Icma.az
close
up
RU
Uşaq tərbiyəsi tamamilə arxa plana keçirilib: Gəncliyimiz üzərində nəzarəti tamamilə itirmişik

Uşaq tərbiyəsi tamamilə arxa plana keçirilib: Gəncliyimiz üzərində nəzarəti tamamilə itirmişik

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Məktəblərin tərbiyə funksiyası məqsədli şəkildə zəiflədilib

Oktyabrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

TƏBİB-dən bildirilib ki, məktəblinin vəziyyəti orta ağırdır.


Sosioloq Elçin Bayramlı Sherg.az-a deyib ki, çox təəssüf ki, son dövrlərdə bu cür hadisələrin sayı sürətlə artır:


"Bu o deməkdir ki, xalq, ölkə olaraq gəncliyimiz üzərində nəzarəti demək olar ki, tamamilə itirmişik. Bunun çoxsaylı səbəbləri var və dəfələrlə izah etmişik. Uşaq tərbiyəsi bizdə demək olar ki, tamamilə arxa plana keçirilib. “Azadlıq”, “müasirlik”, “sərbəstlik” adı altında uşaqlar yetərincə nəzarətsiz buraxılır. Bundan başqa, internet, filmlər və multfilmlər uşaqlıqdan başlayaraq aqressivliyi və vəhşiliyi təbliğ edən məzmunlarla doludur. Uşaqlar bu təsirlər altında böyüyürlər.

Son dövrlərdə gənclərin böyük əksəriyyəti qorxulu və kriminal filmlərə baxır. Nəticədə onların psixologiyası da bu istiqamətdə formalaşır. Evlərdə valideynlər işdə olduqları üçün uşaqlara kifayət qədər vaxt ayıra bilmirlər. Digər tərəfdən, məktəblərin tərbiyə funksiyası məqsədli şəkildə zəiflədilib. Məktəb və müəllimlərin tərbiyə rolu demək olar ki, aradan qaldırılıb. Halbuki bütün dövrlərdə və ölkələrdə məktəb həm təlim, həm də tərbiyə ocağı olub. Bu gün nümunəvi ölkələrdə, məsələn, Yaponiyada tərbiyə təhsildən daha üstün tutulur. Müəllimin məktəbdə valideyndən daha güclü tərbiyə və nizam-intizam funksiyası var. Uşaqlar da müəllimə valideyn kimi baxır, ondan çəkinir və onun tövsiyələrinə qulaq asırlar. Yəni həm məktəbdə, həm də ailədə tərbiyə verilir. Bundan əlavə, ətraf mühitdən uşaqlar zərərli təsirlərdən qorunur: küçə uşaqlarının, narkomanların və kriminal ünsürlərin mənfi təsirinə düşmürlər. Məktəb və ailədən başqa, bu, dövlətin də borcudur. Sovet dövründə məktəblilər müxtəlif yaradıcılıq və idman dərnəklərinə cəlb edilirdilər. Onlara istedadlarını inkişaf etdirmələri üçün pulsuz şərait yaradılırdı, boş vaxtları mənfi işlərə sərf olunmurdu. Mən özüm sovet dövründə məktəbdə oxuyanda ən azı 6–7 pulsuz məşğələyə gedirdim: musiqi məktəbi, texniki yaradıcılıq mərkəzi, şahmat, idman, kitabxana və pionerlər evi. Belə məşğuliyyətlər uşaqların vaxtını səmərəli təşkil edirdi və mənfi təsirlərə imkan vermirdi. Lakin son dövrlərdə valideynlərin əksəriyyəti övladlarını belə yerlərə göndərə bilmir. Birincisi, belə yerlərin sayı azdır. İkincisi, qiymətləri yüksəkdir. Orta gəlirli ailələr üçün bu, ciddi yükdür. İki uşaq olan bir ailə üçün kursların qiyməti 50–100 manatdan başlayır və bu, bir çox valideynlərin büdcəsini aşır. Nəticədə uşaqlar yetərli tərbiyə almadan, nəzarətsiz mühitdə böyüyürlər. Vaxtları düzgün təşkil olunmur, təhsilə və elmə deyil, kriminal meyillərə üstünlük verirlər və aqressivliyi formalaşdıran təsirlərə məruz qalırlar. Burada yalnız psixoloji deyil, həm də bioloji və fizioloji təsirlər mövcuddur. Müasir qidaların bəziləri insanda aqressivlik və psixoloji gərginlik yaradır, düşüncə pozğunluğuna səbəb olur. Bu, genetik modifikasiya olunmuş və süni qidalarla bağlı narahatlıqlardır".


Sosioloq qeyd edib ki, məktəb, ailə, tərbiyə, ətraf mühit, boş vaxtın təşkili, sağlam qidalanma və sağlam həyat tərzi — bunların hər biri uşaqların formalaşmasında böyük rol oynayır:

"Belə təsirlər altında olan uşaqların bu gün kütləvi şəkildə cinayətkara çevrilməməsi hələ yaxşı haldır.

Biz dövlət və cəmiyyət olaraq uşaqlarımızı sağlam yetişdirmək fikrində deyilik. Buna qarşı real arzu və məqsəd görünmür. Valideynlər övladlarını yalnız gələcəkdə çoxlu pul qazandıracaq sahələrə yönəltməyə çalışırlar. Ali təhsil seçimi belə bəzən bu prinsiplə bağlı olur. Uşaqlara alverçilik, insanları aldatma yolları öyrədilir və uşaq belə bir mühitdə böyüyür. Tərbiyə almamış uşaqlar cəmiyyət üçün təhlükədir. Bu, gələcəyimizin ciddi problem qarşısında olduğunu göstərir. Nə qədər ki, biz dövlət, cəmiyyət və fərd olaraq bu məsələlərə laqeyd yanaşırıq və tədbir görmürük, çox qısa müddətdə belə hadisələr və faciələr ölkəni bürüyəcək. Məktəblərin tərbiyə funksiyasının alınması məqsədli bir prosesdir. Heç bir əsas olmadan kurikulumda tətbiq edilən sistem uşaqları mənəvi, fiziki, psixoloji və intellektual cəhətdən zədələyir. Belə halların sayı artır və bu tendensiya davam edərsə, qarşıda bizi faciəvi nəticələr gözləyəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri