Icma.az
close
up
RU
Uşaq futboluna qənim kəsilən AFFA nın virusları Yadullayevlər, Abdullayevlər...

Uşaq futboluna qənim kəsilən AFFA nın virusları Yadullayevlər, Abdullayevlər...

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Qurumun prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub. 
Aşağı liqadan elitaya yüksələcək komandalara ediləcək güzəştlər və s. barədə qərarlar qəbul olunub. Amma razılaşarsız ki, bundan daha vacib məsələ futbolumuzun gələcəyi olan aşağı yaş qruplarının kimlərə həvalə olunacağı idi. O da bəlli oldu, AFFA yenə təəccübləndirmədi. Milli komandanın aşağı yaş qruplarında karusel sistemi davam etdi. Belə ki, 17 yaşlılardan ibarət milli komandaya Aqil Nəbiyev, 18 yaşlılara İlham Yadullayev, 19 yaşlılara Elxan Abdullayev başçılıq edəcək. İlin sonuna qədər. Tək sevindirici məqam isə kritik sayılan U21 komandamızın Ayxan Abbasova tapşırılması oldu. Başqa heç nə...
Abbasovun komandasının bir pillə altı olan U19 isə bəlkə də dünyanın ən tənbəl, ən həvəssiz, öz üzərində işləməyə zərrə marağı olmayan məşqçisinə həvalə olundu. Yəqin ki, Elxan Abdullayevin hər dəfə çıxıb Belarusdan 6, Türkiyədən 5, İrlandiyadan 4 qol buraxması, çalışdığı heç bir işdə uğur qazana bilməməsi AFFA rəhbərliyinin diqqətini çəkib və heç bir tərəddüd etmədən futbolumuzun gələcəyində önəmli pozisiya sayılan milliyə baş məşqçi təyin ediblər. Əsas odur ki, Elxan müəllim hər getdiyi turnirdə, səfərlərdə əlində kofeylə ora-bura gəzməyə davam edəcək. Buna görə AFFA-ya təbii ki, təşəkkür düşür.
Abdullayevin komandasının bir altı olan U18-ə isə Füzuli Məmmədovdan sonra İlham Yadullayev başçılıq edəcək. İlham bəy barədə də daha əvvəl danışmışdıq. Öz aramızdı, AFFA-nın son inkişaf turnirinin iştirak ərizəsində klub adında etdiyi düzəliş təqdirəlayiqdi. Lütf edib, "Srvena Zvezda"nı dəyişib "Graficar" etmələri məni lap kövrəltdi. Bunu etmək üçün biz hər şeyi araşdırıb, açıb-tökməli idik? Ki, "Srvena"da oynayır dediyiniz uşaq əslində aşağı liqa komandası olan "Graficar"da sadəcə məşq edir?! Nə isə. Cənab Yadullayevin də ilin sonuna qədər milliyə cəlb edəcəyi oyunçular mövzusunda ədalətli olacağına inanmaq istəyirəm. Ümid edirəm ki, gürcü mətbəxinin təamlarıyla zəngin yeyib-içmək məclisləri, dost-tanışların uşaqları, filankəslərin tapşırıqları onun milli komandaya seçəcəyi oyunçuların kimliyinə təsir etməyəcək.
Aqil Nəbiyevin isə 17 yaşlılarla nə edəcəyini maraqla gözləyirəm. İnsafən, Aqil bəyi həmkarı Elxan Abdullayevlə filan müqayisə etmək haqsızlıq olar. Nəbiyev, öz üzərində işləyən, gerçəkləri, problemləri "yuxarılar"a çəkinmədən deyən, realist mütəxəssisdi. APA TV-nin efirində yayımlanan APA Sport verilişinin də daha əvvəl qonağı olan Aqil bəy bütün suallarımızı sinəsində ram edib, lazımi cavabları açıq-açıq vermişdi. Qısacası, avazı yaxşı gəlir, görək, oxuduğu Qurandırmı...
Yazının əvvəlində də dediyim kimi, AFFA-nın iclasında U21-in baş məşqçi təyinatı ən sevindirici, ümid verən qərar oldu. Ümid milli komandamızı çalışdıracaq Ayxan Abbasovun "Zirə", "Sumqayıt" və "Turan Tovuz" kimi klublarda nələr etdiyinin şahidi olmuşuq. Mütəxəssis aşağı büdcəli klublarda ortaya ciddi məşqçi işi qoymağı bacarır. Abbasov "Sumqayıt"ı ölkə çempionatının bürünc mükafatçısı edib, komandanı avrokuboklara aparıb. Ayxan bəyin ən sevilən cəhətlərindən biri isə yerli futbolçuları üzə çıxarmaq bacarığıdı. Onun dəfələrlə yeni istedadlar ortaya çıxardığını görmüşük. Elə hazırda "Şamaxı"da rəhbərliyi altında oynayan Edqar Adilxanovu misal çəkmək olar.
Belə, bu təyinat da olsun gözdən pərdə asmaq. Uşaq futboluna, ölkə futbolumuzun gələcəyinə qənim kəsilən AFFA-nın bu qərarlarına da bir quş. Allah özü balalarımıza kömək olsun, nə deyək...

Bədavi Hüseynov: "De Byaziyə təşəkkür etmək istəyirəm" Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu Rodriqinyo: "Neftçi" azarkeşi üzərinə düşəni həmişə edib" - Müsahibə Vüsal İsgəndərli: "“Qalatasaray”a qol vurduqdan sonra..." - Müsahibə Media yoxsa "semiçka" sektoru? - Giley-güzar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Mart 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri