Icma.az
close
up
RU
ABŞ USAID kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır RƏY

ABŞ USAID kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır RƏY

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 fevral, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır. Çünki Azərbaycan USAID-in fəaliyyətinə qadağa qoymaqla dövlətimizi təhlükələrdən qorudu. Prezident İlham Əliyevin ifadə etdiyi hər bir ifadənin real həyatda əksini tapmasının dəfələrlə şahidi olmuşuq. Belə ki, ötən ilin sonunda Prezident İlham Əliyev Dmitri Kiselyova verdiyi müsahibədə Donald Trampın USAID-i qadağan edə biləcəyi ilə bağlı proqnoz vermişdi. Bu proqnoz artıq reallaşmaqdadır. Bunun nəticəsidir ki, dövlətimizin başçısının praqmatik, uzaqgörən siyasəti Azərbaycanı qalib, dünyada sözünün çəkisi olan dövlətə çevirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

Deputat deyib ki, USAID ABŞ-ın maraqlarını ifadə etmirdi və ancaq çirkin məqsədlər üçün pulların yuyulması ilə məşğul olurdu. Belə ki, onun büdcəsindən tədbirlər, seminarlar və konfranslar keçirmək adı ilə on milyonlarla dollar vəsait silinirdi. USAlD demokratiyaya və inkişafa dəstək adı altında fəaliyyət göstərsə də, bir çox ölkələrdə sabitliyi pozmaqla dövlətlərin zəiflədilməsinə çalışırdı. Reallıq isə ondan ibarətdir ki, hansı ölkələrdə dövlətin lideri vaxtında addım atmadısa, orada inqilablar baş verdi və uzun illər formalaşdırdıqları milli dəyərlər məhv olmaq təhlükəsi ilə üzləşdi. Məsələn, Gürcüstanda, Ukraynada, Misirdə və digər ölkələrdə həyata keçirilən “məxməri inqilab”lar da buna nümunə ola bilər.

“USAID Cənubi Qafqaz regionu ilə bağlı çirkin əməllərini davam etdirərək, Ermənistana müxtəlif adlarla verilən maliyyəni iki dəfədən çox artıraraq 250 milyon dollara çatdırmışdı ki, bu vəsaitlər də silahlanma üçün nəzərdə tutulurdu. Ermənistanı silahlandırmaqla regionda yenidən münaqişəni alovlandırmaq USAID-in hazırladığı planın tərkib hissəsi idi”, - deyə o əlavə edib.

Deputatın sözlərinə görə, USAID, həmçinin Gürcüstanda gəncləri, bəzi media nümayəndələrini və QHT-ləri maliyyələşdirməklə uzun müddətdir ki, etiraz aksiyalarının həyata keçirilməsinə dəstək verirdi. Dövlətlərin daxili işlərinə qarışmaqla yanaşı, USAID-in məkrli planları arasında çirkli pulların yuyulması və dövlətləri daxildən dağıtmaq da olub. Bu səbəbdəndir ki, D.Trampın USAID-lə bağlı qərarı sağlam ideologiyaya sahib dünya ictimaiyyəti tərəfindən müsbət qarşılandı. ABŞ da dövlət maliyyəsinin çirkin məqsədlərlə mənimsənilməsinin qarşısı almalı və milli maraqlarını ifadə etməyən USAID kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri