Icma.az
close
up
RU
Ürək üçün xeyirli və ziyanlı olan qidalar

Ürək üçün xeyirli və ziyanlı olan qidalar

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir insanlar əksər hallarda “fast-fudların”, kafe və restoranların xidmətlərindən istifadə edərək, getdikcə daha az hallarda ev yeməkləri yeyirlər.

Qeyd etmək lazımdır ki, “restoran” yeməkləri heç də gündəlik qida qəbulu üçün nəzərdə tutulmamışdır.

Ev yeməklərinə nisbətən, onların tərkibində yağlar daha çox olur. Piylənmənin əsas səbəblərindən biri də budur!

Yağlardan başqa, ev yeməklərinə nisbətən, belə yeməklərə daha çox duz da əlavə edirlər. Xörək duzunun (natrium xlor) artıq dərəcədə qəbul edilməsi isə arterial təzyiqin artmasına səbəb olur. Məsələ bundadır ki, xörək duzu orqanizmdə əlavə maye saxlamaq xüsusiyyətinə malikdir. Bu isə ürək və damar sisteminin daha artıq yüklənməsinə səbəb olur. Beləliklə, ilk növbədə ev yeməklərindən istifadə edilməsi daha yaxşıdır.

İkncisi isə, yeməklərə duzu mütləq az vurulmalı və stolun üstünə isə duz qoyulmamalıdır. Duzlu delikateslərə, konservləşdirilmiş tərəvəzlərə və s. bu kimi məhsullara gəldikdə isə, onları stolun üzərinə yalnız bayram günlərində qoymaq olar. Əgər proses çox dərin deyilsə, duzun məhtudlaşdırılması, dərman qəbul edilmədən də arterial təzyiqin normallaşmasına səbəb ola bilər. Hipertoniklər üçün yemək rasionunda duzun məhtudlaşdırılması – müalicə üsullarından biri hesab olunur.

Beləliklə, xörək duzu barədə hər şey aydındır. Bəs, yağların qəbulu necə olmalıdır? Yağların müəyyən miqdarda qəbul edilməsi orqanizm üçün vacib hesab edilir. Xolesterin, triqliseridlər və fosfolipidlər insan orqanizmində olan yağlardan hazırlanır. Hüceyrələrin divarının tərkibinə daxil olan bu maddələr, həmçinin cinsi hormonların hazırlanması və s. proseslərdə də vacib rol oynayırlar. Qida rasionunda yağların artıq olması qanda xolesterin və triqliseridlərin miqdarının artmasına səbəb olur ki, bu da aterosklerozun (piy qalıqlarının yığılması nəticəsində damar divarının qalınlaşması), hipertoniya xəstəliyinin və piylənmənin inkişaf etməsinə səbəb olur. Aterosklerozun ən qorxulu fəsadları isə miokardın infarktı, insultdur.

Qanda xolesterinin və triqliseridlərin konsentrasiyasının artmasına səbəb olan və insan orqanizmi üçün “zərərli hesab edilən yağlara” və qidalara, əsasən, heyvan mənşəli yağlar – yağlı ət, xüsusən də qırmızı ətlər (mal əti, qoyun və donuz ətləri), yumurta, yağlı süd məhsulları, kürü, heyvanların beyini və daxili orqanları aid edilir.

Xeyirli yağlara bitki yağları, balıq (qızılbalıq, tunes, skumbriya, sardina), toyuq, dəniz məhsulları, qoz, yarmalar və s. aiddir. Dietoloqların məsləhəti çox sadədir – qida rasionunuzda “qırmızı” əti, yağlı süd məhsullarını azaldın, onların əvəzinə isə xeyirli yağlara üstünlük verin.

Qızardılmış məhsullara yox, suda və ya buğda bişirilmiş yağsız ət növlərinə üstünlük verin. Əgər qızardılmış məhsullar olmadan keçinə bilmirsinizsə, qızardılma üçün az miqdarda bitki yağından (yaxşı olar ki, zeytun yağından) istifadə edin. Bu məqsədlə kərə yağından və piydən istifadə etməyin!

Yağlı xəmirdən hazırlanan məhsullardan, peçenyedən, kartof çipslərindən çox istifadə etməyin.

“Tropik” yağlarda (kokos, palma, palma çəyirdəyi) hazırlanan məhsulların qəbulunu məhdudlaşdırın.

Bildiyiniz kimi xörək duzu (natrium xlor) arterial təzyiqin qalxmasına səbəb olur. Kalium və maqnezium isə ürək üçün xeyirli elementlərdir. Belə ki, kalium ürək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, bədəndə olan artıq suyun xaric edilməsinə kömək edir, damarları genişləndirir. Bunun nəticəsində isə arterial təzyiq aşağı enir. Maqnezim da damarları genişləndirir, sinir sistemini sakitləşdirir, qanda xolesterinin miqdarının azalmasına kömək edir.

Ona görə də bu elementlərlə zəngin olan qidaları (ərik qurusu, ispanaq, qarabaşaq, buğda və yulaf sıyıqları, kartof, göyərti, qoz, üzüm, qara gavalı, qara qarağat, kakao) daha tez-tez hallarda yeməyə çalışın. Bundan başqa həkim təyinatına uyğun olaraq tərkibində kalium və maqnezium olan dərman preparatları da qəbul etmək olar.

Meyvələrdə, tərəvəzlərdə, yarmaların tərkibində olan sellüloz ürək üçün çox xeyirli hesab olunur. O, qanda xolesterinin miqdarının azalmasına səbəb olur. C vitamini qan damarlarının divarının möhkəmlənməsinə kömək edir.

Buna görə də daha tez-tez hallarda portağal, limon, kələm, şirin bibər, qara qarağat, itburnu dəmləməsi qəbul edin.

Ümumiyyətlə desək, əgər sağlam ürəyə sahib olmaq istəyirsinizsə, mümkün qədər çox miqdarda meyvə və tərəvəzlər, göyərtilər, müxtəlif yarmalardan hazırlanan sıyıqlar, yağsız süd məhsulları, balıq və dəniz məhsulları qəbul edin.

Tünd çay və qəhvə çox qəbul etmək olmaz – artıq dərəcədə qəbul edildikləri halda, onlar ürəyə ziyan vurmuş olurlar.

Məsləhət görülən məhsullar və yeməklər

Yarmalardan hazırlan yeməklər:

Çörək və çörək-bulka məhsulları –duzu az olan və ya duzu olmayan, dünəndən qalan kəpəkli buğda çörəyi, yağı və şirinliyi az olan peçenye, ağ çörəkdən hazırlanan suxarı.

Müxtlif sıyıqlar (yulaf, qarabaşaq və s.), makaron məhsulları.

Birinci yeməklər: yarmalardan, tərəvəzlərdən, süddən hazırlanan suplar.

Ət və balıq yeməkləri: yağlı olmayan dana əti, dərisi çıxarılmış hind quşu və toyuq əti, yağsız balıqlar.

Meyvə və tərəvəzlərdən hazırlanan müxtəlif növ yeməklər.

Süd məhsulları: yağsızlaşdırılmış süd, kefir, kəsmik.

Yumurtadan hazırlanan yeməklər: qidaya əlavə etmək üçün yumurtanın özü (həftədə 3 dənədən artıq olmamaqla), yumurtanın ağından hazırlanan yeməklər.

Şirin yeməklər (gün ərzində 100 qramdan artıq olmamaqla - şəkər hesabı ilə): bal, şəkər, kompotlar, kisellər, quru biskvit, mürəbbə, marmelad, zefir.

İçkilər: tünd olmayan çay, qəhvə, meyvə şirələri, şirin olmayan kompotlar, kisellər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see292

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see259

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see238

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see238

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see236

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see224

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see217

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see208

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see205

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see205

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see205

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see204

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see204

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see204

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see193

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see191

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see190

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see187

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see186

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri