Icma.az
close
up
RU
Uşaq doğumu kəskin azalıb, uşaqpulu bərpa olunmalıdır KÜNCDƏN BAXIŞ

Uşaq doğumu kəskin azalıb, uşaqpulu bərpa olunmalıdır KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Milli Məclisin deputatı Əli Məsimli 3 uşaqlı ailə modeli ilə bağlı təkliflə çıxış edib: “Pensiya islahatlarında nəzərə alınması vacib olan məsələrdən biri də budur ki, Azərbaycanda yeni doğulan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb və ailə modeli dəyişib. Ailələrin əksəriyyəti 2 və 1 uşaqdan ibarətdir. 5 və daha çox uşağı olan ailələr isə azlıq təşkil edir. Ona görə də, ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır. Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 3 və daha çox uşağı olan ailələrə şamil edilməli, pensiya yaşının azaldılması güzəştləri tətbiq edildikdə 3 uşaqlı ailələr başlanğıc kimi götürülməlidir.

Deputat qeyd edib ki, ölkədə uşaqların sayının azalması “uşaqpulu” məsələsini getdikcə daha da aktuallaşdıracaq: "Uşaqpulu" problemi həll olunana qədər isə bu cür aralıq mahiyyət kəsb edən təkliflər aktual olacaq. Bizim bu təklifi də daha çox həmin "uşaqpulu" məsələsinə mərhələli şəkildə keçilməsi kontekstindən qiymətləndirmək lazımdır. Azərbaycanda uşaqların sayı və təbii artım sürətlə aşağı düşür. Ölkəmizdə 2015-ci ildə 166 min, 2020-də 125 min, 2024-cü ildə isə 102 min uşaq doğulub. Deməli 2024-cü ildə ölkəmizdə yeni doğulan uşaqların sayı 2020-ci illə müqayidədə 33 faiz, 2015-ci illə müqayisədə isə 63 faiz aşağı düşüb. Uşqaların sayının bu cür sürətlə azalması ölkəmizin gələcəyi üçün çox düşündürücü məsələdir. Hazırda Azərbaycanda orta statistik ailə 2 valideyn və 2 uşaq olmaqla 4 nəfərdən ibarətdir və çoxluq təşkil edir. 2 valideyn və 1 uşaq olan 3 nəfərdən ibarət ailələr ikinci, 2 valideyn, 3 uşaq olmaqla 5 nəfərdən ibarət ailələr isə üçüncü yeri tutur.

Son vaxtlar boşanma halları artdığından 1 valideyn 1 və ya 2 uşaqdan ibarət ailələr də artır. Biruşaqlı ailələrin sayının artması ölkədə əhalinin sayınının artım tempinin azalmasına ciddi təsir göstərən amillərdən biridir və orta perspektivdə onun bu yöndəki təsiri daha da güclənəcək. Hər ailədə 2 uşağın olması da ölkədə əhalini artıran model deyil. Hazırda ölkəmizdə ailələrin əksəriyyəti 2 və 1 uşaqlı ailələrdən ibarətdir. 5 və daha çox uşağı olan ailər isə azlıq təşkil etdiyindən və daha çox uşağın timsalında "çoxuşaqlı ailə" modeli arxa plana keçməkdədir. Təsirli tədbirlər görülməsə, 1 və 2 uşaqlı ailələrin sayı daha da artacaq, 3 uşaqlı ailələrdən başlayaraq üzüyuxarı digər ailələrin sayı isə daha da azalmaqla demoqrafik vəziyyət pisləşəcək.

Ailədə uşaqların sayının azalmasına müxtəlif amillər təsir edir. Amma əhalinin xeyli hissəsinin güzəranı ilə bağlı sosial xarakterli amillər və ailə planlaması məsələsində uşaqların sayına fərdi münasibət daha çox təsir edir. Belə şəraitdə ölkənin iqtisadi inkişafının və qüdrətinin mühüm amili kimi əhalinin artımında Azərbaycan üçün daha çox xarakterik və məqbul olan müsbət dinamikanı saxlamaqdan ötrü 3 uşaqlı ailə modelinə keçmək daha məqbul variantdır.

Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 5 və daha çox uşağı olan ailələrə yox, 3 və daha çox uşağı olan ailələrə şamil edilməli və pensiya yaşının azaldılmasında da hər uşaq üçün 1 il olmaqla 3 uşaqlı ailələrdən başlamalıdır. Bu addım uşaqlar üçün verilən müavinətin dairəsini xeyli genişləndirməklə çoxuşaqlı ailələrə münasibətdə mövcud olan müavinət mexanizminin əlçatanlığını da əhəmiyyətli dərəcədə artırmış olar. Bu model beynəlxalq təcrübəyə daha çox uyğundur. Uşaq sayı artdıqca, həm pensiya yaşının müvafiq surətdə azaldılması, həm də beynəlxalq praktikadan məlum olan hər uşağa görə ödənilən müavinətin məbləğinin artması Azərbaycanda çoxuşaqlılığın təşviq edilməsində daha təsirli rol oynaya bilər"(modern.az).

Deputatın bütün fikirləri reallığa əsaslanır və milli təhlükəsizliyimiz üçün həyəcan siqnalıdır. Mən də uzun illərdir daim bu təkliflərlə televiziya və mətbuatda çıxış etmişəm. Artıq doğumun kəskin azalması və 1 uşaqlı ailə modelinə keçid baş verib ki, bu son dərəcədə təhlükəli tendensiyadır. Bunun qarşışını almaq üçün hökumət təcili olaraq sosial və mənəvi dəstək proqramı həyata keçirməlidir. Hazırda bizdə 6 və daha çox uşaqlı ailələrə yardım verilir 105 manat məbləğində. Lakin ölkədə 6 uşaqlı ailələr yox dərəcəsindədir, hazırda 3-4 uşaqlı ailələrə belə nadir rast gəlinir.

3 uşaqlı ailənin artıq çoxdan çoxuşaqlı olması inkaredilməz faktdır. Sadəcə bunu rəsmiləşdirmək lazımdır. Bu həm statistikadan, həm də ətrafımızda müşahidələrimizdən də aydın görünür. Bu olduqca təhlükəli, hətta faciəvi bir tendensiyadır. Yəni bir ailədə 3-dən az uşağın olması həmin xalqın tədricən məhv olub sıradan çıxması deməkdir. Bir xalqın davam etməsi, yaşaması üçün hər ailədə minimum 3 uşağın olması şərtdir. Çünki bu uşaqların biri müxtəlif dövrlərdə müxtəlif səbəblərdən dünyasını da dəyişə bilir.

Dünyanın bütün mədəni ölkələri çoxuşaqlı ailələrin sayının çox olmasına çalışır. 1 uşaqlı ailənin necə faciə olduğunu artıq dünyada başa düşürlər. Xüsusilə də, Çində bu təcrübənin faciəvi sonluğunu görəndən sonra çoxuşaqlı ailələrin təbliğinə başladılar.

3 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunmağa başladıqda artıq dövlətin müəyyən imtiyazlar sistemi işə düşür. Sosial müavinətlər, müxtəlif formada yardımlar və s. bunlara daxildir. Bu sistem bizdə, çox təəssüf ki, yox kimidir.

Əksər ölkələrdə aylıq uşaqpulu verilir. Qonşu Rusiya, İran, Ermənistan kimi ölkələr da bura daxildir. Hətta bəzi ölkələrdə uşaq pulundan əlavə ailələrə ev, torpaq, avtomobil verilməsi qaydaları var- məsələn Rusiyada. Orada uşqpulundan əlavə çox sayda stimullaşdırıcı tədbirlər var- torpaq sahəsi ayırmaq, ev vermək, özünüməşğulluq üçün müvafiq təminatları vermək, valideynlərin əmək hüquqlarından xeyli əlavə güzəştlər və s. Bu dövlətin stimullaşdırıcı tədbirləridir. Məqsəd isə normal ailə modelinin bərqərar olmasıdır.

Bəzən bildirilir ki, bütün uşaqlara uşaqpulu verməyə dövlətin imkanı çatmır. Fikrimizcə, heç bir maliyyə problemi yoxdur, dövlətimizin maliyyə imkanları lazım olduğundan dəfələrlə çoxdur və getdikcə də artır. Buna baxmayaraq əgər bütün uşaqlara verilmirsə, onda heç olmasa çoxuşaqlı- yəni 3 və daha çox uşaqlı ailələrə uşaqpulu ödənilməlidir. Ya da ən azı müəyyən bir yaş qrupunda olan uşaqlara verilməsi mümkün ola bilər- məsələn 5 yaaşdək, 10 yaşadək və s. Məbləğin az olması da müəyyən qədər qəbuledilən olardı, bu, yenə də ailəyə dəstək olacaq.

Uşaqpulunun verilməsi belə uşaqların sayını əhəmiyyətli həddə artıracaq gücdə deyil, bu yardım sadəcə möcvud uşaqların sağlam böyüdülməsinə dəstək ola bilər. Hesab edirəm ki, ilkin mərhələdə hər uşağa ayda ən azı 100 manat olmaqla 3 və daha çox uşaqlı ailələrə yardım edilməlidir.

Əgər dövlət büdcəsində maliyyə yükü yaradacağını iddia edirlərsə, onda alternativ də təklif edə bilərik. Məsələn ünvanlım sosial yardımı ləğv edib onu uşaqpulu formasında vermək olar. Ünvanlı sosial yardım o qədər də ünvanlı deyil və burada çox sayda neqativ hallar var, bu sistemə insan müdaxiləsi çox rahatdır. Lakin uşaqpulunda bu mümkün deyil, çünki uşaqlaırn konkret sayı məlumdur və hər uşaq heç bir xüsusi sənədlər toplanılmadan bu yardımı ala biləcək. Göründüyü kimi, uşaqpulu sistemi daha şəffaf, daha rahat və daha effektivdir.

Aylıq uşaqpulunun bərpası sağlam gələcəyəmizin formalaşmasına dövlətimizin tövfəsi ola bilər. Çünki əhalinin əksəriyyəti aztəminatlı olduğundan uşaqların sağlam böyüdülməsini təmin etməkdə çətinlik çəkir. Ona görə də dövlət bu məsələdə öz sözünü deməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see173

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see138

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see119

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Maskın təklifi

08 İyun 2025 04:23see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see114

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see114

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see112

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri