Icma.az
close
up
RU
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir?

Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir.

Məhz sosial yardım aztəminatlı ailələrin maddi yükünün azaldılması və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm mexanizmlərdən biridir.

Lakin bəzi vətəndaşlar sosial yardım üçün müraciət zamanı tələb olunan məlumatları düzgün təqdim etmədikləri və ya sistemin tələblərini tam bilmədikləri üçün müxtəlif çətinliklərlə qarşılaşırlar.

Bu isə həm müraciət prosesinin uzanmasına, həm də yardımın təyin olunmamasına səbəb ola bilər.

Digər tərəfdən, əhalinin sosial yardım sistemi ilə bağlı məlumatlılığının artırılması və müraciət qaydalarının daha aydın izah edilməsi bu problemlərin qarşısının alınmasında mühüm rol oynayır.

Bəs vətəndaşların sosial yardım üçün müraciət edərkən ən çox yol verdiyi səhvlər hansılardır?

Sosioloq Hüseyn İbrahimov “Cebheinfo.az”-a bildirib ki, vətəndaşların sosial yardım almaları ilə bağlı müraciətlərdə ən mühüm problemlərdən biri onların özləri haqqında real vəziyyətlərini əks etdirən məlumatları olduğu kimi təqdim etməmələridir:

“Bu proseslə bağlı cəmiyyətdə kifayət qədər maarifləndirmə aparılır. Həm sosial şəbəkələrdə, həm də vətəndaşlar bununla bağlı müvafiq qurumlara müraciət etdikləri zaman lazımi məlumatları əldə edə bilirlər.

Ancaq yenə də vətəndaşlar özləri haqqında məlumatları təqdim edərkən müəyyən yanlışlıqlara yol verirlər. Vətəndaş ünvanlı sosial yardım almaq üçün müraciət edərkən özünə aid, hüquqi ixtiyarında olan mülkiyyət formaları, həcmindən asılı olmayaraq, daşınan və ya daşınmaz hər hansı əmlak haqqında məlumatları qeyd edərkən bir çox hallarda yanlışlıqlara yol verir.

Sonra həmin ünvana baxış keçirilən zaman məlum olur ki, vətəndaşın verdiyi məlumatlarla onun real vəziyyəti üst-üstə düşmür. Bu kimi faktlar kifayət qədər çoxdur.

Bir çox hallarda elə vətəndaşlar var ki, ünvanlı sosial yardım almaq üçün spontan (latınca spontaneus sözündən yaranmışdır - anidən və təbii şəkildə, əvvəlcədən planlaşdırılmadan meydana gələn hadisələr, hərəkətlər və ya vəziyyətləri təsvir edən bir anlayışdır) şəkildə addım atırlar. Yəni “alınar-alınar, alınmaz-alınmaz”.

Amma həqiqətən belə bir yardıma ehtiyacı olan insanların bir çoxu bu məsələyə çox ciddi yanaşırlar. Çünki bu, onların mövcud real vəziyyətini əks etdirir.
Ünvanlı sosial yardımın kimlərə verilməsi ilə bağlı müvafiq qurumların informasiya resurslarında kifayət qədər geniş məlumat yerləşdirilir.

İnsanlar bunu oxuyaraq öz məlumatlılıqlarını artırmalı, məsələləri bir daha nəzərdən keçirməli və yalnız bundan sonra müraciət etməlidirlər”.

Onun sözlərinə görə, elə şəxslər də var ki, sadəcə başqasının sosial yardım aldığını eşidir və heç bir kriteriya və şərtlərlə tanış olmadan sosial yardım almaq üçün müraciət edir:

“Bu baxımdan vətəndaş, ilk növbədə, özünün həmin kriteriyalara uyğun olub-olmadığını qiymətləndirməli və bəyannaməni müvafiq quruma göndərməlidir ki, sonradan nəticədən narazı qalmasın.

Ünvanlı sosial yardım barədə məlumatlılığın artırılması üçün kifayət qədər addımlar atılır. Ancaq yaxşı olar ki, maarifləndirmə istiqamətində vətəndaş cəmiyyəti təsisatlarının rolu artsın. Dövlət orqanlarının kifayət qədər məlumat bazası var”.

Sosioloq qeyd edib ki, vətəndaş cəmiyyəti institutlarının, xüsusən də yerli özünüidarəetmə orqanlarının, yəni bələdiyyələrin vətəndaşlarla daha sıx işləməsinə və geniş maarifləndirmə aparmasına böyük ehtiyac var.

Aişə
“Cebheinfo.az”

 

Açar sözlər: Ünvanlı sosial yardım Hüseyn İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri