Icma.az
close
up
RU
Ürəyin dərmanıdır İnfarkt riskini azaldır

Ürəyin dərmanıdır İnfarkt riskini azaldır

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Həm təzə, həm də qurudulmuş halda istifadə edilən əncir qədim zamanlardan xalq təbabətində geniş yer tutub.

Milli.Az xəbər verir ki, əncir xüsusilə həzm sisteminə göstərdiyi müsbət təsirlə seçilir. Onun tərkibindəki təbii liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlik problemini aradan qaldırmağa kömək edir. Bu səbəbdən bağırsaq pozğunluqları olan insanlara mütəmadi olaraq əncir yemək tövsiyə olunur.

Əncir həmçinin ürək-damar sistemi üçün də faydalı hesab edilir. Tərkibindəki kalium və antioksidantlar sayəsində qan təzyiqinin normallaşmasına təsir göstərir, pis xolesterolu azaldaraq infarkt və insult kimi xəstəliklərin riskini azaldır. Kaliumla yanaşı, kalsium, maqnezium və fosfor kimi minerallar da sümük toxumasını gücləndirərək osteoporozun qarşısını alır.

Həkim-diyetoloqlar əncirin qan şəkərini sabit saxlamaqda da rol oynadığını qeyd edirlər. Təbii şəkər mənbəyi olsa da, lif baxımından zəngin olduğu üçün şəkərin qana sorulması prosesini yavaşladır. Bununla belə, şəkər xəstələrinə əncirdən ölçülü istifadə etmək tövsiyə olunur.

Meyvənin tərkibindəki A, C və B qrup vitaminləri orqanizmin ümumi müdafiə qabiliyyətini artırır. Bu isə xüsusilə soyuq aylarda immun sisteminin güclənməsinə və xəstəliklərə qarşı müqavimətin artmasına şərait yaradır. Əncirin antioksidant xüsusiyyətləri də dərinin və saçların sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

Əncirin qaraciyərin təmizlənməsinə yardım etdiyi də vurğulanır. Xalq təbabətində onun qaraciyəri toksinlərdən təmizlədiyi və orqanizmdə yığılan zərərli maddələrin atılmasına dəstək verdiyi bildirilib.

Qeyd edək ki, əncir gündəlik rasiona əlavə oluna biləcək faydalı meyvələrdən biridir. Mütəxəssislər onu səhər acqarına və ya günorta yeməklərindən əvvəl yeməyi tövsiyə edirlər. Qurudulmuş əncir isə daha kalorili olduğu üçün miqdarına diqqət yetirmək vacibdir. Gündə 2-3 ədəd əncir orqanizmin ehtiyac duyduğu lif və bəzi vitamin-mineralları qarşılamaq üçün kifayət hesab olunur.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Avqust 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see271

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see254

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see242

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see227

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see225

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see221

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see219

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see214

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see212

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see207

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see206

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see203

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see198

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see193

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see190

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see189

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see188

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri