Icma.az
close
up
RU
“USAID şəbəkəsi” can vermək istəmir

“USAID şəbəkəsi” can vermək istəmir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

USAID üzərində 2025-ci ilin fevral ayından etibarən başlanılan yoxlamalar davam edir. Martın 9-da təhqiqatların ilkin nəticələri elan edilib. ABŞ Dövlət katibi Marko Rubio özünün “X” hesabında xəbər vermişdi ki, “6 həftəlik araşdırmadan sonra USAID-in icra etdiyi proqramlarda ciddi nöqsanlar aşkar edilib, İndiyədək icra edilmiş proqramlar ABŞ-ın əsas milli maraqlarına xidmət etməyib, bəzi hallarda isə hətta milli maraqlara zərər vurub: “Bu baxımdan proqramların 83 faizinin rəsmən ləğv edilməsinə qərar verilib”. Prosesin gedişindən görünür ki, Tramp administrasiyası 2025-ci il iyulun 1-dək USAID-in bütün funksiyalarını Dövlət Departamentinə ötürmək üçün səy göstərir.

ABŞ Prezidenti martın 14-də imzaladığı fərmanla USAID-dən başqa daha 7 federal qurumun ləğv edilməsi barədə fərman imzalayıb. Onların sırasında Qlobal Media Agentliyi (USAGM) də yer alır. Adları fərqli olsa da, bu federal qurumlar oxşar missiyanın, funksiyanın icraçısı olublar. USAID kimi USAGM da ABŞ-ın “humanitar yardım” adı altında xaricə yönəlik layihələrini maliyyələşdirib. Beynəlxalq auditoriya üçün məlumatlar yayan “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi”, “Azad Asiya” radiolarının fəaliyyəti Qlobal Media Agentliyinin ayırdığı vəsaitlə təmin edilib.

Donald Tramp komandasının USAID barədə səsləndirdiyi ittihamlar yeni faktları ortaya çıxarıb. Məsələn, DOGE rəhbəri İlon Maskın USAID barədə hesabatı açıqlanana qədər, yəqin ki, heç kim “The New York Times” , “Politico”, “Associated Press”, BBC, Reuters, Frans-Press kimi media nəhənglərinin USAID-dən “ianə” aldığını təsəvvür etməyib. DOGE-nin yaydığı hesabatlar USAID-lə yanaşı, bu media nəhənglərini də ifşa etdi, onların gerçək simasını dünyaya göstərdi. İndiyədək bu media subyektləri dünyaya “müstəqil”, “qərəzsiz”, “obyektiv” media qurumları kimi təqdim ediliblər. Maskın son açıqlamaları isə onların da USAID-dən maliyyə aldıqlarını, siyasətinə boyun əydiklərini, təxribatçı kampaniyalarda iştirak etdiklərini aşkara çıxarır. Bəlli olur ki, “The New York Times” USAID-dən təkcə bir il ərazində (2024-cü ildə) 3,1 “Politico” 8, “Associated Press” 19 milyon dollar, BBC 2,6 milyon funt-sterlinq, Reuters 9, Frans-Press 447 min dollar vəsait alıb, onun layihələrini icra edərək, tapşırıqlarını yerinə yetiriblər.

Lakin adıçəkilən media qurumlarının təmsilçiləri açıqlama yayaraq, faktı təkzib etməyə təşəbbüs göstəriblər. Məsələn, Thomson Reuters fevralın 14-də yaydığı açıqlamada “Reuters” İnformasiya Agentliyini ABŞ-dan aldığı pulların izahını verməyə çalışıb. Amma bu izahat “Reuters” İnformasiya Agentliyinə bəraət qazandırmaq əvəzinə, onu daha da dərinə salıb. Maliyyə maxinasiyaları barədə əlavə suallar yaradıb. Bu suallar istiqamət verir ki, beynəlxalq statuslu, transmilli media qurumları aldıqları maliyyə yardımının qarşılığı olaraq, zəruri anda USAID tərəfindən başladılan anti-təbliğat kampaniyalarına qoşulublar, ayrı-ayrı dövlətləri hədəfə götürərək, onların haqqında dezinformasiyalar yayıblar.

Amma USAID-in “təbliğat və təxribat şəbəkəsi”nə daxil olan qurumların siyahısı təkcə media subyektləri ilə məhdudlaşmır. Müşahidələr göstərir ki, USAID şəbəkəsi müxtəlif komponentlərdən ibarətdir. Buraya media subyektləri ilə yanaşı, “insan haqlarını müdafiə edən” QHT-lər, reytinq cədvəlləri tərtib edən təşkilatlar və digərləri daxildir. İlon Maskın hesabatları USAID şəbəkəsinə daxil olan media qurumlarını ifşa edib. “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyəti artıq dayandırılıb. Şəbəkənin digər üzvləri isə fəaliyyətlərini davam etdirirlər.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda haqlı olaraq bildirdi ki, “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətləri dayandırılıb. Lakin siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty International”, “Transparency İnternational”, "Freedom House" kimi təsisatların fəaliyyətinin qarşısı alınmayıb.

Bu təşkilatlar nəinki fəaliyyətlərini davam etdirirlər, həm də Donald Trampdan əvvəlki dövrdə mənsub olduqları mövqelərinin bərpa olunması üçün çalışırlar. USAGM-dan maliyyə alan təsisatlar mart ayında məhkəməyə müraciət ediblər. “Haqsızlığa məruz qaldıqlarını” idda edirlər. Maliyyə mənbələrinin və fəaliyyətlərinin bərpa olunmasını tələb edirlər. Bacaracaqlarmı? Bəlli deyil. Bilinən odur ki, USAID və yandaş “donorlar” hədəf ölkələrdə ictimai-siyasi sektor üzrə təsir agentləri yerləşdirə biliblər. Ən müxtəlif istiqamətləri – siyasi prosesləri, sosial araşdırmaları, təhsil, media, insan haqları və digər sahələri əhatə edən QHT, fond, mərkəz, media subyektləri yaradıb şəbəkələşdirə biliblər. Bu şəbəkəni bir həmlə ilə dağıtmaq asan deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri