Urmiya gölünün canlanmasının səbəbi Yağışlar artıb
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Urmiya gölündəki suyun həcmi təxminən 4 milyard 300 milyon kubmetrə çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 milyard 950 milyon kubmetr çoxdur.
Gunaz.tv
Bunu Urmiya Gölünün Bərpası Qərargahının Planlaşdırma və İnteqrasiya Ofisi məlumat yayıb.
Məlumata görə, cari ay ərzində yağan yağışlar nəticəsində göldə su miqdarı daha 100 milyon kubmetr artıb.
Qərbi Azərbaycan Tətbiqi Meteorologiya İnkişaf Qrupunun yaydığı məlumatda isə Uaprel ayından bəri Urmiya gölü hövzəsində orta yağıntı miqdarı 448.8 mm olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 67%, uzun müddətli dövrlə müqayisədə isə 33.4% çoxdur və bu da gölün canlanmasında əsas rol oynayıb.
Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kibmetdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 İyul 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















