Icma.az
close
up
RU
“Uşaq baxçasına yerlər 500 manata satılır” Valideynlər mövcud durumdan narazıdır

“Uşaq baxçasına yerlər 500 manata satılır” Valideynlər mövcud durumdan narazıdır

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rüşvət verməyən valideynlər uşaqlarına Naxçıvan şəhərindəki bağçalarda yer tapa bilmirlər. 

"AzPolitika" xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.

Onlar deyirlər ki, aylar öncə onlayın növbəyə yazılmaqlarına baxmayaraq, onların sırası yaxınlaşmaq əvəzinə daha da geriyə atılır. Buna səbəb isə boşalan yerlərə növbədə olanların deyil, rüşvət müqabilində növbədən kənar uşaqların yazıdırılmasıdır.

Naxçıvan şəhər sakini N.Məmmədova deyir ki, bir yer üçün istənilən rüşvətin qiyməti 500 manatdır:“İşlədiyim üçün uşağı bağçaya qoymalıyam. 3 saylı bağçada aylardır get-gələ salınmışam. Növbəyə də yazılmışam. Ancaq, yerində sayırıq. Heç bir irəliləyiş yoxdur. Uşağı bağçaya yerləşdirmək üçün 500 manat rüşvət istəyirlər. 450 manat maaş alıram. Mənim bu pulu vermək imkanım yoxdur. Deyirlər ki, bizlik deyil, pulun hamsı nazir Elxan Nəcəfova çatır. Bura dövlət bağçasıdır və bütün xərcləri dövlət qarşılayır. Maraqlısı isə odur ki, bağçaya daha çox evdar xanımların uşaqları götürülür, işləyən xanımlar get-gələ salınır. Deyirlər ki, yazılmamış qanunlar var bağçaya uşaq qoymaq üçün ya rüşvət verməlisən, ya da yuxarılarda adamın olmalıdır. Şikayətimizə də baxan yoxdur".

Digər sakin Gülçöhrə Səfərova isə növbəsinin irəli getməkdən, gerilədiyini bildirir:“İndiyə kimi növbə qabağa getməkdən, yerində sayırdı. Ötən həftə baxdım ki, daha iki növbə geriləmişəm. Yəni, yazılanda 13-cü idik, indi 15-ci ediblər. Təhsil Nazirliyi bilərkdən sistemlə oynayır. Rüşvət alıb, növbədən kənar uşaq yerləşdirirlər. Getdim, nazirin qəbuluna buraxmadılar. Nazirliyin Zaur adlı əməkdaşı dedi ki, get hara istəyirsən şikayət elə. Qalmışam çarəsiz. Nə edəcəyimi bilmirəm. Mən də yoldaşım da işləyirik. Uşağımız məcbur olub, qohumlara etibar edirik. Onların da öz işləri, gücləri var. Nə vaxta kimi baxsınlar".

Valideynər aidiyyəti qurumlara müraciət edərək, problemin həll olunmasını tələb edirlər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri