Icma.az
close
up
RU
Ürəyi xəstəliklərdən necə qoruyaq? Tanınmış həkimdən tövsiyələr

Ürəyi xəstəliklərdən necə qoruyaq? Tanınmış həkimdən tövsiyələr

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur.

Bu xəstəlik dünyada çox yayılsa da, müəyyən sadə qaydalara əməl edən xəstə özünü onun ağır fəsadlarından qoruya bilər. Yağlı, duzlu, qızardılmış qidalardan imtina etmək, daha çox balıq yemək mütəxəssislərin tövsiyə etdiyi qaydalar arasındadır. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb.

Bu barədə AZƏRTAC-a M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin invaziv uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov məlumat verib.

Kardioloq əti həftədə 1-2 dəfə yeməyi, qidalanmada duzun həcmini minimuma çatdırmağı məsləhət görüb. O, bildirib ki, duz damarların sağlamlığına mənfi təsir edir: "Qida rasionunuza kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. kaliumla zəngindir. Un məmulatlarının və şirin qidaların qəbulunu azaldın. Bununla yanaşı, insan orqanizminə ciddi ziyan vuran marqarin, spred və s. kimi yağları, fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları qida rasionunuzdan çıxardın. Yağlı süd məhsullarını (yağlı pendir, xama, qaymaq və s.) yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin (kəsmik, yoğurt, kefir və s.)".

Mütəxəssis artıq çəkidən əziyyət çəkənlərin arıqlamasını tövsiyə edib. O, bildirib ki, həkimlərin müşahidələrinə görə, bədən çəkisinin azalması xəstənin vəziyyətini xeyli yaxşılaşdırır. E.İmanov çox yorulmamağı, tez-tez istirahət etməyi, kifayət qədər yatmağı, gündə 2 dəfə açıq havada gəzməyi məsləhət görüb. "Səhhətiniz buna yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olun. Lakin bu haqda əvvəlcədən həkimlə məsləhətləşməyiniz vacibdir. Bağırsaqların fəaliyyətinə fikir verin, qəbizliyi müalicə edin. Bunun üçün qida rasionunuzda hər gün meyvə-tərəvəz, göyərti olmalıdır. Stressdən uzaq olun. Hər hansı söhbət, vəziyyət sizi qıcıqlandırır, əsəbləşdirirsə, söhbəti davam etdirməyin, həmin insandan, yerdən və s. uzaqlaşın. Həkimlər sübut edir ki, kütləvi informasiya vasitələri (televiziya, İnternet və s.) müasir insanlar üçün ciddi stress mənbəyidir. Bu səbəbdən insanlar televizorun və kompüterin qarşısında daha az vaxt keçirməlidirlər", - deyə kardioloq vurğulayıb.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri