Icma.az
close
up
RU
Unudulmaqda olan adət ənənələlər adlı layihənin növbəti tədbiri keçirilmişdir FOTOLAR

Unudulmaqda olan adət ənənələlər adlı layihənin növbəti tədbiri keçirilmişdir FOTOLAR

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının akt zalında, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Qloballaşma və Milli Həmrəylik" Ictimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən "Unudulmaqda olan adət- ənənələlər"adlı layihənin növbəti tədbiri keçirilmişdir. SİA xəbər verir ki, tədbirdə Xaçmaz rayonunun zyalıları, mədəniyyət işçiləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov açılış nitqi etmişdir. O, tədbir iştirakçılarını salamladıqdan sonra, QMHİB-yi və sədrini tədbir iştirakçılarina təqdim etmiş, mövzu ilə bağlı ətraflı çıxış etmişdir.

QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra , tədbirin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirildiyini bildrmişdir. Həsən Qarayev, tədbirin həmçinin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili ''Konstitusiya və Suverenlik İli'' elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamına uyğun keçirildiyini qeyd etmişdir.

Xaçmaz rayon ağsaqqalı mədəniyyət işçisi Nazim Ağayev, milli adət-ənənələr, milli yeməklər ilə bağlı ətraflı çıxış etmişdir. Tədbir iştirakçıları ailə dəyərləri, toy adətləri, milli geyim, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildirmişlər. Mövzu ilə bağlı çıxış edənlər, Xaçmaz rayon mədəniyyət işçisi hazırda təqaüdtcü Sürəyya Əmirova, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Xaçmaz rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz rayon Gənclər Təşkilatının sədri Elman Məmmədov, YAP Xaçmaz rayon təşkilatının məsləhətçisi Fazil Rəhmətov və digərləri layihənin müasir dövrdə çox vacib olduğunu gənclər arasında daima təbliğ olunmasının aktuallığını nəzərə alaraq, davamlılığının olmasını arzulamışlar.
Sonda İB-nin sədri, H.Qarayev YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşova və kollektivinə, tədbir iştirakçılarına və qonaqlara, tədbirdə iştirak etdikləri üçün, həmçinin mənalı və dəyərli fikirləri üçün təşəkkürünü bildirmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri