Icma.az
close
up
RU
Unun qiyməti artır çörək bahalaşacaqmı?

Unun qiyməti artır çörək bahalaşacaqmı?

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda 50 kiloqramlıq unun topdansatış qiymətində ilin əvvəli ilə müqayisədə artım qeydə alınıb. Avqustun 10-dan etibarən ölkədə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,50–29,40 manat arasında dəyişir. İlin əvvəlində isə bu göstərici 26,10–28,60 manat təşkil edib. Beləliklə, unun topdansatış qiymətinin aşağı həddi 40 qəpik, yuxarı həddi isə 80 qəpik artıb.

Bəs unun bahalaşması çörəyin qiymətinə də təsir edəcəkmi?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a deyib ki, bu bahalaşmanın səbəbi maraq doğurur: "Hazırkı bahalaşmanın əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsinin yenidən kəskinləşməsi və Qara dənizdən taxıl ixracının əhəmiyyətli dərəcədə azalmasıdır. Bu amil dünya bazarında taxılın qiymətinin yüksəlməsinə, nəticədə isə unun bahalaşmasına səbəb olub. Düzdür, hazırda 50 kiloqramlıq bir kisə unun qiymətində 80 qəpik, hətta 1 manatlıq artımın çörəyin qiymətinə ciddi təsir göstərməsi gözlənilmir. Lakin bu tendensiya davamlı xarakter alarsa və taxılın qiymətində daha böyük artım baş verərsə, vəziyyət dəyişə bilər. Çünki Azərbaycanın əmtəəlik taxıl tələbatının təxminən 50 faizi xaricdən idxal hesabına təmin olunur. Bu baxımdan dünya bazarındakı qiymət artımı gələcəkdə daxili bazara daha ciddi təsir göstərə bilər. Sırf çörəyin qiymətinə gəldikdə isə hesab edirəm ki, yaxın dövrdə çörəyin bahalaşması ehtimalı yüksək deyil. Azərbaycanda çörəyin qiymətinə çox həssas yanaşılır. Buna görə də istehsalçılar qiyməti birbaşa artırmaq əvəzinə, alternativ addımlara gedə bilirlər.

Məsələn, çörəyin qiyməti dəyişdirilmədən onun çəkisi 10, 15 və ya 20 qram azaldıla bilər. Beləliklə, istehsal xərclərindəki artım qiymətə deyil, məhsulun çəkisinə yansıyır.Çox güman ki, hazırkı vəziyyətdə də buna bənzər bir yanaşmanın şahidi ola bilərik. Yəni çörəyin qiyməti dəyişməyə bilər, amma onun çəkisində müəyyən azalma baş verə bilər".

"Unun qiymətindəki artım müvəqqətidir, yoxsa qarşıdakı aylarda daha böyük bahalaşma riski var"sualına  müsahibimiz  bu cür cavab verib: "Bu, böyük ölçüdə Rusiya və Ukrayna taxılının dünya bazarına çıxarılması imkanlarının bərpa olunub-olunmamasından asılı olacaq. Hazırda Qara dənizdə vəziyyət kifayət qədər mürəkkəbdir və taxıl ixracı əvvəlki həcmdə həyata keçirilə bilmir. Ukrayna öz taxılını alternativ marşrutlarla, əsasən Rumıniya və Polşa üzərindən dünya bazarına çıxarmağa çalışır. Ukraynanın ixrac etdiyi taxılın həcmi kifayət qədər böyükdür – söhbət on milyonlarla tondan gedir. Rusiya da dünyanın ən böyük taxıl ixracatçılarından biridir. Ölkənin əsas taxıl ixrac infrastrukturlarından biri isə Qara dəniz sahilində yerləşən Novorossiysk limanıdır. Buradan taxıl Aralıq dənizi vasitəsilə Afrika və Asiya ölkələri də daxil olmaqla dünyanın müxtəlif bazarlarına göndərilirdi.

Hazırda isə Qara dənizdəki təhlükəsizlik və logistika problemləri taxıl daşıyan gəmilərin hərəkətinə ciddi maneələr yaradır. Bu da dünya bazarında təklifin azalması və qiymətlərin yüksəlməsi riskini artırır.

Lakin vəziyyətin uzunmüddətli xarakter alacağı hələ məlum deyil. Çünki daha əvvəl də belə bir vəziyyətlə qarşılaşmışıq. Müharibə davam etdiyi bir vaxtda İstanbulda Rusiya və Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı razılaşma əldə edilmiş, Türkiyənin vasitəçiliyi ilə taxıl ixracının davam etdirilməsi üçün mexanizm yaradılmışdı".

Sonda ekspert dedi ki, hazırda da yeni razılaşmanın əldə olunması ehtimalı var və bununla bağlı danışıqlar aparılır. "Əgər yaxın vaxtlarda tərəflər arasında razılıq əldə olunarsa, taxıl və unun qiymətindəki artımın müvəqqəti xarakter daşıması mümkündür. Əks halda, yəni Qara dəniz üzərindən taxıl ixracı ilə bağlı problemlər davam edərsə və alternativ marşrutlar mövcud tələbatı tam qarşılaya bilməzsə, qarşıdakı aylarda qiymət təzyiqi daha da arta bilər. Xüsusilə qış aylarında taxıl və unun daha yüksək qiymətlərlə qarşılaşması ehtimalı istisna edilmir" - deyə, iqtisadçı vurğulayıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Avqust 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri