Icma.az
close
up
RU
Kolbasa və sosiskaların tərkibinə karton vurulur? RƏSMİ AÇIQLAMA

Kolbasa və sosiskaların tərkibinə karton vurulur? RƏSMİ AÇIQLAMA

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə istər ölkəmizdə istehsal olunan, istərsə də idxal edilən kolbasa və sosiskal məhsullarının tərkibinə müxtəlif məqsədlərlə taxta kəpəyi (apilka) və karton qatılması ilə bağlı iddialar irəli sürülüb. Bəzi istifadəçilər öz yaxınlarının belə müəssisələrdə işlədiyini və məhsulların tərkibinə bu cür qatqılar əlavə etməsini  bildirilən rəylər yazıb.

Öz növbəmizdə mövzu ilə əlaqədar mütəxəssislərə və bu məsələyə nəzarət edən aidiyyəti quruma üz tutduq.

Məsələ ilə bağlı qida eksperti Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında kolbasa və sosiskalar işlənmiş ət məhsulları olduğu, həmçinin zülal tərkibli bir çox konservantlardan və əlavə maddələrdən istifadə edildiyi üçün bu məhsulları alarkən yalnız keyfiyyətli və mənşəyi bəlli olan etibarlı istehsalçıların məhsullarından istifadə etmək vacib olduğunu bildirib:

“İlk vaxtlarda delikates məhsul kimi istifadə olunsa da bu gün, demək olar ki, əksər insanlar bu qidaları hər gün istənilən saatda və miqdarı tənzimləmədən qəbul edirlər. Əsas məsələ burada məhsulun keyfiyyəti olsa da uzun müddət saxlanması üçün istifadə olunan kimyəvi qatqı maddələri və konservantların insan sağlamlığına zərər verə biləcəyidir. Bu maddələr ümumilikdə immun sisteminin zəifləməsində əsas rol oynayan amillərdən biridir. Hazırda satışda olan kolbasaların bir çoxu ilə bağlı müəyyən şikayətlər olsa da qəbul edildikdən sonra insanlarda sağlamlıq problemləri yaranmasına baxmayaraq, bu məhsullardan istifadə hələ də davam edir. Unutmaq olmaz ki, qiymət hər zaman keyfiyyətin göstəricisi deyil, xüsusilə də kolbasa kimi məhsullarda ucuz qiymət şübhəli keyfiyyətə işarə ola bilər. Çünki kolbasanın ən azı 70%-i ətdən ibarət olmalıdır və bu zaman istifadə olunan heyvan ətinin cari qiyməti nəzərə alınaraq məhsulun qiyməti müəyyənləşdirilməlidir. Bəzi ucuz kolbasalar isə mənşəyi bəlli olmayan və heyvan ətinin yalnız yeyilə bilən hissələri ilə deyil, həm də qeyri-yeyilən hissələri, o cümlədən qığırdaq və iç orqanlar ilə hazırlanır. Bu cür məhsulların satışında bəzən istehlakçılar aldanır. Həmçinin, dadın yaxşılaşdırılması və məhsulun uzun müddət saxlanılması üçün sintetik dadlandırıcılar və konservantlar, məsələn, monosodium qlutamat (MSG) kimi maddələrdən istifadə edilir. Bu maddələr həm məhsulun dadını yaxşılaşdırır, həm də asılılıq yarada bilər, nəticədə istehlakçılar davamlı olaraq bu məhsuldan istifadə etməyə meylli olurlar.

Qida eksperti qeyd edib ki, kolbasa alarkən istehsalçı şirkət haqqında ətraflı məlumatın, o cümlədən ünvan, əlaqə nömrəsi, e-mail ünvanı, tərkibi və qidalanma dəyəri ilə bağlı məlumatların məhsul üzərində qeyd olunması vacibdir.

“Həmçinin istehsal tarixi və son istifadə müddəti də açıq şəkildə göstərilməlidir. Kolbasa növünə görə qablaşmada fərqliliklər olsa da məhsulun elastikliyini qoruması və qabığının zədələnməməsi vacibdir. Açar zaman qabıqla ət  arasında yapışqanlıq, jeleyə bənzər maddə və ya maye olmamalıdır. Qoxusu xoş olmalı, əgər kəskin qoxu varsa, bu məhsulun keyfiyyətsiz olduğunu göstərir və belə hallarda ədviyyatlardan çox istifadə olunduğunu göstərir. İçində tünd ləkələr və ya digər qeyri-adi şəkillər olmamalıdır. Əlavə olaraq, açıldıqdan sonra kolbasa üzərində göstərildiyi kimi, son istifadə müddətində istifadə edilməli və qısa müddətdə bitirilməlidir. Gündəlik istifadə isə tövsiyə edilmir. Xüsusilə də 25 yaşa qədər olan insanlar üçün, orqanizmin inkişafı və immun sisteminin qorunması baxımından, bu cür məhsullardan uzaq durmaq daha yaxşıdır. Bu yaşda olan insanların orqanizmləri inkişaf etdiyinə görə, işlənmiş ət məhsullarının qəbulu onlara zərər verə bilər, çünki bu məhsullar orqanizmin ehtiyacı olan makro və mikroelementləri ödəyə bilməz”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza deyib ki, 28 illik fəaliyyətində birlik tərəfindən belə hallara rast gəlinməyib:

“Kolbasa məhsulları üzərində sümük, dırnaq, ip və sap kimi maddələrin çıxması ilə bağlı bəzi faktlar olsa da kardonun olması barədə heç bir məlumatımız yoxdur. Hazırda ən keyfiyyətsiz kolbasa istehsalçılarının belə bu cür maddələrdən istifadə etmədiyini deyə bilərik, çünki ciddi nəzarət tədbirləri mövcuddur. Çox hallarda, etiketsiz kolbasalar supermarketlərə daxil edilmir. Bu gün Azərbaycan bazarında apilika və kordon kolbasalar mövcud deyil. Ola bilsin ki, xarici ölkələrdə bu cür məhsullar istehsal olunub və həmin məhsullar bizim bazara daxil olmur. Lakin yerli istehsalda belə bir hal hələ ki, müşahidə olunmayıb”.

AQTA-nın mətbuat katibi İlkin Kərimov Avtosfer.az-a qeyd edib ki, Sovet dövrünün mifləri hələ də yayılmaqdadır. Bu cür söhbətləri isə müasir dövrdə diqqətlə araşdırmaq vacibdir. Yaxşı olar ki, kolbasa istehsal edən müəssisə ilə tanış olub və istehsal prosesini gözlə görmək daha münasib olar.

Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Yanvar 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri