Icma.az
close
up
RU
Uşaq dincəlmək, oynamaq, düşünmək əvəzinə, test və tapşırıqlar arasında sıxılır AÇIQLAMA

Uşaq dincəlmək, oynamaq, düşünmək əvəzinə, test və tapşırıqlar arasında sıxılır AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İbtidai sinif yaşında olan uşaqların repetitor yanına göndərilməsi fenomeni təkcə tədris prosesinin deyil, həm də uşaqlığın psixoloji və sosial təməl prinsiplərinin pozulması ilə nəticələnir. Bu, son illər Azərbaycanda xüsusilə böyük şəhərlərdə kütləvi hal alıb və ailələrin təhsilə münasibətində yanlış yanaşmanın formalaşdığını göstərir. Məsələ təkcə əlavə dərslərin mövcudluğu deyil, məsələ ondadır ki, uşağın formalaşma mərhələsində olan idrak sisteminə artıq yüklənmə tətbiq olunur. Mənim 2024-cü ildə apardığım tədqiqat təhlillərinə əsasən deyə bilərəm ki, ibtidai sinif şagirdlərinin 80 faizindən çoxu məktəbdənkənar ödənişli hazırlıqlara cəlb olunur. Bu göstərici Bakı və Abşeronda 90 faizə qədər yüksəlir. Halbuki “Ümumtəhsil haqqında” Qanunun 14-cü maddəsində açıq şəkildə göstərilir ki, ibtidai təhsil mərhələsinin əsas məqsədi şagirdlərdə oxuma, yazma, hesablama və ilkin sosial davranış vərdişlərinin formalaşdırılmasıdır. Yəni bu dövr bilik yarışına deyil, öyrənmə vərdişinin və marağının aşılanmasına yönəlməlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov valideynlərin övladlarını ibtidai sinifdən repititor yanına göndərməsindən danışarkən bildirdi. Onun sözlərinə görə, ibtidai sinifdə repetitorluq uşağın təbii öyrənmə prosesini süni rəqabətə çevirir:

"Mütəxəssislərin fikrincə, bu mərhələdə əsas məqsəd nəticə yox, proses olmalıdır. Məsələn, UNESCO-nun 2023-cü il hesabatında qeyd olunur ki, ibtidai təhsil yaşında uşaqlara çoxsaylı test və nəticəyönümlü tapşırıqlar verilməsi uzunmüddətli motivasiya itkisinə və stres pozuntularına səbəb olur. Uşaqlar öyrənməni zövqlə deyil, qorxu və təzyiq hissi ilə əlaqələndirməyə başlayır. Repetitor sisteminin bu yaşda genişlənməsinin səbəblərindən biri valideynlərin təhsilə yanaşmasında formalaşmış yanlış düşüncədir. Valideynlər uşaqlarının erkən yaşda “daha irəlidə olması”nı istəyir, amma bu istək çox zaman uşaqda intellektual və emosional balanssızlıq yaradır. Uşaq dincəlmək, oynamaq, düşünmək, özünü ifadə etmək əvəzinə, test və tapşırıqlar arasında sıxılır. Bu, həm də ailə ilə məktəb arasında etimad boşluğunun nəticəsidir, valideynlər məktəbin tədrisinə güvənmədikdə, repetitor axtarışına çıxır. Məktəblərin və müəllimlərin tədris keyfiyyətində bərabərlik fərqləri də bu prosesi sürətləndirən amildir. Bəzi məktəblərdə ibtidai sinif müəllimlərinin metodik yanaşması zəifdir, şagirdlər fərdi qayğıdan məhrum qalır. Lakin Elm və Təhsil Nazirliyi bu sahədə müsbət addımlar atır, ibtidai sinif müəllimləri üçün yeni “metodik modullar” hazırlanıb, kurikulum islahatlarında oxu və yazı bacarıqlarının formalaşması üçün standartlar yenilənib. Nazirlik tərəfindən keçirilən sertifikasiya imtahanları da müəllimlərin peşəkarlığının artırılmasına xidmət edir və bu, uzunmüddətli perspektivdə repetitorluğa ehtiyacı azaldacaq".

Ekspertin sözlərinə görə, Azərbaycanda uşaqlar artıq 7-8 yaşından gündə 6-7 saat məktəbdə, daha 2-3 saat repetitor yanında vaxt keçirir.

"Bu, uşağın fiziki, psixoloji və yaradıcı inkişafına ciddi zərbə vurur. Psixoloqların fikrincə, bu yaş dövründə uşağın beyni daha çox vizual və oyun əsaslı tədrisə açıqdır, lakin test və mexaniki öyrənmə üsulları onun təbii kognitiv inkişafını ləngidir. Buna görə də ibtidai sinifdə uşaqları repetitor yanına göndərmək doğru deyil. Düzgün yanaşma məktəbin özündə fərdi dəstək mexanizmlərinin gücləndirilməsi, valideynlərin maarifləndirilməsi və uşaqların öyrənməyə sevgi ilə cəlb edilməsidir. Elm və Təhsil Nazirliyinin hazırda tətbiq etdiyi “Məktəbdənkənar təhsil mərkəzləri” və “Tədrisdə fərdi yanaşma” layihələri bu boşluğu doldurmaq məqsədi daşıyır. Əgər bu modellər genişlənsə, valideynlərin repetitorluğa olan psixoloji asılılığı da azalacaq.

Hesab edirəm ki, ibtidai sinif mərhələsində uşaqların təhsili əlavə yüklənməyə deyil, maraq və oyunla öyrənməyə əsaslanmalıdır. Repetitorluq erkən yaşda uşağın təhsil motivasiyasını zədələyir, onu “imtahan psixologiyasına” salır və həyat bacarıqlarının formalaşmasına mane olur. Valideynin və müəllimin rolu rəqabət deyil, uşağın öyrənmə sevincini qorumaq olmalıdır. Elm və Təhsil Nazirliyinin hazırkı istiqaməti, ibtidai mərhələdə balanslı və uşağa dost təhsil mühiti qurmaq siyasəti bu baxımdan həm elmi, həm də pedaqoji cəhətdən ən düzgün yanaşmadır", - deyə Kamran Əsədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri