Icma.az
close
up
RU
Uşaq və gənclərin idmana marağı niyə azdır? Parklarda idman alətləri var, ancaq istifadə edən azdır

Uşaq və gənclərin idmana marağı niyə azdır? Parklarda idman alətləri var, ancaq istifadə edən azdır

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sağlam gələcək üçün, sağlam və savadlı gənclərə ehtiyac var. Bunun üçün onlara uşaqlıqdan düzgün tərbiyə verib, inkişafına dəstək olmaq lazımdır. Ona görə valideynlərin və cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirdi ki, uşaqların həm fiziki, həm də psixoloji inkişafı üçün yaradılmış şəraitdən maksimum istifadə etmək vacibdir. Onun fikrincə, gənclər idmana, təhsilə və şəxsi inkişafına daha çox önəm verməli, aktiv həyat tərzi keçirməlidir:

"Uşaq və gənclərin fiziki və psixoloji cəhətdən düzgün inkişafı üçün dövlət tərəfindən demək olar ki, bir çox addımlar atılıb. Ona görə də artıq insanlarımızın, gənclərimizin də bu məsələlərə diqqət yetirməsi vacibdir. Demək olar ki, bütün parklarda idman alətləri qoyulub, hətta mən onu bir çox rayonlarda da görmüşəm. Yəni insanlar sərbəst şəkildə gedib orada idman edə bilərlər. Bakı şəhərində və bütün rayon mərkəzlərində gözəl parklar var. O parklarda velosiped sürmək, skuter sürmək, qaçmaq, idman etmək, təbiətdən zövq almaq üçün bütün şərait var və onların hamısında da pulsuz idman alətləri quraşdırılıb. O baxımdan bunlardan insanların daha çox istifadə etməsini istəyərdim. Təəssüflər olsun ki, mən bunu görə bilmirəm. Əlavə olaraq demək olar ki, əsas rayon mərkəzlərinin hamısında Olimpiya mərkəzləri də tikilib və burada pulsuz, ya pullu xidmətlər göstərilir. Pullu xidmətlərin belə qiyməti azdır. Sadəcə istək lazımdır. Amma nədən irəli gəlir, bilmirəm. İnsanlarımızın daha çox restoran və kafelərə maraqları var. Azərbaycanın istənilən kafe və restoranlarında insanlardan yer yoxdur. Kiməsə istirahət edək, gəzməyə gedək deyəndə belə, ağlına yemək gəlir. Düşünür ki, gedib bir 10 dəqiqə gəzib, sonra yenə oturub haradasa yemək yeməliyəm. Amma başqa ölkələrə gedəndə mən xüsusən qadınları görürəm ki, parklarda, şəhərin ortasında, küçələrdə qaçırlar, idman edirlər, yaxud velosiped sürürlər. Amma bizdə bu ənənə hələ ki, yaxşı inkişaf etməyib. Bizdə qaçan adamlar 1-2 nəfər, xüsusən də yaşlılardır. Həkimlər məsləhət görüb ki, ürəyinizin sağlam qalması üçün sizə gəzmək lazımdır. Uşaqlar, insanlar könüllü olaraq idman etməlidir. Gəzmək, qaçmaq, dağlara getmək, trekinq, haykinq, velosiped sürmək kimi müəyyən fəaliyyətlərlə məşğul olmalıdır". 

Deputat vurğuladı ki, psixoloqa getməyi ağılsızlıq və ya dəlilik kimi görənlər var:

"Halbuki psixoloqa müraciət etmək bir həyat tərzidir və bu, insanların problemlərini həll etməkdə yardımçı ola bilər. Bizdə psixoloji inkişaf və psixoloji yardım məsələləri ilə bağlı müəyyən addımlar atılır. Universitetlərimizdə psixoloji fakültələr ki, orada psixoloqlar yetişir. Amma bizim insanlarımızda psixoloqa getmək sözü bir az dəlilik, ağılsızlıqla əlaqələndirilir. Ona görə insanlar psixoloqa gizli şəkildə gedirlər. Amma psixoloqa getmək bir həyat tərzidir. İnsanlar, eləcə də uşaqlar müxtəlif çətinliklər, əziyyətlər, problemlərlə üzləşirlər. Dərd-sərlərini unutmaq, bir az yüngülləşmək, ürəklərindəki dərdi atmaq üçün psixoloqun məsləhətinə ehtiyac duyurlar. Amma heç kim getmir ki, deyərlər, adam dəli olub. Bizdə hələ ki, bu ənənələr oturuşmuyub. Valideynlər də uşaqlarını mütəmadi psixoloq yanına aparmalıdırlar. Çünki uşaqlar hər zaman dərdini valideynə deyə bilmir".

Psixoloq Aydan Nəzərova isə qeyd etdi ki, hər bir insanda xronoloji, intellektual və emosional yaş sferası önəmli rol oynayır.

"Hər bir insanda üç yaş sferası önəmli önəm kəsb edir. Bunlar xronoloji yaş, intellekt, yaşı və emosional yaşı olaraq qeyd edilir. Xronoloji yaş, onun şəxsiyyət vəsiqəsində qeyd olunan yaşıdır, intellektual, zəka yaşı və emosional yaşı da bir növ davranış yaşı kimi nəzərdə tutulur. Məsələn, bəzən olur ki, baxırsız, şəxsin 15 yaşı var, ancaq özünü 5 yaşında və yaxud tam əksi aparır. Emosional yaş isə onun ruh yaşıdır. Ümumiyyətlə, uşaq, yeniyetmə, gəncləri hər hansı bir sahəyə istiqamətləndirmək üçün ilkin olaraq uşaqlıq dövründən başlamaq lazımdır. Uğur qazanmaq üçün uşaqlıq dövrünü müəyyən etmək lazımdır ki, onun bacarığı, biliyi hansı səviyyədə hansı sahəyə uyğundur. Məsələn, dil inkişafına yönləndirmək üçün 6 yaşla 15 yaşındakı uşağın beyni arasında çox fərq var. Bəzən valideynlər öz arzu və istəklərinə uyğun olaraq deyir ki, uşaqlarını həkim, müəllim, iqtisadçı kimi sahələrə istiqamətləndirirlər. Ancaq uşaq o peşəni sevmir, özünü xoşbəxt hiss edə bilmir. Daha sonra məcbur o işi işləməlidir, çünki oxuyub, diplomunu alıb. Amma bir müddət sonra depressiyaya düşə biləcək, özünə qapanacaq, çünki sevmədiyi bir mühitdə, sevmədiyi işdə çalışır. Amma tam əksi olarsa, həmin insan uğurlar qazanacaq, inkişaf edəcək. Uşaqların düzgün tərbiyəsi üçün onun telefon, kompüterlə istifadəsinə nəzarət etmək lazımdır. Adi "YouTube"də hansısa videoya baxanda, o, digərlərinə də daxil ola bilər", - deyə mütəxəssis qeyd etdi.

Psixoloq əlavə etdi ki, uşaqların fiziki inkişafına uyğun idman növlərinə yönləndirilməsi də mühümdür:

"Uşaqların tipi, fiziki inkişafına görə, idman növləri var. Hiperaktiv uşaqlardırsa, basketbol, futbol, üzgüçülük kimi oyunlar daha yaxşı seçimdir. Qız uşaqları tennis, üzgüçülük, voleybola yönləndirilə bilər. Ancaq idman növü seçərkən, uşağın sağlamlıq dərəcəsini ölçmək lazımdır. Məsələn, futbol 90 dəqiqədir və dayanmadan qaçış tələb edir. Ağciyər, ürək bu hallarda daha çox işləmək məcbüriyyətində qalır. Ola bilər ki, onu sevir, amma sağlamlıq yol vermirsə, qoymaq olmaz. Bəzən valideynlər uşaqları digərləri ilə müqayisə edirlər və ya öz uşaqları arasında fərq qoyurlar ki, niyə birinci uşağım daha savadlıdı, ikinci yox. Anlamaq lazımdır ki, bizim beş barmağımız bir biləkdən çıxır, amma hamısı eyni uzunluqda deyil. Uşaqlar da həmçinin elədir. Valideynlər uşaqları yaxından tanımalıdırlar, lazım gələrsə, mütəxəssislərə müraciət etməlidirlər".

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri