Icma.az
close
up
RU
Urmiyə gölünü xilas etmək üçün hələ də fürsət var

Urmiyə gölünü xilas etmək üçün hələ də fürsət var

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Urmiyə gölünün tam quruması xəbəri doğrudan da olduqca böyük faciənin təsdiqidir. Bu göl Güney Azərbaycandan olan soydaşlarımızın birlik, həmrəylik rəmzlərindən biri idi. Urmiyə əyalətində yaşayan azərbaycanlılar üçün isə bu göl həm də həyat, yaşam mənbəyi idi. Kənd təsərrüfatı və maldarlıqla, bağçılıqla məşğul olan urmiyalılar məhz bu gölün suyundan, ekosistemindən yararlanırdılar. Lakin bütün bunlar artıq tarixə çevrilib. Urmiyə gölünün quruması bölgədəki azərbaycanlıların həyatlarını alt-üst etdi.
Bəzi bədxahlarımız Ürmiyə gölünün tamamilə qurumasına görə həm də Azərbaycan və Türkiyəni günahlandırırlar. Onların iddiasına görə, guya biz bu gölün qurumasının qarşısının alınması üçün heç bir təşəbbüs göstərməmişik. Hərçənd ki, Azərbaycanın bir çox ekspertləri, politoloqları, qeyri-hökumət təşkilatları, ictimai fəalları və kütləvi informasiya vasitələri Urmiyə gölünün tamamilə quruyacağı ilə bağlı dəfələrlə "SOS" siqnalı veriblər, molla rejimini məsuliyyətli davranmağa çağırıblar və gölü xilas etməyin yollarını da göstəriblər. Lakin əfsuslar olsun ki, bütün bu çağırışlar və təkliflər molla rejimi tərəfindən qulaqardına vurulub. İranın molla hakimiyyəti Urmiyə gölünə qarşı cinayətkar münasibət bəsləyib.
Ona görə də bu gün tam qətiyyətlə deyə bilərik ki, Urmiyə gölünün üzləşdiyi ekoloji fəlakətə görə məsuliyyət tamamilə İran İslam Respublikasının mövcud klerikal hakimiyyətinin üzərinə düşür. Məhz fars-molla rejiminin son 20 il ərzində Urmiyə gölünə qarşı qərəzli münasibəti, laqeydliyi və naşılığı üzündən bu göl öz tarixi mövcudluğunun ən ağır ekoloji fəlakəti ilə üzləşib. Gölə axan çayların qarşısının qəsdən kəsilməsi, habelə su ehtiyatlarının düzgün idarə olunmaması, qeyri-rasional kənd təsərrüfatı fəaliyyətləri və nəhayət, iqlim dəyişiklikləri Urmiyə gölündə suyun sürətlə tükənməsinə, quruma prosesinin katastrofik səviyyədə sürətlənməsinə səbəb oldu. İran hakimiyyəti Urmiyə gölünün xilası ilə bağlı prosesi düzgün idarə etməyi bacarmadı. Yadaki bunu qəsdən istəmədi.
Budur, faciəli nəticə göz qabağındadır. NASA-nın son görüntülərinə əsasən, göldəki sonuncu su sərhədlərinin izlərinin praktik olaraq tamamilə yoxa çıxdığı aydın şəkildə görünür. Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Təşkilatının, Urmu Su Hövzəsi İdarəsinin, Urmu Gölünün Bərpası Qərargahının rəsmiləri və eləcə də Urmiyanın İran parlamentindəki nümayəndəsi Salman Zakir gölə axıdılacaq su payının normal miqdarda təmin edilməyəcəyi halda, Urmu gölünün tamamilə quruyacağı barədə hələ illər öncədən, aylar öncədən xəbərdarlıq etmişdilər. Lakin molla rejimi bu xəbərdarlıqları eşitmək istəmədi. Urmiyə gölü molla rejiminin yanlış idarəçiliyin qurbanına çevrildi.
Ancaq acınacaqlı duruma baxmayaraq, o gölü xilas etmək üçün hələ də fürsət var. Urmyə gölünü bərpa etmək və gölün quruması nəticəsində bölgənin ekosisteminin məhv olmasının qarşısını almaq mümkündür. Güneyli soydaşlarımız mübarizəni davam etdirməli və molla rejimini Urmiyə gölünün bərpası üçün hərəkətə keçməyə məcbur etməlidirlər. Güney azərbaycanlıların birlik və həmrəyliyi tarixi gölün yenidən bərpa olunmasında həlledici rol oynayacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri