Icma.az
close
up
RU
Uşaq psixologiyasının inkişafında musiqinin rolu

Uşaq psixologiyasının inkişafında musiqinin rolu

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

"Uşaqların musiqiyə yönləndirilməsi faydalıdır, bu, xüsusən də onların yaradıcılıq bacarıqlarının, təxəyyülünün, təfəkkürünün inkişafına müsbət təsir göstərir. Musiqi bacarıqlarını uşaqların kiçik yaşlarından formalaşdırmaq lazımdır. Uşaqların 5 yaşından musiqi alətlərini tanıması, 7 yaşından etibarən isə öyrənməsi və alətlərdə ifa edə bilməsi tövsiyə edilir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinə görə, bəzi valideynlər daha erkən yaşdan övladını musiqiyə yönləndirir, bu zaman uşaqlarda öyrənmə bacarığı formalaşmadığı üçün bəzən musiqi dərslərinə onlarda maraq yaranmır. Beləliklə, musiqi haqqında onlarda mənfi təsəvvürlər yaranmağa başlayır. Belə ki, irəli yaşlarda nə qədər böyüsələr də, artıq musiqi dərslərindən yan keçməyə başlayırlar: "Ona görə də, valideynlərə bunu zamanında etməyi tövsiyə edərdim, yəni az öncə qeyd etdiyim kimi, 5-7 yaşlarında övladlarını musiqiyə yönəltməlidirlər. Ümumiyyətlə, bilirik ki, musiqi və riyazi bacarıq genetik faktorlardandır, burada genetika öz sözünü deyir. Digər tərəfdən uşağın musiqi duyumunun olması da vacib şərtdir". Psixoloqun sözlərinə görə, bəzən valideynlər uşağın musiqi duyumunun zəif olmasını qəbul edə bilmir və övladında zorakı şəkildə musiqi alətinə həvəs, maraq yaratmağa başlayırlar. Xüsusən kiçik yaşlarda musiqi alətinə marağı olan, lakin kursa gedib öyrənə bilməyən valideynlər sanki öz tamamlanmayan arzularını övladlarının üzərində icra etməyə çalışırlar: "Uşaqların məcburi şəkildə musiqiyə yönləndirilməsi özgüvən əskikliyinə və "mən bacarıqsızam" fikrinin ortaya çıxmasına səbəb olur. Tövsiyə olunur ki, ilk olaraq musiqi dərsində ən azı 3 dərs müəllim və şagird bir-birini tanımalı, həmçinin bu zaman uşaq ifa edəcəyi musiqi alətini də tanımalıdır. Musiqi dərslərinə yazılmamışdan öncə şagirdin musiqi duyumunun yoxlanılması da vacib şərtlərdən biridir. Eyni zamanda, valideynlər müəlliminin fikirlərinə diqqət göstərməlidir. Düzdür, bəzən maddiyyat ön plana keçir, müəllim uşağın musiqi duyumu olmadığı halda belə, valideyninə onun musiqi aləti ifa edə biləcəyi vədini verir. Bu da sonda hüsranla nəticələnə bilir".

"Bildirmək lazımdır ki, musiqi duyumu olan uşaqlar bunu kiçik yaşlardan bəlli edirlər. Hətta uşaq 1 yaşını tamamlamamış belə musiqi ilə ritm tutmaq, oynamaq, musiqili cizgi filmlərinə baxmaq və mahnıları zümzümə etmək və s. kimi davranışlar sərgiləyərsə, valideynlər anlamalıdırlar ki, övladının musiqi duyumu olduqca yüksəkdir. Onu da bilmək lazımdır ki, musiqi duyumu yüksək olan uşaqların yaradıcılıq qabiliyyəti də yüksək səviyyədə olur. Əgər bir uşağın musiqi öyrənmək bacarığı zəifdirsə, musiqi dinləmirsə, musiqi alətində ifa edə bilməyəcək fikri yanlışdır. Bunları qarışdırmaq olmaz, belə ki, bunlar fərqli anlayışlar, bacarıqlardır. Hətta insanın ana bətnində ilk 3 ayından görmə, dadbilmə, qoxu funksiyası formalaşmasa belə, onda artıq səs refleksləri yaranır və ətrafdakı səsləri eşidir. Bununla da onda duya bilmə, eşitmə duyğusu formalaşır. Ona görə də uşaqları musiqi ilə böyütmək, musiqi dinləmək, nənə-babalarımızdan qalan lay-lay söyləmək və onlarda musiqi mədəniyyəti formalaşdırmaq, onların gələcək həyatı üçün daha faydalıdır. Hər uşaq musiqi alətində ifa etməyi bacarmaya bilər, ancaq hər uşaq musiqi dinləməyi bacarmalıdır", - deyə psixoloq bildirib.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri