Icma.az
close
up
RU
USAID: demokratiya və hüququn əks tərəfində

USAID: demokratiya və hüququn əks tərəfində

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

IV MƏQALƏ

USAID-in yardım proqramları: məqsəd nə idi?

Uzun müddət USAID-lə bağlı Azərbaycan KİV-də yayılan informasiyalar aşağıdakı məzmunda olmuşdur. Yazırdılar ki, “USAID-in yardım proqramları Azərbaycan xalqının həyatına birbaşa təsir göstərən fəaliyyətlərə, iqtisadi imkanların artırılmasına, habelə vətəndaş cəmiyyətinin gücləndirilməsinə yönəlib...1991-ci ildən USAID Azərbaycanda humanitar yardım və səhiyyə sektoruna, habelə iqtisadi və demokratik islahatlara 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin 2021-ci il sentyabrın 28-də rəsmi səhifəsində yayılmış informasiyanın başlanğıcında vurğulanmışdı: “Bu gün Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində İcma İnkişafı üzrə keçirilən beşinci konfransda Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığının on illiyini qeyd edib. 10 illik SEDA proqramı Azərbaycanın bölgələrində sosial-iqtisadi inkişafı sürətləndirmək üçün vətəndaş iştirakçılığının, habelə vətəndaşlarla dövlət qurumları arasında tərəfdaşlığın gücləndirilməsinə töhfə verib. SEDA USAID tərəfindən, o cümlədən 2017-ci il dekabrın 31-nə qədər Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib. SEDA layihəsi ABŞ-da yerləşən qeyri-kommersiya təşkilatı olan “East-West Management Institute, Inc.” (EWMI) tərəfindən İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib”.

Həmin xəbərin sonunda yazılmışdı: “USAID-in missiya direktoru Dr. Caydev Sinqxın sözlərinə görə, “SEDA Amerika xalqının və USAID-in Azərbaycan xalqı və Azərbaycan hökuməti ilə dostluğuna sadiqliyinin nümunəsidir. USAID Azərbaycan hökumətinin vətəndaşlarla əməkdaşlığını dəstəkləməyə; hökumətə daha şaxələnmiş və davamlı iqtisadiyyat yaratmaqda kömək etməyə; həm Azərbaycan, həm də Amerika xalqına xidmət edən uzunmüddətli tərəfdaşlığın əsasını formalaşdırmaq üçün inkişaf dialoqundan istifadə etməyə davam edir.”

Bu seçmə informasiyalar nəyi ifadə edirdi?

Birincisi, Azərbaycan hökuməti öncədən, USAID-ə inanaraq, ona böyük hörmətlə yanaşmışdır, üzərinə düşənlərə tam əməl etmişdir.

İkincisi, informasiyalarda ayrıca vurğulanırdı ki, USAID Azərbaycan xalqı və Azərbaycan hökumətinin sadiq dostudur.

Üçüncüsü, “USAID Azərbaycan hökumətinin vətəndaşlarla əməkdaşlığını dəstəkləməyə” çalışır.

Dördüncüsü, USAID Amerika xalqı ilə Azərbaycan xalqı arasında uzunmüddətli tərəfdaşlığın əsaslarını formalaşdırmağa çalışır.

Gözəl səslənir, deyilmi? Bu mövzuda silsilə araşdrımalar və ABŞ-ın indiki rəhbərliyi isə bütün bunların doğru olmadığını və hətta təhlükəli fəaliyyətin ört-basdır edilməsi əlamətinin olduğunu təsdiq edir. Onda, təbii olaraq, sual meydana çıxır: USAID-in Azərbaycandakı fəaliyyətinin əsas məqsədi nədən ibarət olmuşdur? SEDA hansı anlamda və mahiyyətdə Azərbaycana “yardım proqramıdır”? Bir zamanlar USAID-in “Azərbaycanda filan icmalara filan yardımlar edilmişdir, proqramlar həyata keçirilmişdir” kimi hesabatlarının əsl mahiyyəti nədir?

1992-ci ildən başlanan macəra...

USAID-in rəsmi məlumatında deyilir: “USAID Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlamışdır. Həmin il Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş səbəbindən əsas fəaliyyət istiqaməti humanitar yardımla məhdudlaşmışdır”.

Burada qeyri-adi heç nə yoxdur. Həmin dönəmdə hər tərəfdən təzyiqlərə məruz qalan Azərbaycan özünü humanitar cilddə göstərən USAID-ə qapıları açmalı idi. Bunun bədnam “907-ci düzəliş” fonunda baş verməsi isə ayrıca hadisədir. İndi aydın olur ki, reallıqda USAID-in məqsədləri ilə “907-ci düzəliş”i tərtib edənlərin niyyətləri arasında fərq olmamışdır; hər ikisi Azərbaycanın ABŞ-dan asılılığına çalışmışlar. Yəni, amerikan maraqlarının təmin edilməsinə çalışmışdır. USAID-in dərin qatlardakı məqsədləri haqqında yayılan informasiyalar isə göstərir ki, vəziyyət daha təhlükəli xarakterdə olmuşdur.

Məsələn, USAID bəyan edir ki, Azərbaycana 417 milyon ABŞ dolları həcmində yardım etmişdir. Ancaq bu rəqəm təcavüzkar Ermənistana olan yardımlardan 3 dəfə azdır. Üstəlik, USAID-in başında anti-Azərbaycan mövqeyi ilə seçilən Samanta Pauer durur. Samanta Pauer Soros Fonduna yaxın bir fiqurdur. O, dəfələrlə Bakını əsassız olaraq ittiham etmişdir.

2025-ci ildə rəsmi Bakının USAID haqqında qərar verməsi bütün bunlara görə, tamamilə təbii və gözləniləndir. Bu barədə 2025-ci il yanvarın 16-da Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstan Xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında söylədikləri çox maraqlıdır. Onu xatırladaq ki, rəsmi Tbilisi son seçkidə USAID-in fəaliyyətinin çox neqativ olduğunu ifadə etmiş və onu dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirmişdir.

C.Bayramov isə vurğulamışdr ki, “2023-cü ilin sentyabr ayında Azərbaycan 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi. Bundan qısa müddət sonra biz ABŞ-dan beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş Azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılmışdı. Ancaq sonuncu dəfə bu dayandırılma baş vermədi və 20 il sonra sırf Azərbaycan suverenliyini bərpa etdiyi üçün bir növ “cəzalandırıldı”.

Buna baxmayaraq, “Azərbaycan tərəfi dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir”. Lakin artıq 2024-cü ilin fevralında rəsmi Bakı bir həqiqətə əmin oldu.

Həmin ərəfədə Vaşinqtondan “Azərbaycana ən yüksək səviyyədə USAID çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərildi. Biz qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdik və təkliflər yazılı şəkildə ABŞ-a göndərildi. Lakin fevraldan iyun ayına qədər bizə məlum oldu ki, ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir”. Buna görə də, “USAID-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib".

Nəhayət, Donald Tramp administrasiyasının USAID-lə bağlı atdığı addımlar faktiki olaraq rəsmi Bakının tam haqlı olduğunu və onun vaxtında milli dövləti maraqlara uyğun qərar verdiyini təsdiq edir.

Dərinlərdəki məqamlar

Belə aydın olur ki, USAID dərinlərdə Azərbaycanda özünün “zəif demokratiya” modelini tətbiq etməyə çalışmışdır. Onun xərclədiyi “humanitar pullar” əsasən buna xidmət etmişdir. Həmin prosesin Ermənistana daha ciddi dəstək vermək fonunda aparılması isə geosiyasi kontekstdə Azərbaycan üçün çox təhlükəli tendensiyadan xəbər verirdi. Onun iki aspektini vurğulaya bilərik.

Birincisi, USAID regionda Azərbaycanı təcavüzkar Ermənistandan asılı vəziyyətə salmağa çalışmışdır. Ermənilərin qondarma dövlətləri Azərbaycana nisbətən daha güclü və nüfuzlu olmalı idi. Sosial-iqtisadi və mədəni baxımdan da Azərbaycan cəmiyyəti erməni cəmiyyətindən aşağı səviyyədə olmalı idı. S.Pauer kimi saxta demokratlar bunun üçün müxtəlif yollara əl atmışlar.

O cümlədən, Qarabağı könüllü tərk etmiş ermənilərin hüquqları bəhanəsi ilə min cür oyunlardan çıxmışlar. Əlbəttə, bunları Azərbaycan hakimiyyəti çox gözəl görürdü və sonda konkret qərar qəbul etməli idi. Rəsmi Bakının aldığı qərarla USAID və ona bənzər təşkilatların erməni kultu yaratmaq kursu tam iflasa uğradı.

İkincisi, prosesin daha təhlükəli bir aspektini də vurğulamaq lazımdır. Biz USAID-in Azərbaycan cəmiyyətini zəiflətmək üçün apardığı informasiya, təbliğat və təşviqat işlərini nəzərdə tuturuq. Bir neçə ildir ki, bu istiqamətdə onlar fərqli metodlarla cəmiyyətə təsir etməyə çalışırlar. Adətən, onun iki aspekti olur.

Birincisi, iqtidar haqqında yalan informasiyalar yaymaqla onun legitimliyini zəiflətmək. Bu, sonradan xaotik üsyana aparıb çıxarmalı idi.

İkincisi, cəmiyyətin özünün antidemokratik, antisivil obrazını yaratmağa xidmət edən təxribat xarakterli informasiyalar yaymaq. Bu, toplumun özünə olan inamı və əminliyinin zəiflədilməsi ilə sonuclanmalı idi. Məqsəd cəmiyyətin öz ləyaqəti haqqında yanlış təsəvvürlərə malik olmasına nail olmaq əsasında müstəqil dövlət ola bilməyə şübhələr yaratmaqdan ibarətdir.

Üçüncüsü. Azərbaycanın milli adət-ənənələri, dini, mədəniyyəti və digər dəyərlərini təhrif etməklə iki hədəfə çatmaq məqsədi vardı. Onlardan biri toplumu mənəvi-əxlaqi cəhətdən daxildən parçalamağı, digəri isə müxtəlif etnik və dini mənsublar arasına nifaq salmağı nəzərdə tuturdu.

Bütün bunlar kompleks halında onu ifadə edir ki, Azərbaycan uzun müddətdir açıq və gizli cəbhələrdə təhlükəli informasiya müharibəsinin mərkəzində yer almışdır. Bu barədə dəqiq fikirləri Prezident İlham Əliyev müxtəlif kontekstlərdə dolğun olaraq ifadə etmişdir. Məsələn, 2024-cü ildə Şuşa Beynəlxalq Media Forumunda dövlət başçısının bununla əlaqədar bəyan etdiyi strateji xarakterli tezislərinə böyük maraq yaranmışdır.

Prezident İlham Əliyevin həmin fikirləri Azərbaycanın informasiya müharibəsinə cəlb edilməsinin konseptual təhlili məsələsini də ön plana çıxarır. USAID məsələsi həm də bu baxımdan daha dərindən araşdırılmalıdır. O cümlədən, onun Azərbaycan cəmiyyətini daxilən zəiflətmək xətti ilə “zəif demokratiya” modeli arasındakı nəzəri, siyasi və fəlsəfi bağlantıların tədqiqi çox vacibdir. Bu məsələ həm də II Qarabağ müharibəsindən sonra Azərbaycanda KİV-də aparılan informasiya təxribat xəttinin xüsusiyyətləri ilə sıx bağlıdır. Onun təhlili üzərində USAID kontekstində ayrıca dayanmaq gərəkdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see143

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see138

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see137

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see132

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see128

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see122

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see121

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see119

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see119

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see119

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see118

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see116

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see116

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see113

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see113

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see111

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see110

Ertan Saban Deha dan getdi

12 Aprel 2025 12:34see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri