Icma.az
close
up
RU
Uşağınız söyüş söyür?

Uşağınız söyüş söyür?

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Bəzən uşağımızın pis sözlər danışdığını, ətrafındakıları təhqir etdiyini, hətta söyüş söydüyünü görürük. Elə isə nə etməli? Bunun qarşısını almaq üçün hansı addımları atmalı?..
Bu məsələdə yol verdiyimiz ən böyük səhvlərdən biri də uşağın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir:
“Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”.
“Ağzına bibər sürtərəm”.
“Bu sözləri həyətdə öyrənirsən, bir də məndən icazəsiz həyətə düşməyəcəksən” və s...
Bu sözlər, bəlkə də problemi müvəqqəti həll etməyə kömək edə bilər. Ancaq uşaq valideyninin yanında söyüş söyməsə də, buna mane olmayan hər hansı bir mühitə düşdükdə yenə söyüş söyməkdə davam edəcək. Yəni, burada əsas məsələ uşağın söyüş söyməyi ata-anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü üçün tərgitməsidir. İndi isə bu problemin qarşısını almaq üçün lazım olan tədbirləri nəzərdən keçirək.
Hər şeydən əvvəl uşağı söyüş söyməyə və ya ümumiyyətlə pis söz danışmağa sövq edən səbəblər araşdırılmalıdır. Buna səbəb dostlarıdırmı? Yoxsa, diqqəti cəlb etmək üçün belə edir? Bəlkə bu şəkildə daha güclü olacağını düşünür? Yoxsa, sadəcə olaraq ona maraqlı olduğu üçün söyür?
Əgər səbəbin uşağınızın dostları olduğunu düşünürsünüzsə, onun dostları ilə əlaqələrini tamamilə kəsməyin. Əvəzində alternativ dostlar təklif edin və ya uşağızın vaxt keçirmək imkanlarını artıraraq mühitini dəyişdirin. Beləliklə, uşaq dostlarını uzun müddət görə bilmədiyi üçün tədricən bu sözləri unudacaq.
Səbəbin diqqəti cəlb etmək olduğnu düşünürsünüzsə, uşağınız söyüş söyərkən sərt reaksiya verməyin. Əks halda uşaq bununla diqqəti özünə cəlb etdiyini düşünəcək və söyüşlərinin sayını artıracaq. Ən yaxşısı, məsələni böyütməyin və uşağınız söyüş söydükdə mümkün qədər rahat davranmağa çalışın. Bununla yanaşı, uşağınızın söyüş söymədiyi vaxtları müəyyənləşdirin və bu vaxtlarda ona diqqətinizi daha da artırın. Bundan başqa, uşağınıza hər dəfə nəsihət vermək əvəzinə onunla söyüşlə bağlı keçmişdə yaşadığınız hadisələri bölüşün.
Əgər uşağınızın söyüş söyməsinin səbəblərini müəyyən edə bilmirsinizsə və ya müəyyən etdiyiniz səbəbin qarşısını almaqda çətinlik çəkirsinizsə, bir mütəxəssislə məsləhətləşin.
Aygün Vəliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Avqust 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri