Icma.az
close
up
RU
Ürəyində nə varsa, göstərərsən... Beynində nə varsa, dilindən süzərsən... Yaxşılığa yaxşılıq hər kişinin işidir?

Ürəyində nə varsa, göstərərsən... Beynində nə varsa, dilindən süzərsən... Yaxşılığa yaxşılıq hər kişinin işidir?

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müqəddəs kitab Quran-i Kərimin İsra surəsinin 84-cü ayəsində deyilir ki, "Hər kəs öz xarakterinə, xasiyyətinə görə hərəkət edir". Bu fikir Quranda belə qeyd edildiyi halda, biz insanlardan nə gözləyə bilərik ki?

Mütəxəssislərin fikrincə, insanın daxilində nə varsa, üzə də onu vurur. Məsələn; mütəmadi olaraq yalan danışan adam hər zaman özünü doğru göstərməyə çalışır və yaxud əxlaqsız daim əxlaq dərsi keçir. Yəni insan öz içində olan boşluğu, əskikliyi, çatışmazlığı varmış kimi göstərir.

Keyfiyyət heç vaxt təsadüf deyil. Dürüstlük, səmimiyyət, etibarlılıq və xoş niyyəti təcəssüm etdirir. Onu nə pulla ala, nə də təkrarlaya bilərsən. Yəni insan içində olmayan gözəlliyi kənar müdaxilə ilə ört-basdır edə bilməz.

Diqqət edin, biri daim sizi günahlandırır, əxlaqınıza və davranışlarınıza, hətta atdığınız hər addıma daim mənfi fikir bildirir. Əslində siz onun düşüncələri deyilsiniz. Əslində sizin haqqınızda danışmaqla öz daxilində olan çirkabı axıtmış olur. İçində gözəllik olan və başı daim öz həyatına, öz işinə-gücünə qarışan insan axı niyə kimisə müzakirə etsin?

Yəqin ki, sizin də qarşınıza çıxıb. Birinə dost kimi etibar edirsiniz, inanırsınız, güvənirsiniz, sirdaş bilirsiniz. O da sizi arxadan vurur, ayağınızın altını qazır, sirlərinizi yayır. Birini dəli kimi sevirsiniz, güzəştə gedirsiniz, üzərində əsirsiniz və bir gün həmin şəxs sizə xəyanət edir. Və yaxud birinə yaxınlıq göstərsiniz, o sizi şantaj edir...

Bilirsinizmi, bunlar niyə baş verir? Çünki seçdiyiniz adamlar yanlışdır. "Dost" dediyinizin içində etibar yoxdur, beyni yalanla doludur, yaltaq və ikiüzlüdür. "Sevgilim" dediyiniz insanın içində sevgi yoxdur, sevilməyin nə olduğunu anlamır. Sizə xəyanət edirsə, elə düşünür ki, o da xəyanətə layiqdir. Yaxınlıq etdiyiniz, sirrinizi paylaşdığınız insan sizi şantaj edirsə, onun içində olan budur. Çünki hər şeyi şantajla əldə edib. O da nə vaxtsa şantaj edilib, əzilib, alçaldılıb.

Psixologiya da qəbul edir ki, insan özü nə yaşayırsa,öz içində nə varsa başqasına da onu verir, onu aşılayır, başqasından da onu gözləyir. Qorxaqlar ayaqaltı qazan, yaltaq, ikiüzlü olur. Düşünürlər ki, "məni vuracaqlar, elə birinci mən vurum". Əxlaqsız düşünür ki, "mənə əxlaqsız deyəcəklər, elə birinci mən deyim". Kimsə sizi söyürsə, sizdən gözləyir ki, siz də onu söyəcəksiniz. Yəni insan gözlədiyini qarşı tərəfə edir. Bu, psixoloji cəhətdən sağlam olmayan insanlara xas davranış tərzidir.

Düşünün sizə biri pislik edir, siz də geri çəkilib susursunuz. Sizə biri xəyanət edir, varlığınızı geri çəkirsiniz. Ya da biri şantaj edirsə, onun həyatından yox olursunuz...

İnsanlara etdikləri pisliklərin qarşılığı verməyin. Sizə zərər verənlərin səviyyəsinə düşməyin. Sadəcə ürəyinizdə bir söz pıçıldayın: “İlahi ədalət”...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Sentyabr 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri