gəlir əldə edilməsi məqsədilə vəsait tutulursa... AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025/2026-cı tədris ili üçün təhsil haqları artırılıb. Artım həm bakalavriat, həm də magistratura səviyyələrinə şamil olunur və bəzi ixtisaslarda 200 manatadək yüksəliş qeydə alınıb. Belə ki, universitetdən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qaldırılıb. Hazırda digər aparıcı ali təhsil müəssisələri qiymət artımı nəzərdə tutmadıqlarını bildirsələr də, bu mövqenin gələcəkdə dəyişib-dəyişməyəcəyi açıq qalır.
Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib ki, son dövrlərdə Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarının artması narahatlıq doğuran mövzulardan birinə çevrilib:
“Bu artım, bir tərəfdən universitetlərin maliyyə ehtiyacları ilə əsaslandırılsa da, digər tərəfdən bir sıra problemləri də gündəmə gətirir. Ali təhsil müəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərir və dövlət büdcəsindən yalnız məhdud maliyyə dəstəyi alırlar. Qanunvericiliyə əsasən, bu qurumlar öz maliyyə ehtiyaclarını əsasən öz gəlirləri hesabına ödəməlidirlər. Lakin problem ondadır ki, universitetlərin qazandığı gəlirin müəyyən bir hissəsi Elm və Təhsil Nazirliyi tərəfindən tutulur və bu da onların maliyyə muxtariyyətinə ziddir. Nəticədə ali təhsil müəssisələri yaranmış boşluğu tələbələrdən alınan ödənişlər vasitəsilə kompensasiya etməyə məcbur olurlar. Bu isə təhsil haqlarının süni şəkildə yüksəlməsinə səbəb olur”.
Millət vəkili əlavə edib ki, belə bir vəziyyət tələbələr üçün ciddi maneələr yaradır:
“Onların ali təhsilə çıxış imkanlarını məhdudlaşdırır. Əgər universitetlərdən gəlir əldə edilməsi məqsədilə vəsait tutulursa, bu, birbaşa olaraq tələbələrin üzərinə əlavə yük deməkdir. Bu isə sosial ədalət prinsipinə ziddir və ölkədə təhsil bərabərliyinə ciddi təsir göstərir. Təhsil almaq imkanı yalnız maddi imkanı olan tələbələrlə məhdudlaşarsa, bu, gələcəkdə cəmiyyətin sosial strukturuna və intellektual potensialına mənfi təsir edə bilər. Bu səbəbdən, məsələ ciddi şəkildə araşdırılmalı və universitetlərin qazandıqları vəsait üzərində tam muxtariyyət hüququ bərpa olunmalıdır. Elm vəTəhsil Nazirliyi bu məsələyə müdaxilə etməməli, əksinə, ali təhsil müəssisələrinin müstəqil şəkildə maliyyə siyasəti aparmasına şərait yaratmalıdır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyul 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri