Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Universitetlərimiz distant təhsilə keçsinmi? FİKİRLƏR HAÇALANIR

Universitetlərimiz distant təhsilə keçsinmi? FİKİRLƏR HAÇALANIR

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti davam edir.

Bakıvaxtı.az xatırladır ki, havanın kəskin dəyişməsi ilə bağlı bəzi universitetlər bir neçə gün onlayn tədrisə keçid edib. Sosial şəbəkələrdə bəzi vətəndaşlar, təhsil ekspertləri onlayn tədrisə keçidlə bağlı fikirlərini bölüşərək, bu təhsil formasının şəhərdəki tıxacı, ictimai nəqliyyatda olan sıxlığı azaltdığını qeyd etdilər.

Belə ki, təhsil eksperti Kamran Əsədov özünün “Facebook” hesabında qeyd edib ki, son günlərdə müşahidə olunan hava şəraiti bir daha göstərdi ki, universitetlərdə ən azı həftədə 2-3 gün onlayn təhsil tətbiq edilməlidir. Metro və avtobusların boş olması, şəhərdə hərəkətin xeyli azalması bu məsələnin nə qədər vacib olduğunu sübut edir:

“Onlayn təhsilin müəyyən günlərdə tətbiqi xüsusilə qış aylarında və pis hava şəraitində tələbələrin rahatlığını təmin edə bilər. Tələbələr hər gün kilometrlərlə yol qət etmək, qarlı və buzlu yollarda hərəkət etmək məcburiyyətində qalmayacaqlar. Həmçinin, bu, universitetlərin kommunal xərclərini azaltmağa, auditoriya yükünü optimallaşdırmağa və texnoloji imkanları daha geniş tətbiq etməyə kömək edə bilər”.

K.Əsədov nəzərə çatdırıb ki, hazırda ölkəmizdə universitetlərin böyük əksəriyyəti onlayn tədris imkanlarına malikdir. Pandemiya dövründə universitetlər onlayn dərs keçmək üçün zəruri texniki bazanı yaratdılar və bu sistem effektiv şəkildə işləyib. Onlayn dərslər təkcə pandemiya zamanı yox, tədris prosesinin bir hissəsi kimi sistemli şəkildə tətbiq edilməlidir:

“Tələbələrin rahatlığı və təhsilin keyfiyyətini qorumaq üçün universitetlərdə həftədə ən azı 2-3 gün distant dərslərin keçirilməsi rəsmi qaydada tətbiq olunmalıdır. Bu, təkcə hava şəraiti ilə bağlı deyil, həm də müasir dövrdə təhsilin daha çevik və əlçatan olması üçün vacib addımdır. Nəqliyyat yükünün azalması, tələbələrin vaxta qənaət etməsi, şəhərdə tıxac və sıxlığın azalması və universitetlərin daha effektiv idarə olunması baxımından bu, müasir təhsil sisteminin zəruri tələblərindən biri olmalıdır. Bu yanaşma yalnız tələbələr üçün deyil, bütün şəhər sakinləri üçün də daha rahat və səmərəli nəqliyyat infrastrukturunun formalaşmasına kömək edəcəkdir”.

Maraqlıdır, onlayn tədris ölkəmizdə davamlı tətbiq edilə bilərmi?

Ceyhun Məmmədov: Azərbaycanda onlayn təhsillə məşğul olan ayrıca bir quruma ehtiyac var

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu barədə fikir yürütməmişdən öncə hər bir təhsil eksperti təhsil prosesi barədə məlumatlı olmalıdırlar.

C.Məmmədovun sözlərinə görə, bu tip yanaşmalar insanlarda yanlış fikir yaradır.

Deputat vurğulayıb ki, heç bir halda onlayn təhsil ənənəvi tədrisi əvəz edə bilməz. Onun sözlərinə görə, onlayn təhsilə cəmiyyət olaraq tam hazır deyilik və “1-2 gün tədris onlayn olmalıdır” fikri doğru deyil:

“Bunu deyənlər nə məqsədlə deyir, anlaya bilmirəm. Onlar getsinlər hazırda universitetlərdə proses necə baş verir onu öyrənsinlər. 2 gün onlayn, qalan günlər qeyri-onlayn dərs keçmək nədir? Hamı təhsil eksperti olub, hamı təhsildən danışır. Hamı bildiyini də, bilmədiyini də deyir. Sonra təhsilimizdə qarışıqlıq yaranır. İnsanlar arasında da çaşqınlıq yaranır. Biz 2-3 gün onlayn tədris tətbiq etməklə nəyə nail olacağıq? Belə gülməli, absurd açıqlamalardan hamı çəkinməlidir. Biz insanları çaşdırmalı deyilik.
Bəlkə elə ənənəvi tədrisi ləğv edək, keçək onlayn tədrisə? Belə olmaz, hər kəs məsuliyyətli olmalıdır”.

Müsahibimiz nəzərə çatdırıb ki, onlayn təhsil üçün müəyyən şərtlər, imkanlar, resurslar olmalıdır.

Millət vəkilinin fikrincə, Azərbaycanda onlayn təhsillə məşğul olan ayrıca bir quruma ehtiyac var:

“Belə bir qurum ola bilər və bu istiqamətdə gələcəkdə müəyyən tətbiq həyata keçirilməsi məsələsinə baxıla bilər. Amma hazırkı şəraitdə onlayn təhsil olmamalıdır. Bəli, zərurət yarandıqda onlayn tədrisə keçirilir. Amma zərurət yoxdursa, buna ehtiyac yoxdur. Hər kəs reallıqları nəzərə almalıdır”.

Elmin Nuri: Gələcəyin təhsili məhz hibrid təhsildir, buna keçməliyik

Bakıvaxtı.az-la fikirlərini bölüşən təhsil məsələləri üzrə ekpert Elmin Nuri isə ölkəmizdə onlayn tədris formasının yalnız hava şəraiti ilə əlaqələndirilməməsini istəyir.

E.Nuri qeyd edib ki, distant təhsil forması bir təhsil hadisəsidir və qar, çovğun oldu-olmadı 21-ci əsrin əsas tələbinə uyğun olaraq bizim təhsil sistemimizdə də öz əksini tapmalıdır.

Bu tendensiyanın gecikdiyini təəssüflə qeyd edən ekspert söyləyib ki, ənənəvi tədrisin tamamilə aradan qaldırılmasını heç kim deyə bilməz və bu, mümkün də deyil. Lakin onlayn tədrissiz də mümkün deyil və 21-ci əsr, süni intellekt əsrinin tələbləri tamam başqadır:

“Gələcəyin təhsili məhz hibrid təhsildir. Buna keçməliyik. Mən distant təhsilin hər hansı sosial səbəblərlə - tıxaclarla və s. əlaqələndirilməsini də istəməzdim. Bu gün biz təhsilə sırf təhsil pencərəsi aspektindən baxmalıyıq”.

Sosial müstəvinin də lazım olduğunu, bunun bir reallıq olduğunu nəzərə çatdırın müsahibimizin sözlərinə görə, biz distant tədrisi təhsil hadisəsi kimi qabartmalıyıq:

“Qar bir müddət yağacaq, bir də qaldı gələn ilə. Gələn il də bəlkə yağa, ya yağmaya. Bizim iqlim çox mülayim iqlimdir. İndi müvəqqəti olaraq bəzi universitetlər buna getdi, bəziləri heç ümumiyyətlə bunu tətbiq etmədi, bir neçə universitet də hibrid yola əl atdı, hər halda daxili qərarlarıdır, qarışa bilmərik. Amma biz distant təhsil formasını qarla-çovğunla əlaqələndirməyək, yanaşma dəyişsin, xahiş edirəm”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri