Icma.az
close
up
RU
Uşağınız hələ də danışmırsa... Valideynlər üçün VACİB MƏLUMAT

Uşağınız hələ də danışmırsa... Valideynlər üçün VACİB MƏLUMAT

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Apraksiya uşağın danışmasını çətinləşdirən, nitqin motor (hərəkət) pozğunluğudur.

Nitq əzələlərinin zəifliyi yoxdur, sadəcə, səsləri demək üçün nitq aparatını, yəni ağızı necə hərəkət etdirəcəklərini bilmirlər. Çünki beyin danışma üçün lazım olan hərəkətləri, planlaşdırmağı və ya koordinasiyanı çətinləşdirir.

Bu halda loqoped uşağa səsləri və sözləri deməsi üçün fiziki dəstək göstərir. Çünki apraksiyalı uşaqlar hansı səsi necə deyəcəklərini bilmirlər. Loqoped  uşağa hansı səsin ağızdan necə çıxdığını fiziki olaraq həm öz, həm də onun üzərində göstərərək öyrədir. Fiziki köməklə ağız artikulyasiya əzələlərinin işləkliyini artırmağa çalışır, bu yolla uşağın səs və sözləri demə şansı yüksəlir.

Lakin bu korreksion mərhələnin müddəti uşağa, onun qavramasına görə dəyişir. Çünki bütün statistika göstəricilərində apraksiya anlayışı autizm anlayışı ilə birlikdə səslənir. Yəni autizmli uşaqlarda daha çox apraksiya müşahidə olunur.

Ailem.az xəbər verir ki, apraksiya zəif başa düşülən, nevroloji vəziyyətdir. Bəzən bəzi motor hərəkətləri etmək mümkün olmur, hətta əzələlər normal olsa belə...

Apraksiyanın kiçik formaları aispraksiya adlanır.

Apraksiya bir sıra müxtəlif formalarda baş verə bilər. Bir forma orofacial apraksiyadır. Belə insanlar ixtiyari olaraq üz əzələlərini əhatə edən müəyyən hərəkətləri yerinə yetirə bilmirlər. Məsələn, dodaqları yalamaq, göz vurmaq və s.

Nitqin apraksiyasının iki növü var; əldə edilmiş apraksiya və inkişaf apraksiyası.

Əldə edilmiş apraksiya, əsasən, böyüklərdə rast gəlinir. Bu vəziyyət bir zamanlar insanların malik olduğu danışma qabiliyyətlərini itirməsinə səbəb olur.

Uşaqlıq apraksiyanın əlamətləri

Bütün əlamətlər hər uşaqda mövcud deyil.

3 yaşa qədər

1. Bəzi körpələrin hecalamağı olmur

2. İlk sözlərini çox gec deyə bilərlər (və ya siz hər hansı sözü təkrar etməsini istəyirsiniz, amma siz istədiyiniz anda yox, başqa vaxt həmin sözü deyə bilərlər)

3. Yalnız müxtəlif səslər çıxarırlar

4. Səsləri deyərkən fasilə verirlər

5. Hər zaman eyni yolla sözləri demirlər (Məsələn, su istədiyini bir dəfə deyə bilər, sonra  nə qədər istəsəniz də deməz)

6. Bəzi yemə problemləri olur

3 yaşdan sonra (bu problemlər 3 yaşdan əvvəl də olur və sonra davam edirsə, valideynlər bu halda gözləməməli)

1. Sözü hər dəfə eyni şəkildə deməyə bilirlər

2. İmitasiya problemləri olur. Başqalarının dediklərini təkrar etmə problemləri olur. Əgər onların başqalarının dediklərini təkrar etmə, imitasiya qabiliyyətləri olsaydı, nitqləri daha yaxşı olar və sözləri fərqli deyil, daha yaxşı deyə bilərlər.

3. Belə insanlarla işləyən mütəxəssislər apraksiyalı şəxsləri daha yaxşı başa düşürlər. (Belə ki, bu uşaqlarda nitq bərpa olunduqdan sonra hər kəsin gözləntisi yüksəlir. Valideynlər və ya digər şəxslər uşağa sual verirlər, tez cavab verməsini gözləyirlər. Amma sual verdikdə gözləmək lazımdır. Belə uşaqlarda nitqin rəvanlığının, səlistliyinin bərpası üçün zaman lazımdır. Yəni belə uşaqlarla işləyirik, hər şeyi öyrədirik, amma rəvanlığı, səlistliyi uşaq zamanla qazana bilir. Bunu uşağın zamanla alacağı təlim və getdikcə quracağı sosial həyatı, bağça və ya məktəbi sayəsində qazana bilir)

Belə uşaqlarla təlim həftədə ən az 3 və ya 5 dəfə lazımdır. Təlimlə yaxşılaşacaq və nitq bacarıqlarını qazandıra biləcəyik. Yaxşılaşdıqca təlim günləri azaldılacaq. Loqopedlə çalışdığınız zaman onun etdiklərini siz də evdə təkrarlayın, çünki evdə də doğru təlim rejimiylə işləmək lazımdır. Belə uşaqların nitqinin korreksiyasında işarət dili də mühüm rol oynayır. Bəzən işarət diliylə uşaqların nitqləri açılır. Məhz bu səbəbdən də fiziki dəstək, jestika önəmlidir.

Nələr apraksiyaya yol aça bilər?

- Nitqdə gecikmə və ləngimələrin olması (ləngimə hiss etdiyinizdə öncə səhiyyə mütəxəssisinizə yaxınlaşın)

- Yazılmış, çəkilmiş kiçik şəkilləri, kartları toplamaq

- İstini, soyuğu hiss etməmək

- Yeməklərdə seçim etmək, hər şeyi yeməmək və ya imtina etmək

- Diş fırçalamaqdan imtina etməsi və s.

Səbəbləri

Uşaqlıq apraksiyası motor danışma pozğunluğudur. Uşağınızın beynindəki bir şey səslərin, sözlərin ağıza gəlməsinə icazə vermir. Çox vaxt səbəb bilinmir. Bəzən səhiyyə mütəxəssisi tərəfindən MRT edilir. EEQ yoxlanışı olur. Amma bir şey çıxmır. Apraksiyaya səbəb genetik bir xəstəlik və ya uşağın yaşadığı sindrom ola bilər. Əgər uşağınızın nitqiylə bağlı narahatlığınız varsa, həkimə müraciət etməlisiniz. Öncə eşitmə testindən keçməniz mütləqdir. Həmçinin loqoped yoxlanışından da keçməyiniz vacibdir. Çünki aizartriya adlandırdığımız dil, dodaqlarda əzələ zəifliyi varmı ona baxılmalıdır. Lakin apraksiyalı uşaqların əksəriyyətində əzələ zəifliyi olmur. Sadəcə, hərəkəti idarəetmədə çətinlik olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri