Icma.az
close
up
RU
Uşaq qidalarının tərkibinə palma yağı VURULUR? AÇIQLAMA

Uşaq qidalarının tərkibinə palma yağı VURULUR? AÇIQLAMA

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəsmi statistikaya görə, ölkəyə kərə yağından çox palma yağı gətirilir.

Belə ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 48 948 ton xam palma yağı və onun fraksiyaları daxil olub. İlin 11 ayında isə ölkəyə 26 403 ton kərə yağı gətirilib. Hətta bu göstəricinin üzərinə 26 891 tonluq yerli istehsalı da əlavə etsək, palma yağı məhsullarının idxalının miqdarı ölkənin kərə yağı bazarının həcmindən ciddi fərqlənmir.

Ancaq maraqlıdır ki, marketlərin rəflərində üzərində kərə, günəbaxan və ya qarğıdalı yağı yazılan məhsullar yer alsa da, palma yağına rast gəlmək mümkün deyil.

Bəs ölkəyə gətirilən palma yağı harada istifadə edilir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, xarici ölkələrdə istehsal olunan uşaq qidalarının tərkibində palma yağı var:

"Keçən ilin ortalarında Azərbaycana idxal olunan bir neçə spred yağ barədə Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldırdıq ki, həmin məhsulların üzərində mənşəyi haqqında məlumat qeyd edilsin. Çox təəssüf ki, müsbət cavab verilsə də, məsələ həll olunmayıb. Hətta başqa ölkələrdən gətirilən spred yağlara palma yağları qarışdırılsa da, heç kəs bunu etiraf etmək istəmir. Bu, istehlakçı hüququnun pozulmasıdır".

Müxtəlif araşdırmalar palma yağından ölkədə yeyinti sənayesində geniş istifadə edildiyini göstərir. Belə ki, dondurma, çips, şokolad, paketlənmiş çörək və bir sıra məhsulların hazırlanmasında istifadə edilir. Monitorinqlər onu deməyə əsas verir ki, "bitki-kərə", "bitki-yağ" spredi altında satılan məhsulların da tərkibində palma yağı geniş yer tutur. Lakin onların bəzilərinin üzərində kiçik hərflərlə tərkibində palma yağı olması göstərilsə də, bir çoxunda bu, "bitki" sözü adı altında gizlədilir.

Ətraflı Baku TV-nin süjetində:

Uşaq qidalarının tərkibinə palma yağı VURULUR? - AÇIQLAMA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Yanvar 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri