Icma.az
close
up
RU
Uşağa anan qələt edir deyərkən eşitdi, dava da belə başladı

Uşağa anan qələt edir deyərkən eşitdi, dava da belə başladı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakının Nərimanov rayonunda 34 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 7-də baş verib. Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Nahid həmin gün, axşam saat 21:30 radələrində yaşadığı fərdi tikili evdə arvadı Zəhra (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı bir dəfə kəllə ilə qəsdən arvadının burun nahiyəsindən, həmçinin əli ilə sağ əlindən vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Nahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nahid bildirib ki, Zəhra onun arvadıdır və hazırda boşanma ərəfəsindədirlər:
“2013-cü il tarixdə Zəhra ilə rəsmi olaraq ailə həyatı qurmuşam və bizim bu nikahdan 2 övladımız dünyaya gəlib. Bizim münasibətlərimiz əvvəllər normal olsa da, sonradan korlandı. Buna səbəb Zəhranın mənə ailədə hörmətsizlik etməsi və məni bir kişi kimi saymaması olub”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisədən 3 ay əvvəl müddətdə evə gəlməyib və ailəsini narahat etmir, hazırda sürücü işləyir:
Mayın 7-də, təxminən saat 21:30 radələrində rayona yük apardım və evə adapter götürməyə gəlmişdim. Bu zaman uşaq üstündə mübahisə baş verdi. Uşaq ağlayanda ondan ağlamasının səbəbini soruşdum. Uşaq isə anasının qonşuda olduğunu, onları aparmadığını bildirdi. Uşağa anan qələt edir deyərkən anası bunu eşitdi. Aramızda bundan sonra mübahisə düşdü. Uşağın ağlamağını gördüm və aqressiya göstərdim. Özümdən asılı olmayaraq aramızda mübahisə baş verərkən kəlləm ilə Zəhraya zərbə endirdim. Həmçinin əlim ilə sağ əlindən vurdum. Sonra mənzili tərk edərək getdim”.
Nahid hadisə vaxtı içkili olması ilə bağlı iddialara da aydınlıq gətirib. O, pis vərdişlərinin olmadığını, içki və narkotik vasitə istifadə etmədiyini bildirib.
İş üzrə zərərçəkmiş Zəhranın sözlərinə görə, əri Nahid ilə münasibətləri əvvəllər normal olsa da, sonradan korlanıb: “Bu səbəbdən də mən Nahidlə boşanmaq qərarına gəldik və iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etdik. Hazırda məhkəmə prosesi davam edir. Məlum hadisə günü, təxminən saat 21:30 radələrində yaşadığım ünvanda yerləşən fərdi tikili evdə olan zaman ərim Nahid gələrək uşaqları gördü”.
Zərərçəkmiş deyib ki, Nahidin bibisi qızı onunla qonşuluqda yaşayır, hər axşam onunla birlikdə onlarda arıqlamaq üçün idman edirlər:
“Həmin gün də onlara keçdikdə uşaqlar yemək yeyirdi. Ona görə onları aparmadım və uşaq ağladı. Nahid çöldən gələrək bunu gördü və uşaqlara mənim barədə pis cavab verdi. Qonşudan onun səsini eşitdim və evə gəldim. Bu zaman aramızda mübahisə baş verdi. Daha sonra bir-birimizi qarşılıqlı təhqir etdik. Nahid isə uşağı belə qoyub getdiyimə və ağladığıma görə mənə “evdən çıx, get” dedi. Lakin mən Nahidə evdən çıxmayacağımı dedikdə aramızda sözlə mübahisə baş verdi. Həmin mübahisə zamanı Nahid sözlərimdən əsəbləşərək üzərimə gəldi, burun nahiyəmdən 1 dəfə kəllə ilə, həmçinin əli ilə sağ əlimdən vurdu. Məni nalayiq ifadələrlə təhqir etdi. Bu zaman döyülməyim barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət etdim”.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Nahid 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, cəzaçəkmə müddəti ərzində Nahidin Bakı şəhərinin hüdudlarını tərk etməsi, bu müddətdə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməsi qadağan olunub.
Həmçinin ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Avqust 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri