Icma.az
close
up
RU
USAİD kimi təşkilatların mövcudluğu dünyanın təhlükəsizlik problemidir

USAİD kimi təşkilatların mövcudluğu dünyanın təhlükəsizlik problemidir

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ dövlətinin USAİD-ABŞ İnkişaf Agentliyi adlı təşkilatının mahiyyət və fəaliyyətindən özünün belə çəkinərək bu təşkilatın fəaliyyətini dayandırması faktının özü onu göstərir ki, dünya dövlətlərinə yardım adı altında onlara nəzarət və idarə edilməsi, bir çox destruktiv fəaliyyətlər həyata keçirməsi ABŞ dövlətinin yeni rəhbərliyini belə narahat edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, təbii ki, burda Prezident Donald Trampı narahat edən məsələnin maliyyə tərəfidir. O, ABŞ dövlətinin vəsaitlərinin onun məntiqi ilə mənasız işlərə xərclənməsindən narahatdır. Amma dolayısı ilə olsa da, təşkilatın fəaliyyətinin dayandırılmasının özü təqdirəlayiq haldır. USAİD-in dünyada nə kimi fəaliyyətlərinin olduğu artıq ifşa olunub:

"USAİD-in ifşası zamanı üzə çıxan faktlar, dünya üzrə maliyyələşdirdiyi nüfuzlu medialar – The New York Times” (2024-cü ildə 3,1 mln.dollar ayrılıb), “Politico” (8 mln. dollar), “Associated Press” (19 mln.dollar), BBC (2,6 mln.funt), Reuters (9 mln.dollar), Frans-Press (447 min dollar). Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist maliyyələşdirilib. Fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb.

USAİD-in fəaliyyətinin dayandırılması ABŞ dövlətinin xarici siyasətinin daxili siyasətindəki yaratdığı problemlərlə əlaqədardır. Çünki USAİD kimi təşkilatların fəaliyyəti son nəticədə ABŞ dövlətinin özünə qarşı çevrilir.

Həm hər il ayrılan 50 milyard dollar vəsaitin müxtəlif adlar altında mənimsənilməsi nəticəsində ABŞ daxilində mafia xarakterli təşkilatlanma yaranır ki, bu da dövlətin özünə qarşı çevrilir, həm də ölkə xaricində ABŞ dövlətinə qarşı ölkələr qrupu formalaşır. Hesab edirəm ki, USAİD kimi təşkilatların mövcudluğu dünyanın təhlükəsizlik problemidir.

Onlara qarşı mübarizənin mahiyyəti başqa da olsa ABŞ-dan başlamasını dünya üçün yeni dövrün başlanğıcı, ABŞ dövlətinin xarici siyasət prioritetlərinin dünya ölkələrinə təsir mexanizmləri baxımından daha sivil formaya keçdiyi kimi qəbul etmək olar".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Fevral 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri