Icma.az
close
up
RU
USAID in xaos, qarşıdurma şəbəkəsi təşkilatın bəşəriyyətə qarşı cinayətləri ŞƏRH

USAID in xaos, qarşıdurma şəbəkəsi təşkilatın bəşəriyyətə qarşı cinayətləri ŞƏRH

Icma.az bildirir, Report.az portalına istinadən.

ABŞ-də Donald Tramp administrasiyasının cinayətkar təşkilat kimi qiymətləndirdiyi və fəaliyyətinə xitam verdiyi USAID - Beynəlxalq İnkişaf Agentliyi ilə bağlı yeni təfərrüatlar, qalmaqallı məqamlar üzə çıxır. Belə ki, qurum müxtəlif ölkələrdə fərqli adlar altında fəaliyyət göstərib, yerli təşkilatları maliyyələşdirərək onlar vasitəsilə qeyri-qanuni fəaliyyətlərlə məşğul olub.

USAID artıq dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və illik büdcəsi 50-60 milyard dollar olan şəbəkəyə çevrilib. Onun maliyyəsi ilə Azərbaycana qarşı da səsləndirilən iddialar saysız-hesabsızdır. Bu fəaliyyət daha çox separatizm və Ermənistanın daxilindəki revanşist qüvvələrin təşviqinə yönəlib.

Ötən ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsindən çox keçməmiş Tramp administrasiyası USAİD-in qadağan olunması barədə qərar qəbul edir. Dövlət başçısı həmin müsahibəsində vurğulamışdı ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz.

USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub. Necə deyərlər, bu sırada ən öndə gedənlərdən biri olub.

USAID-ə qarşı mübarizənin önündə gedənlərdən olan ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask ona qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. Maskın “X” hesabında bu mövzuda bir neçə paylaşım var. O, bütün bunlara görə USAID-i cinayətkar təşkilat adlandırır.

Beləliklə, təşkilatın cinayətkar əməllərinin ABŞ-də belə etiraf olunması özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir. USAID-in bir sıra ölkələrdə inqilablara sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır.

Gözləmək olar ki, Qərbin xarici ölkələrdə həyata keçirdiyi “rəngli inqilablar”ın əsas maliyyə qaynağı olan USAID barəsində cinayət işləri bir sıra qalmaqallı məqamları üzə çıxaracaq.

Yeri gəlmişkən, Azərbaycan rəhbərliyi hələ illər öncə USAID-in fəaliyyətindəki arzuolunmaz nüansları həm təşkilatın, həm də ABŞ rəhbərliyinin diqqətinə çatdırsa da, bu narahatlıqlara ciddi yanaşılmadı. İndi baş verənlər də Azərbaycanın haqlı olduğunu göstərdi. Gürcüstan və digər ölkələr də oxşar narahatlıqlarını ifadə edib. ABŞ-də hakimiyyətə gələn yeni komanda da USAID-in fəaliyyətini faktiki olaraq dayandırdı.

USAID-in fəaliyyət göstərdiyi regionlarda, xüsusilə də MDB məkanında müəyyən siyasi proseslərə təsir göstərdiyi iddia edilir. Təşkilat Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində rol oynayıb. Və bu işdə keçmiş ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland xüsusi rol oynayıb.

O Nuland ki, Ukraynada “Maydan hərəkatı” zamanı mitinqçilərə özü şəxsən yemək paylayırdı. ABŞ Dövlət Departamenti Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdi və bütün bu işləri Viktoriya Nuland tərəfindən qurulmuş şəbəkə idarə edirdi. İndi isə bəlli olur ki, USAID-in dünya mediasında Azərbaycana qarşı gedən kampaniyada xüsusi rolu var imiş. Məsələn, “Politico” və “BBC” USAID tərəfindən ciddi maliyyə dəstəyi alırmış. İndi aydın olur ki, niyə Britaniyanın yayım şirkəti olan BBC hazırda Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanı dəstəkləyirdi və hətta onu “Hard Talk” verilişinə dəvət etmişdi.

Konkret olaraq, “Politico” qəzeti ilə bağlı maraqlı məlumatlar yayılıb. Bu faktı isə ABŞ Prezidenti özü açıqlayıb. Tramp bildirib ki, ABŞ Demokrat Partiyası haqqında müsbət məqalələrə görə USAID-dən 8 milyon dollar alıb. "Görünür, USAID və digər agentliklərdə milyardlarla dollar oğurlanıb, bunların böyük hissəsi demokratlar haqqında gözəl hekayələr yaratmaq üçün saxta mediaya "rüşvət" verilib. Görünür, “Politico” 8 milyon dollar alıb", - o, “Truth Social”da yazıb.

Prezident əlavə edib ki, bu, tarixdə ən böyük qalmaqal ola bilər və demokratlar bundan qaça bilməyəcəklər.

Qeyd edək ki, ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri, iş adamı İlon Mask daha əvvəl bildirmişdi ki, ABŞ-nin icra hakimiyyəti orqanları “Politico”, “The New York Times” qəzetlərinə və “Associated Press” informasiya agentliyinə abunəliyin ödənişini dayandırır.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ötən gün bildirib ki, ABŞ hökuməti “Politico”ya illik dəyəri təxminən 8 milyon dollar olan abunəliyi ləğv edəcək. O qeyd edib ki, əslində, “Politico” Amerika vergi ödəyicilərinin hesabına subsidiyalaşdırılıb və Maskın komandası artıq qəzetə ödənişlərin ləğvi istiqamətində işə başlayıb. İndi Maskın rəhbərlik etdiyi idarə ABŞ federal orqanlarının digər KİV-lərə abunəlik xərclərinin yoxlanılmasına başlayıb.

USAID-in rəhbəri Samanta Poverin isə Ruben Vardanyandan 1 milyon ABŞ dolları məbləğində “mükafat” (əslində isə rüşvət) aldığı bəllidir. Co Bayden, Antoni Blinken, Bob Menendez, Adam Şiff və digərləri bu mafiya ilə əlaqəlidir. İndi isə bu əlaqələr ifşa olunur.

Beləliklə, yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə edən, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışan USAID-lə bağlı həqiqətlər üzə çıxır. Araşdırma da birbaşa Birləşmiş Ştatlardan başlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Fevral 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri