Icma.az
close
up
RU
Uşağınızın qaçırılmasını istəmirsinizsə, ona bu QAYDAları öyrədin! Psixoloqun tövsiyələri

Uşağınızın qaçırılmasını istəmirsinizsə, ona bu QAYDAları öyrədin! Psixoloqun tövsiyələri

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar uşaqların qaçırılması mövzusu mətbuatın gündəmindən düşmür. Uşaqlarımızı necə müdafiə edək? Axı valideyn hər zaman uşağın yanında ola bilmir!

Uşaqlar bağçaya, məktəbə gedir, çöldə, parkda oynayırlar və s. Hətta valideyn uşağın yanında olsa belə azyaşlı yenə də qaçırıla bilər.

Tanınmış Rusiyalı psixoloq Marina Romanenko uşaqların qaçırılmasının qarşısını almaq üçün uşaqlara çox sadə özünü müdafiə qaydalarını öyrətməyi tövsiyə edir. Saglamolun.az sizə bu sadə və eyni zamanda effektli qaydaları ilə tanış edir:

- Yad (tanımadığın, ailəyə aid olmadığın) insanlara inanma.

Bu əsas qaydadır ki, bütün digər qaydalar buna söykənir. Uşaq istənilən yad insana potensial təhlükə kimi baxmalıdır. Təəssüf ki, biz bunu uşağa aşılamağa məcburuq. Böyüyəndə o, özü anlayacaq kimə etibar etmək olar, kimə isə olmaz. 

- Yad insanlarla danışma.

Adətən uşaqlar daha çox kişilərdən ehtiyat edir. Lakin uşağa anlatmaq lazımdır ki, tək kişilərlə deyil, tanımadığın cavan və ya yaşlı qadınlarla, yaşlı kişilərlə və s. danışmaq olmaz.

- Yad insanlardan heç nə (konfet, oyuncaq və s.) götürmə.

- Yad insanla (fərqi yoxdur – bu böyük, yaşlı və ya uşaq olarsa) heç yerə getmə.

Fırıldaqçılar müxtəlif hiylələrə əl atır, onlar uşaqların zəif yerlərini çox yaxşı bilir.

Uşağı qaçırtmaq istəyən insan ona “mənimlə gedək, sənə oyuncaq (konfet, şar və s.) verəcəm”,  “pişik balasını (balaca quş, kirpi və s.) göstərəcəm”, “karuselə, yellənçəyə aparacam” və s. kimi müxtəlif vədlər verə bilər. Uşağa bu “ssenari”ləri qabaqcadan izah edin. Onları oyun formasında uşaqla oynayın (siz – “yad insan”, o – “uşaq”). Bu daha yaxşıdır.

Digər hiylə - “Məni sənin atan (anan, nənən və s.) göndərib. Səni onun yanına aparmalıyam”. Uşağa anladın ki, nə ana, nə ata, nə də digər ailə üzvü onun yanına yad insanı göndərə bilməz. Bu yalnız tanış və ya qohum ola bilər.

Fırıldaqçı uşağa ona kömək etməyə xahiş edə bilər. Məsələn, qadın (yaşlı kişi, cavan qız) evinə çantanı aparmağa kömək etməyə xahiş edə bilər və s. Uşaqlar kömək etməyi xoşlayır və cinayətkarlar tez-tez məhz uşaqların bu xüsusiyyətindən istifadə edirlər.

Uşağa qabaqcadan anladın ki, böyüklər adətən uşaqlara yardım üçün müraciət etmir. Böyüklər bu məqsədlə böyüklərə müraciət edir. Əgər insan sənə “mənə kömək et” deyirsə, bu təhlükə ola bilər. Bu insandan uzaqlaş.

- Yad insan səni aparmağa çalışırsa, ucadan qışqır (məsələn, “Mən bu insanı tanımıram, mənə kömək edin! Məni qaçırırlar!” və ya sadəcə "Komək edin!").

 Uşaqlarınızı qoruyun! Onları nəzarətsiz qoymayın!

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri