Urmiya gölü su hövzəsində yeni bənd inşa edilir Ekoloqlar xəbərdarlıq etdi
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan əyalətinin Urmiya gölü su hövzəsində yeni su anbarının inşa olunması yenidən gündəmə gəlib.
Gunaz.tv
Bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, Urmiya gölünün əsas su təminatçılarından olan Baranduz çayı üzərində yeni bəndin inşası barədə məsələni Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Seyyid Salman Zakir qaldırıb.
O, bunun bölgədə əkinçilik üçün vacib olduğunu və inşa işlərinin təcili başladılmasını tələb edib.
Ətraf mühit fəalları və mütəxəssislər isə yeni bəndin inşa ediləcəyi təqdirdə Urmiya gölünün dahada acınacaqlı vəziyyətə düşəcəyini, bərpasının mümkün olmayacağını bildiriblər.
Mütəxəssislər hesab edirlər ki, Baranduzçay isti mövsümdə gölə tökülən həyati əhəmiyyətli və axarlı çaylardan biridir və üzərində bəndin tikilməsi gölün bərpa prosesinə ölümcül zərbə vuracaq.
Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təlim Mərkəzinin rəhbəri, tanınmış ekoloq Əhməd Bayburdi də məsələ ilə paylaşım edib:
"Urmiya gölü ətrafında yeni bəndlərin inşasını müdafiə edənlər gölün məhv olmasına görə məsuliyyət daşıyırlar. Acı həqiqət bundan ibarətir ki, gölə axan çaylar üzərində bəndlərin qurulması ekoloji problemin dərinləşməsinə birbaşa təsir göstərib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 06 İyul 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















