Icma.az
close
up
RU
Uşaq səpib! Nə edim?

Uşaq səpib! Nə edim?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Valideynlərin əksər hissəsi bu problemlə üzləşir. Əksər hallarda səpgilər uşağın sağlamlığı üçün heç bir ciddi təhlükə yaratmır.

Lakin bəzən səpgilər həqiqətən ciddi xəstəliyin əlaməti kimi meydana çıxır. Bu səbəbdən uşağın dərisində səpgilər gördükdə dərhal pediatra müraciət edin. Bu halda pediatr mütləq uşağı müayinə etməlidir (telefonla səpgilərin yerləşməsini, rəngini və s. izah etməyin, bu mənasızdır - pediatr uşağa baxmalıdır).

Səpgilər uşağın dərisində və selikli qişalarında yerləşə bilər. Səpgilərin rəngi və ölçüləri müxtəlif ola bilər. Səpgilər ləkələr, suluqlar, kiçik düyünlər, nöqtələr şəklində ola bilər. Diaqnoz qoyduqda həkim bütün bunları nəzərə alır.

Uşaqlarda səpgilərin əsas səbəbləri:

- allergik reaksiyalar,

- yoluxucu (infeksion) xəstəliklər,

- parazitar xəstəliklər,

- qan xəstəlikləri,

- dəri xəstəlikləri,

- şəxsi gigiyena qaydalarına riayət edilməməsi.

Əgər səpgilərin səbəbi yoluxucu xəstəlik olarsa, bu halda səpgilərdən əlavə digər simptomlar da (hərarətin artması, öskürək, zökəm, konyuktivit, boğaz və qarın ağrısı, iştahanın pozulması və s.) meydana çıxır. İnfeksion xəstəliklər zamanı səpgilər xəstəliyin əvvəlində və ya bir neçə gün sonra əmələ gələ bilər. Ən yayılmış uşaq yoluxucu xəstəliklər arasında - qızılca, suçiçəyi, məxmərək, skarlatin. Bu xəstəliklər uşaqlarda əksək hallarda yüngül keçir və heç bir ciddi fəsadlara səbəb olmur.

Çox təhlükəli infeksiya olan meninqokokk infeksiyası da səpgilərlə müşayiət olunur. Meningit beyin qişalarının iltihabına səbəb olur. Xəstəlik vaxtında müalicə olunmazsa, uşaq həlak ola bilər. Meningit zamanı səpgilər al-qırmızı rəngdə olur, onların forması və qıraqları geyri-düzgün olur. Səpgilər xəstəliyin 1-ci-2-ci günündə bədəndə, ayaqlarda və sağrı nahiyəsində əmələ gəlir. Meningit xəstəxana şəraitində müalicə olunur.

Qızılca zamanı səpgilər xəstəliyin 2-ci-4-cü günündə əmələ gəlir. Səpgilərdən əvvəl uşaqda zökəm, öskürək, konyuktivit (gözlərin iltihabı), boğaz ağrısı kimi əlamətlər meydana çıxır. Birinci gün səpgilər uşağın üzündə əmələ gəlir, daha sonra bədəninə, ayaqlarına yayılır. Səpgilər tünd qırmızı rəngdə olur, biri biri ilə birləşir. Bir neçə gündən sonra səpgilər solur və dəri qabıq verməyə başlayır.

Məxmərək zamanı uşağın hərarəti artır, limfatik düyünlər böyüyür, intoksikasiya əlamətləri əmələ gəlir (halsızlıq, əzələ ağrıları və s.). Səpgilər xırda qırmızı ləkələr formasında olur, əvvəl üzdə əmələ gəlir, sonra bir neçə saat ərzində bütün bədənə yayılır. Səpgilər 3 gün qalır, sonra isə izsiz yox olur. Məxmərəyi olan uşaq hamilə qadınlarla kontaktda olmamalıdır - bu infeksiya döldə çox ağır pozulmalara səbəb ola bilər.

Suçiçəyi zamanı səpgilər bədənin müxtəlif sahələrində əmələ gəlir: üzdə, beldə, ayaqlarda, başda. Səpgilər ləkələr formasındadır. Bu ləkələr bir neçə saat ərzində suluqlara çevrilir. Suluqlar 1-2 gündən sonra qabığa çevrilir və izsiz düşür. Suçiçəyi yüksək hərarətlə müşayiət oluna bilər. Suçiçəyi zamanı dəridə güclü qaşınma olur.

Skarlatin zamanı uşağın hərarəti artır, urəkbulanması, qusma, boğaz ağrısı əmələ gəlir. Badamcıqlar şişir və al-qırmızı olur. Dilin üzərində ağ ərp olur. Səpgilər xəstəliyin 2-ci günündə əmələ gəlir. Səpgilər nöqtə şəklində olur, bədənin təbii büküşlərində (qoltuğaltı, qasıq və s. nahiyələrində) əmələ gəlir. Dəri isti və quru olur. Səpgilər 3-5 gündən sonra keçir, dəri qabıq verir.

Uşaqlarda səpgilərin digər səbəbi allergiyadır. Allergiya hər hansı qida və ya dərman qəbulundan, heyvanlarla, kimyəvi vasitələrlə kontaktdan sonra inkişaf edə bilər. Allergiya zamanı uşaqda hərarətin artması, öskürək, boğaz, qarın ağrısı və s. simptomlar olmur.

Dəridə olan səpgilərin səbəbi parazitlər (gənə, qurdlar) ola bilər. Gənə dərinin altında yaşayır və qotur xəstəliyinə səbəb olur. Qotur zamanı dəri səpir və çox güclü qaşınır. Qotur yoluxucu xəstəlikdir.

Bəzi qan və qan damarları xəstəlikləri zamanı dəridə ləkələr, göyərmələr, nöqtəvi səpgilər əmələ gəlir.

Dəri xəstəlikləri zamanı dəridə səpgilər, qabıqvermə, qaşınma ola bilər.

Körpə uşaqların dərisi çox həssasdır və bu səbəbdən ana uşağın dərisinə düzgün qulluq etmədikdə, uşaqda səpgilər əmələ gələ bilər.

Beləliklə, uşağın dərisində səpgilər əmələ gəldikdə, mütləq pediatra müraciət edin. Bu səpgilərin səbəbləri müxtəlif ola bilər və yalnız pediatr onların dəqiq səbəbini təyin edə bilər. Pediatrın məsləhəti olmadan səpgilərə yod, "zelyonka", spirt və s. vurmayın.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri