Icma.az
close
up
RU
Ürəyi qorumaq üçün təkcə meyvə yemək kifayət deyil

Ürəyi qorumaq üçün təkcə meyvə yemək kifayət deyil

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ürək sağlamlığını qorumaq üçün gündə beş porsiya meyvə və tərəvəz yemək tövsiyə olunsa da, yeni araşdırma göstərib ki, əsas məsələ miqdar deyil, hansı məhsulları seçdiyinizdir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, alimlər ürək-damar xəstəliklərindən ölüm riskini azaltmağa kömək edən flavanolların qidalanmada mühüm rol oynadığını açıqlayıblar. Flavanollar bitki mənşəli təbii antioksidantlardır və onların gündə təxminən 500 milliqram qəbul edilməsi ürək sağlamlığı üçün faydalı hesab olunur.

"Food and Function" jurnalında dərc olunan araşdırmada Böyük Britaniya və ABŞ-dan 30 mindən çox insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, sadəcə çoxlu meyvə və tərəvəz yemək kifayət deyil. Əsas olan flavanolla zəngin məhsulları seçməkdir.

Tədqiqatın rəhbəri doktor Xavyer Ottaviani bildirib ki, insanların əksəriyyəti bol meyvə-tərəvəz qəbul etməyin kifayət etdiyini düşünsə də, flavanol səviyyəsinə çatmaq üçün düzgün seçimlər etmək lazımdır.

Araşdırmaya görə, sağlam qidalanma qaydalarına əməl edən insanların yalnız 25 faizdən az hissəsi gündəlik tövsiyə olunan flavanol miqdarını qəbul edir. Hətta çox meyvə və tərəvəz yeyənlərlə az yeyənlər arasında flavanol qəbulu baxımından ciddi fərq aşkarlanmayıb.

Mütəxəssislər flavanol qəbulunu artırmaq üçün qida rasionuna böyürtkən, alma, yaşıl çay, lobya və digər paxlalıları daxil etməyi tövsiyə edirlər.

Flavanolla ən zəngin məhsullar arasında ərik, zoğal, böyürtkən, yaşıl çay, paxla, alça, qabıqlı alma, çiyələk, göyəm və pinto lobyası yer alır.

Alimlər hesab edirlər ki, gələcəkdə qidalanma tövsiyələri yalnız meyvə və tərəvəzin miqdarına deyil, onların tərkibindəki faydalı maddələrə görə də formalaşdırılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 İyun 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri